Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Qadınlar evlilikdən sonra niyə kökəlirlər?

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Qadınlar evlilikdən sonra niyə kökəlirlər?

    Hər 5 qadından 1-i ərə getdikdən sonrakı 1 il ərzində təxminən 9 - 10 kiloqram kökəlir. "The Daily Mail" qəzeti məlumat verir ki, bu, 3 min ərdə olan britaniyalı xanım arasında aparılmış araşdırma nəticəsinə üzə çıxıb. Rəyi soruşulanların 42 faizi bildirib ki, "sadəcə, sərbəstləşdikləri", 22 faizi isə ərə getdikdən sonra kişilərin diqqətini cəlb etmək üçün "özlərinə əl qatmadıqları" üçün kökəldiklərini bildirib. Araşdırmaya qatılan xanımların dörddəbiri isə toy günü artıq arxada qaldığı üçün məyus olduqlarını, buna görə də çox yediklərini söyləyib.

    Rəyi soruşulan hər 3 qadından 1-i bildirib ki, evliliyin ilk ilində onlar üçün sağlam qidalanma prinsiplərinə əməl etmək çətinlik yaradıb. Bir çoxları isə toya qədər beyinlərində gəlinlik paltarında gözəl görünmək arzusunun dolaşdığını və bu səbəbdən də qidalanmaya fikir verdiklərini etiraf ediblər. Araşdırma nəticəsində o da məlum olub ki, qadınların 21 faizi toydan sonra artıq çəki yığdıqları üçün ərləri ilə problem yaşayır.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.