1 sonuçtan 1 ile 1 arası
-
01-08-2025, 11:21 AM #1
Ramiz Rövşən - Yavaş-yavaş sevdim səni
Şair Ramiz Rövşən tərəfindən yazlıan Yavaş-yavaş sevdim səni şe'ri
Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.
Gör bir nə tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.
Qar altından baş qaldıran
Çiçəktək sevdim səni.
İstisinə qızındığım
Ocaqtək sevdim səni.
Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.
Qorxa-qorxa bu sübh çağı
Nə baxırsan göyə sən?
Deyirsən ki, günəş çıxıb,
Qar əriyir deyəsən…
Benzer Konular
-
Amerikalı diplomat: “ABŞ yavaş-yavaş terror təşkilatına çevrilir”
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 08-29-2013, 02:41 PM -
Men seni sevdim
By zeynalov_ in forum Məhəbbət - Sevgi - EşqCevaplar: 0Son Mesaj: 01-02-2010, 02:05 PM -
Men bir qizi deli kimi sevdim!!!
By Deli_UREK in forum EtiraflarCevaplar: 55Son Mesaj: 10-11-2009, 03:05 PM -
Ramiz Rövşən
By Damla1 in forum ƏdəbiyyatCevaplar: 1Son Mesaj: 09-07-2009, 12:22 PM -
adini bilmeden sevdim...
By Sindy in forum EdebiyyatCevaplar: 11Son Mesaj: 09-16-2007, 12:20 AM


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri