1 sonuçtan 1 ile 1 arası
-
12-26-2009, 07:40 PM #1Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Axtarırsan, gözləyirsən yoxsa tapmısan?
Bir insana sən ikinci mənsən dedikdə mən bütünlüklə sənə aidəm anlamını verir.Səni anlayan, sənin kimi olduğunu düşündüyün birini tapmaq neçəmizə qismət olur?Çox azımıza bu cür qismət nəsib olur.Bəlkə də, onu səhv yerlərdə axtarırıq, yaxudda əlimizdəykən onu itiririk.Bizi tərk etməsinə göz yumuruq.Sonra isə qismətimizdən gileylənirik.Çoxları deyir ki, subaylıq sultanlıqdır.Ancaq yaş keçdikcı sultanlığın daha doğrusu təkliyin çəkilməz olduğunun şahidi olacayıq.Subaylıq və sultanlıq sadəcə müəyyən müddətlikdir.Bəziləri ikinci mənini asanlıqla tapdıqları halda bəzilə bunu tapmaqda çətinlik çəkirlər.İkinci mənini, ömrünün sonuna qədər onunla bir ömür keçirə biləcəyin birini tapmaq asan deyil.Çünki hər birimiz eyni xasiyyətə malik deyilik.Hər birimizin tələbləri eyni deyil.Hər birimiz eyni xasiyyətə malik insanı arzulamırıq.Bəlkə də, müəyyən dərəcədə gözəl xarici görnüşə sahib olmasını hər birimiz istəyirik ancaq xasiyyət olaraq bizim istədiklərimizi özündə cəmləyəcək birini tapmaqda hər zaman çətinlik çəkirik.Məhz elə buna görədir ki, çoxları ailə qurarkən sevərək deyildə , gələcəkdə sevmək arzusu ilə evlənirlər.Çoxlarının fikrincə evləndikdən sonra sevmək mümkündür.Bəs o zaman niyə çox vaxt mən sevməsəm heç bir zaman evlənə bilmərəm deyirik?Ümumiyyətlə indi ki, zamanda sevmək bu qədərmi vacibdir?
İndi ki, zamanın çox sevənləri asanlıqla ayrılır yaxudda asanlıqla sevirlər.Bir neçə gün bundan əvvəl tanış olduqları insana asanlıqla sevgi etirafı edə bilirlər.Hətta xoşa gəlməyi belə sevgi adnlandıran gənclərimiz çoxdur.Bu zaman aldatdıqları sadəcə sevirəm dedikləri insan deyil özləridə olurlar.Çox qısa bir zamanda sevməkdə mümkündür.Ancaq çox vax bəziləri əsl sevgini müəyyən müddətlik hisslərlə qarışdırırlar.
Sevməkdə sevilməkdə hərkəs istəyər.Ancaq ən çox kim tərəfindən sevilmək istəyərik?Əlbbəttə sevdiyimiz biri tərəfindən sevilməyi üstun tutarıq.
Bəzən tələblər qoyuruq mənim ikinci mənim məhz bu xüsusuiyyətləri özündə cəmləməlidir.O bu cür olmalıdır.Bəzən tələblərimiz o qədər çox olur ki, bizi qane edəcək insanın bu dünyada var olmadığını düşünürük.
Bəs sənin ikinci mənini hansı xüsusiyyətləri özündə cəmləməlidir?


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri