Sayfa 1/2 12 SonSon
18 sonuçtan 1 ile 10 arası

Dənizim

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Dənizim

    Dənizim ... Yenə gəldim ...
    Yenə həyat dalğaları məni itələyə-itələyə yanına gətirdi ...Artıq inandım bu dünyadakı son ünvanımın sən olduğuna ...
    Hər gəlişimdə - bəlkə də bu sondu – deyişimi xatırlayıram ...
    Amma,kim bilir ...bəlkə də bu sondu ...Bəlkə də,bu sözümü xatırlamayacam bir də ...Bəlkə bu dəfə qucaqlaya bildim səni ...Bəlkə bu dəfə öpə bildim yanaqlarınnan ...
    Ehh ...dənizim mənim ...
    İndi elə bil,bu dünyada başqa heç kim yoxdu ...Bir tək sən və mən ...telefonumda da Yorğun Dərviş sənnən oxuyur...O da mənim kimi – bir az yorğun,bir az kövrək ...bəlkə də bir az çarəsiz...
    Əslində nə o ilk idi,nə mən son ...
    Biz bəlkə də,sahilində olan bir qum dənəsi,bir qaya parçası ...bəlkə də ləpələrin qayalara çırpılanda bir anlıq var olan köpük kimi kiçik və mənasızıq sənin üçün ...
    Amma sən ...sən fərqlisən ...
    Nədən danışım sənə ? Sevgidən ? Yalanlarını səbəb gətirib,bəhanələr arxasında gizlənən sevgilimdən ?Böyük sevgilərin də kiçildiyinnən,bir gün heç yoxmuş kimi yox olmasınnan danışım ?Unutmağı öyrəndiyimnən də danışım ?
    Bəlkə,insanları yanlış tanımağımnan danışım sənə ?Doğma bildiyim insanların bir anda necə yadlaşdığınnan ,hələ də gülümsüyüb rol oynamağımnan ,sadəcə - artıq heç nə əvvəlki kimi olmayacaq - deyə bilməməyimnən danışım ?Qışqırım bəlkə,-sən belə deyildin axı dostum ?
    Noldu sənə ? Niyə dəyişdin ?Niyə soyuqsan,buz kimi ? Amma sus,cavab vermə ...Səbəblərin bəhanə olduğu bu zamanda doğrunu desən belə,inanacağımı düşünmürəm ... Sus ................
    Bir az da qəribəlikdən danışım ?... Başa düşmədiyim insannan ...İncidə biləcəyimi düşündüyüm,və bunnan çox qorxduğum tək insannan danışım ?Ehh,dənizim mənim ....heç bilirsən o necə fərqlidi ?O sadəcə bir gün öz nöqtəsini tapmaq üçün doğulub elə bil ...
    Sonra nədən danışım?Uzaqdakı dostumnan,darıxdığımnan,onu itirməkdən qorxduğumnan da danışım sənə ?
    Hər şeyi danışım ? Axı niyə ? Niyə dinliyirsən axı bizi ? Bəs niyə susursan ?Niyə heç nə demirsən ?
    Bəs hanı təsəllini səndə axtaran onca insan ? Hanı qucağına axıdılan göz yaşları ? Hanı o sözlər ?
    Unutdunmu yoxsa ? ....Susursan yenə ...
    Bilirsən sevirəm səni ...Susqunluğunu ,soyuqluğunu sevirəm ...Qəddarlığını sevirəm ...
    Bir gün qucağına atılsam,məni udacağını bilirəm ...Öpsəm yanaqlarınnan,dodaqlarım donacaq ,bilirəm ...dalğalarınla rəqs əslində çıxılmaz labirintdi ...Sənə toxunmaq,bəlkə də sehirli qaranlıq ölümdü ...Bilirəm ...
    Amma olsun ...Qəddarlığını sevirəm ...
    Dənizim mənim ... İnsanlar toxunsun istəmirəm ...varlığımı,real olduğumu anlasınlar istəmirəm...Sən toxun ...
    Al götür məni buralardan ...Gəl gedək de,mənə ... gedək buralardan ...Apar sehirli,sualtı dünyana...Oğurla məni insanlardan ...
    Həmişə mən onların haqsızlıqlarınnan,pisliklərinnən danışdım sənə.Qoy bu dəfə də onlar,sənin qəddarlığınnan danışsınlar ...
    Qoy bu dəfə də,mən bir hekayə olum ...Danışılıb-danışılıb unudulum ...
    Qoy bu dəfə qorxularımı,ümidlərimi,xatirələrimi göz yaşıma qatıb axıdım qucağına.Qoy qarışaq bir birimizə dənizim...
    Qoy sən olum mən də ... insan olmaqdansa ...su damlası olum səndə ...

