Gözlərimi açdığımda hər tərəf qaranlıq idi.Gecə saat 3 idi.Yenə yata bilmirdim,içimdəki sızıltı məni yatmağa qoymurdu.Bir az yerimdə eşələnsəm də yenə faydasız idi.

Qalxdım,yenə özümə bir az içki süzüb,pəncərənin önündə həyətə baxırdım,

amma əslində baxdığım yerdə heç nə görmürdüm.Çünki fikrimdə,ağlımda,gözlərimdə başqa birisi vardı.Yenə o idi içimi sızladan,yenə süzdüyüm şərabı içirdim onu unutmaq uçun.

Onunla ilk dəfə universitetdə tanış olmuşdum,o telefonunu bizim otaqda qoyub getmişdi,mənsə tapmışdım.Rəfiqəsinin telefonundan zəng etdi, mənim telefonumu siz oğurlamısınız dedi,mənsə yox,canım burda qoyub getmisiniz dedim.Gəldi telefonu ona verdim,ilk dəfə bir-birimizi bax onda gördük…

Bax mən bu günləri unutmaq üçün hər gecə içirəm…

Daha sonra universitetin dəhlizində tez-tez qarşılaşardıq.O məni görəndə utanaraq gülərdi,axı mənə oğru demişdi.Mənsə salam verərdim, bax bu yolla tanış olduq biz...

Bax, mən bu tanışlığı unutmaq üçün hər gecə içirəm…


Hər gün sms-ləşərdik,universitetə bir gəlib,bir gedərdik.Artıq sanki universitetə də bir birimizi görmək üçün gələrdik…

bax mən bu günləri unutmaq üçün hər gecə içirəm…



Bir toxum əkmişdik,sulayırdıq ikimiz də, qoymazdıq o solsun deyə.Hər gün sevgimizlə sulayardıq onu,yaşadırdıq o toxumu sevə-sevə…

bax mən bu toxumu unutmaq üçün hər gecə içirəm…

Qışda qar topu oynardıq,sənə dəyməsin,incidər deyə yana atardəm sənsə kasoysaneee,məni də vura bilmirsən deyərdin…

bax mən həmin qar topunu unutmaq üçün hər gecə içirəm…


Yağış yağanda çətirin altına özün girərdin,mənə isə qal yağışın altında saçına sürtdüyün yarım kilo jele yuyulsun deyərdin…

bax mən o jeleni unutmaq üçün hər gecə içirəm…

Bir dəfə maşınla gedəndə dayanacaqda dayanan qıza baxmışdım, küsmüşdün məndən,1 ay maşınıma minmədin,hər dəfə marşurutun arxasınca sürürdüm…

bax mən o avtobuslu günləri unutmaq üçün hər gecə içirəm…

Ğörüşə gələndə hər gecikəcəyim saniyəyə görə 1 saat başıma vuracaqdın deyə hər defə 10 dəqiqə tez gəlib gözləyərdim…

bax mən o dəqiqələri unutmaq üçün hər gecə içirəm…

Sənə kostyum yaraşır deyirdin deyə hətta futbola da kostuyumla gedirdim, sən belə bəyənirsən deyə…

bax mən o kostyumu unutmaq üçün hər gecə içirəm…

Bir dəfə gümüş üzük almışdın mənə,barmağıma gəlmirdi,yox-yox tam sənin əlinin ölçüsüdür deyib barmağımı qanada-qanada zorla soxmuşdun, ağrıdırdı hər gün,amma çıxarmırdım sənə görə...

bax mən o üzüyü unutmaq üçün hər gecə içirəm…
Kinoya gedərdik səninlə,mən kinoya baxardım,sən də bax indi belə olacaq, bax elə olacaq, aydaa gopaa baxe,o niyə elə elədi ki sözlərinlə həm mənə,həm də oradakılara imkan verməzdin kinoya baxsın…

bax mən həmin kinonu unutmaq üçün hər gecə içirəm…




Hər dəfə şəkil çəkdirəndə baxardın aydaa mən necə də gözələm, bəxtəvərsənee deyərdin,mənsə sən hələ bir də mənim gözümdən bax deyərdim…

bax mən o şəkilləri unutmaq üçün hər gecə içirəm…