3 sonuçtan 1 ile 3 arası

Sene qayıtmaq qalır,mene gozlemek...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Sene qayıtmaq qalır,mene gozlemek...

    Nə qədər çətindi kimsəsiz olmaq, elə deyilmi? Özünü cəmiyyətin ögey övladı kimi hiss eləmək, səkilərin üstündə tək başına addımlamaq. Əlini atıb yıxılmamaq üçün boşluqdan tutmaq. Küçələr, evlər, metrolar insanlardan, mənim qəlbim tənhalıqdan basa-basdır. Hamıya istidən tərləmək, mənə soyuqdan donmaq qalır...
    Məktəbdə şagirdlər müəllimi, işdə işçilər müdürü salamlayır. Öyrəşməmişəm bütün bunlara. Mənə gündüzlər səhər günəşi günaydın deyir, axşamlar üstümə yağan payız yağışı yola salır, gecə qapını açıb evə girəndə divarlar salamlayır. Bu hər gün təkrarlanır, hər gün. Mən buna alışmışam. Hər səhər oyanıb xoşbəxtlik maskasını taxıb evdən çıxıram. Bir günəş, bir payız yağışı, bir də divarlarım bilir ki, üzümə gülmək qalır, ürəyimə ağlamaq...
    Sən varsan, çox uzaqda... Cəmi iki addımlığımda. Sən yoxsan, çox yaxında... Xəyallarımın üfüqündə, göylə yerin birləşdiyi yerdə. Sən həm varsan arzularımda, sən həm yoxsan qorxularımda. Sən azsan varlığınla, sən çoxsan yoxluğunla. Bax görürsən, sənə bunları bilmədən yaşamaq qalır. Mənə bunları düşünərək ölmək...
    On dəqiqəyə bir ömür sığışdırmağı öyrənmişəm. Gözlərinin dibsiz boşluğunda zamandan təcrid olmağı kəşf eləmişəm. Cəmi on dəqiqəyə 9 ayı sığışdırıb yenidən doğulmuşam. Bilirsən, gözlərimə danışmağı, dilimə susmağı öyrətmişəm. Təəccüblənmə, elə ona görə də sənin dilinə danışmaq qalır, mənim dilimə susmaq...
    Satdım bütün həqiqətlərimi, satdım dünən. Bir tək xəyal aldım. Üstünə SƏN yazıb verdilər. Axırıncı nəfəsimi verənə kimi qaçdım palçıqlı yollarda, köynəyimin sol yanında gizlətdim SƏNi. Gəlib çarpayımın baş ucuna qoydum, sakit-sakit baxdım. Əllərimin içini burnuma tutub ciyərlərimə çəkdim. Yanılmamışdım, bu SƏNin xəyalının ətri idi. Uzanıb sakitçə gözlərimi yumdum. SƏNə laylay demək qaldı, mənə yatmaq...
    Gecə bir yuxu gördüm. Alıb aparırdı səni həqiqətlər. Uzaqlara, çox uzaqlara çıxıb gedirdin. Hönkürdüm, yalvardım, heç kim oyatmadı... Yox olub getdin. Yenə mən, yenə səhər günəşi, yenə payız yağışı, yenə divarlar... Onlara da küsdüm artıq. Nə günəşin təmənnasız mərhəmətini istədim, nə yağışın mülayim nəvazişini götürdüm, nə divarların salamını aldım... Sənə çıxıb getmək qaldı, mənə arxanca baxmaq...
    Öyrəşmişəm sıfıra bölünüb cavabsız qalmağa, öyrəşmişəm əlifbada “ı” hərfi olub sözlərin sonunda işlənməyə. Öyrəşmişəm bütün pislərə layiq olmağa, öyrəşmişəm sonlara, öyrəşmişəm bütün bunlara. Amma SƏNsizliyə öyrəşmək istəmirəm. Eşidirsən nə deyir gözlərim? Qulaqlarınla deyil, ürəyinlə dinlə. Başa düşə bilirsən onları? Geri dön deyir, geri dön. Nə olar, bundan sonra hərəmizə bir şey qalsın – sənə sabah günəşiylə, payız yağışıyla, soyuq divar salamıyla qayıtmaq, mənə köynəyimin sol yanında gizlətdiyim arzularım, ürəyimdəki həsrətin, əllərimdəki ətrinlə gözləmək...

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Sene qayıtmaq qalır,mene gozlemek...


  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Sene qayıtmaq qalır,mene gozlemek...

    tşk.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.