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Dənizim

    Qoy bu dəfə qorxularımı,ümidlərimi,xatirələrimi göz yaşıma qatıb axıdım qucağına.Qoy qarışaq bir birimizə dənizim...

    cox tesirlendim ,hec vaxt dusunmezdim ki, ne vaxtsa men de sende itib batmaq isteyeceyimi

  3. #3
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: Dənizim

    Alıntı Xeyallarim Nickli Üyeden Alıntı
    Qoy bu dəfə qorxularımı,ümidlərimi,xatirələrimi göz yaşıma qatıb axıdım qucağına.Qoy qarışaq bir birimizə dənizim...
    Yeri gelmisken bayaq xeberlerde dediler Turkiyede Korpuden 2 sevgili ozlerini karanlik sulara atdi.. 100 Defe demisemki Forma Bele movzular qoymuyun..

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Dənizim

    Yeri gelmisken bayaq xeberlerde dediler Turkiyede Korpuden 2 sevgili ozlerini karanlik sulara atdi.. 100 Defe demisemki Forma Bele movzular qoymuyun.. [/quote]



    orda iki nefer olub sen burda gulursen , deyim ki hec de pis fikir deyil ,duzu menim sevgilim yox , yegin ki, deniz meni tek qebul eder

  5. #5
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: Dənizim

    Alıntı Xeyallarim Nickli Üyeden Alıntı
    Yeri gelmisken bayaq xeberlerde dediler Turkiyede Korpuden 2 sevgili ozlerini karanlik sulara atdi.. 100 Defe demisemki Forma Bele movzular qoymuyun..


    orda iki nefer olub sen burda gulursen , deyim ki hec de pis fikir deyil ,duzu menim sevgilim yox , yegin ki, deniz meni tek qebul eder[/quote]

    Intihar edibler.. ozude usaq deyillerki 40-39 yaslari var.
    Eybi yox icaze versez mende sizle gederdim Uzmeyi cox yaxsi bilirem Axsama kimi 100 defe dusub cixariq denize.

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Dənizim

    Intihar edibler.. ozude usaq deyillerki 40-39 yaslari var.
    Eybi yox icaze versez mende sizle gederdim Uzmeyi cox yaxsi bilirem Axsama kimi 100 defe dusub cixariq denize


    cehenneme gedende mene yol yoldasi lazim deyil ,men ele insanlarin elinden gedirem

  7. #7
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: Dənizim

    Alıntı Xeyallarim Nickli Üyeden Alıntı


    cehenneme gedende mene yol yoldasi lazim deyil ,men ele insanlarin elinden gedirem [/b]
    Cehennem geden ozune yoldas axtarar axi..Mende gedirem .. he Cin Seytanla aram yaxsidi.. sag olsunlar hormet basa dusen oglanlardi iceri girmekde bize komeklik eliyeller VIP zala Ozude.. Mende Gedirem be Yuh deyek bu dunyaya bir gedek,...! e

  8. #8
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Dənizim

    Cehennem geden ozune yoldas axtarar axi..Mende gedirem .. he Cin Seytanla aram yaxsidi.. sag olsunlar hormet basa dusen oglanlardi iceri girmekde bize komeklik eliyeller VIP zala Ozude.. Mende Gedirem be Yuh deyek bu dunyaya bir gedek,...! e [/quote]



    omrumde 1 defe tek gedib olmek istedim onu da qoymadilar ,gedirsen tek get men gedesi omadim

  9. #9
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: Dənizim

    Ne olmek Inanirsan heyat esqiynen doluf daseyreemeee Qorxuram... Menim olmek vaxtim gelendede olmuyem .... Dunyaya ehalisi Qovsun ki di olgetdeee 213 il yasamaq olar...

    Zarafat bir yana Heyat Gozeldi.. Intihar etmekse Qorxaqliqdi.

  10. #10
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: Dənizim

    Deli_UREK
    Cehennem geden ozune yoldas axtarar axi..Mende gedirem .. he Cin Seytanla aram yaxsidi.. sag olsunlar hormet basa dusen oglanlardi iceri girmekde bize komeklik eliyeller VIP zala Ozude.. Mende Gedirem be Yuh deyek bu dunyaya bir gedek,...! e
    yaxci oglanlarde??? bizim bu qizlara layiqlisi varme qadoy alem bir ikisin weklin yolla qizlarimiz baxsen . deqiq qiz olanlari yoxdi men bilen el arasinda balaca qizlara deyerler seytandi, hec esitmedim bir oglana desinler ne seytan oglandi


Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.