3 sonuçtan 1 ile 3 arası

Hər sevgi fərqli

  1. #1
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Hər sevgi fərqli

    Hər eşq fərqli... Hər ayrılıq eyni...
    Həmişə eyni ayrılıqlar.. Hər eşq özünə görə eşq, amma hər ayrılıq eyni.. Hər ayrılıq gözyaşı , hər ayrılıq peşmanlıq dolu..
    Bu da keçər deyə deyə ağlaya ağlaya yatdığın gecələri, Hər küçə lampası altında, titrək yağış damlalarını saydığını,
    Hər telefon çalındığında, ürəyinin dəli kimi çarpdığını, Hər gecənin səhəri olmayacaq kimi gəldiyi anları düşün.
    Ürəyindəki daşı…
    Nəfəs ala bilmədiyini...
    Niyə deyə deyə, yumruqlarını sıxa sıxa ağladığını xatırla..
    Ona görə hər ayrılıq eyni, Hər eşq fərqli..
    Gedənlər bəzən “gözlə məni” deyərlər və qalanlar bəzən gözləyəcəyinə and içərlər.
    Hər gedən ardında bir gözləyən buraxar. Bəzən istər gözlə məni deyər, bəzən də gözləmə həyatına davam et deyər. Bu “gözləmə” demənin ardında bir gözlənilmə istəyi vardır həmişə...Və hər qalan ürəyindəki ağrısıyla “gözləyəcəyəm” deyər. Dönməyəcəyini bilə-bilə, gəlməyəcəyini bilə-bilə, sevməyəcəyini bilə-bilə. Və gözləyər...
    Yəni yanımızdaykən fərq etmədiyimiz bir çox detal ilişər yaddaşlara. “Halbuki nə gözəlmiş yaşanılanlar” deyərsiniz. “Nə çox sevmişəm” deyərsiniz. Və bəlkə də heç sevilmədiyinizi fərq edərsiniz. Ən ağrılısı da budur onsuz da. Sevilmədən sevdiyinizi fərq etdiyinizdə beyninizi minlərlə sual yeyər. Başlarsınız cavabıaydın olan suallara özünüz tərəfindən cavab axtarışına.Və sorğulama zamanı gəlir özünüz tərəfindən.. Halbuki unudarsınız bir şeyi. "Eşq Sorğulanmadan Yaşanmalıdır." Baxdığınız hər yerdə onu görərsiniz. Gördüyünüz hər şey də onu axtararsınız.
    Aynadakı görünüşünüzdə bir əks olunmadır "o". Yağan yağışdır, dənizdəki dalğadır "o", gecələrin ayı, gündüzlərin günəşidir "o"...

    Və son cümlələr tökülər artıq dilinizdən. "O" Xoşbəxt Olsun Yetər. Deyə biləcəyiniz bir şey qalmamışdır çünki. Eynilə ürəyinizi sizdən aldığı kimi gedərkən cümlələrinizi də aparmışdır yanında.Səssizlik qalar geriyə bitən bir sevgidən. Və Ayrılıq Kəndiri qalar boyunuzda "yağlı bir ilmək kimi". Sanki biri ha çəkdi ha çəkəcək. Dayandı sanarsınız dünyanı.Amma nə dünya durar, nədə o ilmek çəkilər. Həyat davam edir və bu çarxın içində sizi də bilmədiyiniz başqa diyarlara sürüyür.
    Bitəcək sanarsınız ağrınızı, bitməz… Yalnız ürəyinizin hansısa küncündə gizlənər. Bir mahnıda, bir şeirin qəmli misralarında və bəlkə də bir sözdə qanamağa hazır bir yaradır o artıq.
    "Səssizliyin İçində Bir Qışqırıq, Qaranlığın İçində Bir İşıq, Ürəkdə Bağlanmaz Bir Yaradır Artıq O"
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Hər sevgi fərqli

    Gedənlər bəzən “gözlə məni” deyərlər və qalanlar bəzən gözləyəcəyinə and içərlər

    hele indiye kimi olenle olen olmayib ,ne de omrunu o itib batan sevgi ucun sona dek yasayanlar
    getdi ---demek getmeyi meslehet imis
    ne goz yasi ne hesret onu geri qaytarmayacaq
    en duzgun olani ,en doqru olani her seyi yeniden baslamaq artiq sehvsiz ,aqrisiz ve ayriliqsiz !!!!

  3. #3
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Hər sevgi fərqli

    Alıntı Xeyallarim Nickli Üyeden Alıntı
    Gedənlər bəzən “gözlə məni” deyərlər və qalanlar bəzən gözləyəcəyinə and içərlər

    hele indiye kimi olenle olen olmayib ,ne de omrunu o itib batan sevgi ucun sona dek yasayanlar
    getdi ---demek getmeyi meslehet imis
    ne goz yasi ne hesret onu geri qaytarmayacaq
    en duzgun olani ,en doqru olani her seyi yeniden baslamaq artiq sehvsiz ,aqrisiz ve ayriliqsiz !!!!
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.