2 sonuçtan 1 ile 2 arası

Bir Gulun Hekayesi

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Yer
    RUS
    Mesajlar
    156

    Bir Gulun Hekayesi

    Uçurumun düz kənarında solmuş bir gül var..Yanında daş-kəsəkdən başqa heç nə yoxdur. Çox tənhadı, səssizdi, yorğundu, bitkindi...Ama hələ sağdı, nəyəsə, kiməsə ümidi var.. Sərt küləklər əsdikcə sanki qəsdlə onu öldürmək istəyir, o tərəf bu tərəfə çəkir. Amma o dozer, üzünə vuran sərt küləklərə qarşı yenə də isti gülülüşlərlə gülümsəyir, rəngi getmiş bənizini əvvəlki vəziyyətinə qaytarmaq çətin dirənir, cox dirənir.... gunlerdi ora hec kim gəlmir, heç kəs bu sirrli çiçəyi görmür, görsələr də əhəmiyyət verməzlərki....Gel qışqırır, amma səsinin əks sədasından başqa heç nə eşitmir. O həyatı dərk etdiyi andan bəri yalnız idi, çünki onu anlayan, səsinə səs verən, onunla eyni düşüncələrə sahib heç kəs yox idi...Yaşı çox olmasa da, insanların ədalətsizliyinə, sevgisizliyinə dözə bilmirdi..Axı bizim dünyamız belə yaranmamışdı..Arzularında çox dağlar aşmışdı, çox cənnətlər görmüşdü, Dünyanı dəyişmişdi başdan-başa!! Özü də nə olduğunu bilmədən belində qanadlar hiss etmişdi..Kim bilir, bəlkə də o qanadlar idi onu saxlayan..
    Dəyərini, qədrini bilməmishdilər onun...Heç nəyə yaramaz, lazımsız bir yük kimi görürdü özünü..O çox sevirdi; həyatı, insanları.. Həyatın hər bir mənzərəsində gözəllik görən güldə gözəllik görən yox idi..Əlləri, qolları bağlı nəyəsə can atırdı, Hər gün eyni ağrılarla yatıb- durur, ağlamaqdan da, fəryad etməkdən də bezmişdi...Bircə Allahı var idi, yanında! Ağrılarını, tənhalığını bircə ona danışırdı. Allahı görə bilmədiyi üçün onu qucaqlaya bilmirdi ağlayanda..Onu ancaq yuxularında görürdü, xəyallarında qucaqlayırdı.. Kİmsə güldən qisas almaq istəyirdi, ona bu cəzanı verərək? YOX! lənətlənmişdi? YOX! Axı o hec kəsə bu cəzaya layiq ola biləcək qədər pislik etməmishdi...Sadəcə həyatın alçaldıcı qanunlarına tabe olmaqda boyun qaçırmışdı, sadəcə yalanın, əxlaqsızlığın, nifrətin olmadığı bir dünyanı arzulayırdı...Sanki Allah onu xüsusilə seçib yollamışdı dünyaya!! Sanki bir vəzifəni yerinə yetirmək üçün gəlmişdi! Amma bu zəifliklə bunu necə edə bilərdi? Necə? Özünü bu qaranlıqdan qurtarmamış başqalarını necə qurtara bilərdi? Bu solmuş, yarpaqları tökülmüş aciz çiçək dünyanı necə dəyişə bilərdi?
    bir gün yenə QARANLIQ günlərindən biri idi....Bu dəfə çox qərarlı idi, gücünü toplamış idi, özünə inanırdı. Bükülmüş belini düzəldəcəkdi, Ayı bir gülüşüylə üzünə bağlayacaqdı və nəhayət bu QARANLIQ bitəcəkdi......
    Amma olmadı.....Özünü uçurumdan atmağa gələn gunahlarla dolu bir insan gülün biraz dikəlmiş boynunu tapdaladı, ətrafda bashqa gül olmadığı halda bu gülün tək basına cəsarətinə paxıllığı tutmuşdu...Bu dəfə son idi...Son zərbə...Bu dəfə heç nə gelib duzəldə bilməzdi...Ölməmişdi....Bu dəfə daha zəif, daha ağrılı ürəyi yenə də ümidlə dayanırdı...Ölsə daha yaxşı olardı bəlkə, sonsuz cənnətinə qovuşardı..İndi onu daha çətin, mübarizələrlə dolu həyat gözləyirdi...Bunları bilirdi.. Ama buna baxmayaraq parlaqliğı sönmüş gözləriylə göyə baxaraq, ağır-ağır gedib gələn nəfəsilə: Min şükür! deyə bilirdi....
    Bax, bu da ucurum kənarında solmuş, həyatla mubarızə aparan gulun hekayəsi, o hələ də yashayır, ağrılarla və eyni zamanda da umidlərlə!! Ey insanlar, bunu bilin ki, ətrafında yüz təravətli gül olsada onların ən gözəli və ən mənalısı solmuş güldür!!!Bunu ürəkdən, içimdən gələrək yazdım...Çünki o gül MƏNƏM........

    kiminse gozelliyine tehsiline varligina saglamligina deyer vermeyin shax duran gul guldurse solmus olanida guldur
    HeYaTiN DoZuLmEz OlMaMaSi UcUn 2 ShEyE aLiShMaQ LaZiMdIr : ZaMaNiN VuRdUgU YaRaLaRa ve iNsAnLaRiN EdAlEtSiZlIyInE...

  2. #2
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Bir Gulun Hekayesi

    kiminse gozelliyine tehsiline varligina saglamligina deyer vermeyin shax duran gul guldurse solmus olanida guldur
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.