3 sonuçtan 1 ile 3 arası

Icimdeki ses

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Yer
    RUS
    Mesajlar
    156

    Icimdeki ses

    Ürəyimdə necə əzab çəkdiyimi bilmirsən,ya sənsiz olan günlərə lənət etdim yada talehimə küsdüm.Ürəyimin qırılmağının səbəbini heç kimdə axtara bilmirem.İçim-içim ağlayıram,,Mən heç bir vaxt heç tənhalığımı tək qoymadım!Ən çox ona acıqlansamda,Həmişə mənim yanımda o olub,o məni heç tək qoymadı…tenhaligim..........Yatağımın üstündə tökdüyüm göz yaşlarımı yalnız sənin yoxluğun sildi!Çünki başqası ola da bilməzdi;İçimdə ürəyimdə o qədər arzularım var idiki,hansından danışım bilmirəm; Ürəyimə bomba qoysalar belə və o orada partlasa heç bir şey hiss etmərəm, çünki onsuzda ürəyim parçalandı.Görəsən bir tək mənim sevgim belə olmali idi?!

    Xəbərin varmı ki,səni necə sevirem?…Və mən ilk dəfə cənnəti səninlə qarşılaşdığım gün təsəvvür etdim.Sakitlik,rahatlıq və bütün gözəlliklər cənnət deməkmiş.Desəm ki ürəyim yanır inanarsan?Bədənim yaşamaq fəaliyyətini rədd edir desəm,ürəyim sənsizliyə biçarə desəm,bütün gecələri səni düşünərək və arzulayaraq,desəm səncə yalan söyləmiş olaram? Sən söylə sevgilim!Mən cənnəti səndə gördüyüm üçün sevdim rahatlığı və bütün gözəllikləri.İnanki heç yorulmadım səni sevməkdən.Sadəcə çox sevdim…
    “ Bu sevginin dərmanı yoxdur…Yenə çarəsizcəsinə gün batanda ağlayacam …”
    …Hələ bilmirəm başıma nələr gələcək və hələ bilmirəm ki bu günahsız göz yaşlarım hansı səbəbdən yenə ağlıyacaq…Artıq bu dəfə ürəyim dualarla: və bir tək sen xoşbəxt ol,Özdə hər kəsdən çox…
    HeYaTiN DoZuLmEz OlMaMaSi UcUn 2 ShEyE aLiShMaQ LaZiMdIr : ZaMaNiN VuRdUgU YaRaLaRa ve iNsAnLaRiN EdAlEtSiZlIyInE...

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Yer
    RUS
    Mesajlar
    156

    Re: Icimdeki ses

    Qadağan olunmuş xəyalların arxasınca gedirəm.İçimdə də böyük qışqırmaq arzusu var:hardasan məni mənliyimdən qoparan insan?bu gunde bitir, … yenə gəlmiyəcəksən?
    Elə bil böyük bir dünya müharibəsinin içindəyəm.Ölmerim amma hiss edirəm ki,sürünürəm.Deyəsən heç köməyimədə gəlmiyəcəksən?
    “ İçimdə,ürəyimdə səni yaşadıram…Bəlkədə mən sənin içində çoxdan solub məhv olmuşam amma sən günü-gündən içimdə böyüyürsən”
    Ayrılıq insanı elə bil uzun yuxudan oyadır elə deyilmi?Birdən-birə şoka düşür insan və çalışır ki özünə təsəlli versinki,buda keçər,sonra başa düşürsənki bu elə bir yoldur ki uzanır uzanır heç cür sonu görünmür.Və bununla ömrünü bir başa vurursan…Necə qəribə bir hissdir.Həmin insandan ayrılsaq belə onu düşünürük heç cür unuda bilmirik.Düşünürsən ki kiminləsə doldura biləcəksən amma əsl sevən üçün bu yer həmişə boş qalacaqdır.
    Bu yazdıqlarım ürəkdən gəlib sevgilim bil.Sətir-sətir oxu bu yazını.


    Bəlkə nə vaxtsa əlinə keçsə bu yazı oxusun.Bu hissləri başa sala bilmirəm,başa salsamda bir uşağın danışdığı nağıl kimi anlayacaq çox insan.
    Çünki saf insan,əsl sevən insan yoxdur artıq.…Bəlkədə həqiqətən bu bir nağıldı,amma yox bu mənim dünyamdı.Nəisə artıq susuram!
    Özün yaxşı bilirsən!Bəzən sevən insanlarda kəkələyir…Danışa bilmir;yəniki başa düş artıq danışa bilmirəm.Hər acı çəkdiyimdə yalnız ALLAHA sığınıram.Hər an,hər yerdə,ürəyimdə…Yoxsa sənin yoxluğuna dözə bilməzdim bu qədər;Öldürərdim özümü,Hansı uçurum olur olsun özümü atardım o uçurumdan inan heç fərq etməzdi mənim üçün.
    “ Ürəyin səsi hər şeyi bilir…Sadəcə çarəsizlikdən susur!”
    1-ni unudub meni sevdin menide unudub basqasin seveceysen ama men tek seni sevdim senide sevecem sene lazim olmasamda arxani donsende ayri olsaqda
    HeYaTiN DoZuLmEz OlMaMaSi UcUn 2 ShEyE aLiShMaQ LaZiMdIr : ZaMaNiN VuRdUgU YaRaLaRa ve iNsAnLaRiN EdAlEtSiZlIyInE...

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Icimdeki ses

    Görəsən bir tək mənim sevgim belə olmali idi?

    inan semimiyetime her kesin sevgisi beledir . o 100 de ,1000 de 1 adam sevib xosbext olur .


    senin ne boyuk ureyin var en azi bunun ucun sevinmeye deyer , her ne qeder aci ceksen de yene de ona xosbextcilik arzu edirsen . insallah bir gun dualarin sene qayidar ve en xosbext ele ozun olarsan

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.