6 sonuçtan 1 ile 6 arası

Sən Mənim Deyilsən!!!

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Sən Mənim Deyilsən!!!

    Səni sevirəm dediyim günlərə əlvida, Səni qucaqlayı, öpdüyüm günlərə əlvida, dərdimi səninlə bölüşdüyüm günlərə əlvida, Sirrimi sənlə paylaşdığım günlərə əlvida!!!

    Güllərin suya susadığı kimi sənə susadım, Susuz güllər necə solursa mən də elə soldum!

    Səni bərk-bərk qucağlamaq üçün darıxdım, əllərinə hər toxunuşumda ürəyimin sevgi ilə döyünməsi üçün darıxdım, Səni sevirəm deməyin üçün darıxdım!

    Hər gün sənin mesajını oxumadan yatmazdım, gecən xeyrə qalsın sevgilim deməyin üçün darıxdım!. Hər saniyə gözüm telefonda səndən gələn mesajı gözləyirəm, bilirəmki artıq o mesajlar gəlməyəcək, ama yenə də gözləyirəm!, Hər saniyə, hər dəqiqə, hər gün də gözləyəcəm! Yazmayacağını bilə-bilə!

    Yadındadır? Sənin hər işinə qarışardım, sən də əsəbləşərdin, əsəbləşib mənlə biranlıq küsərdin, ama çox çəkməzdi küsməyin, tez könlünü alardım, sənin məndən inciyib, küsməyin üçün darıxdım!

    Son görüşümüzdə necədə əlini tutmuşdum, necədə bir-birimizi bərk-bərk qucaqlamışdıq, sanki aryılmayacaqdıq əsla! Ama o son görüş idi, məcbur idik ayrılmağa, bir-birimizi sevə sevə ayrıldıq!

    Əlini buraxdığımda, sən arxanı çevirib gedən zaman sanki ürəyim dayanacaqdı, sanki kimsə çiynimdən tutub aşağı salmaq istəyirdi məni, o qədər ağırlıq oldu üstümdə! Əlini buraxdığımda artıq sən mənim deyildin! Artıq əllərin mənim deyildi, gözlərin mənim deyildi, baldan şirin dodaqların mənim deyildi! Sən mənim ilk və son sevdiyim oldun! Arxanca qışqırıb səni sevirəəəəm demək istərdim, əlini tutub getmə demək istərdim, ama məcburuq ayrılmağa!, məcburuq ömrümüz boyu həsrət çəkməyə!

    Ölənə qədər səni sevsəm də Əlvida!!!
    Hər zaman qəlbimdə olsan da Əlvida!!!
    Aldığım nəfəsim olsan da Əlvida!!!
    Artıq:
    Sən Mənim Deyilsən!!!

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Sən Mənim Deyilsən!!!

    Səni unutmağa məhkumam...
    Sevərkən düşündünmü ki, nə vaxtsa onu unutmaq istəyəcəksən .. çırpınacaqsan qəfəsdəki quş kimi .. qürurun hisslərinə məğlub olacaq .. Düşündünmü heç kədər səni özünə məhbus edəcək .. göz yaşlarında boğulacaqsan .. sanki bir səmum yeli sovuracaq qəlbini , külə döndərəcək .. ayağının altında torpaq olduğunu unudacaqsan ..

    İlk dəfə hiss edəcəksən gücsüz olduğunu .. Ayrılıq sənə qollarını açacaq .. ayrılıq sənə sirdaş olacaq .. Çıxmaq istəyəcək ruhun bədənindən .. pərvazlanmaq istəyəcək .. Puç olacaq xəyalların .. ümidlərin və .., və .. bütün bunları anladıqca qəhər boğacaq səni .. nəfəs belə ala bilməyəcəksən .. düşündünmü ? ... Düşünməmişdin .. ona görə də indi çəkirsən cəfasını , cəzasını .. Hardan biləydim deyə hayqıracaqsan içində .. günah onda idimi yoxsa ki səndə , ya bəlkə qismətindəndir bütün olanlar , yaşananlar ..

    Sən qaçmaq istədin , qurtulmaq istədin , onu yada salacaq hər şeyi unutmaq istədin .. Qaçdın .. Qaçdın amma , haraya qədər .. özündən ki qaça bilməyəcəksən .. xəyalların kölgə tək təqib edəcək səni ..və yenə də onu düşünəcəksən .. və qırıq bir səslə yalnız bunları deyəcəksən :

    “Ayrılıq ölüm qədər soyuq və qorxunc .. güzgüyə baxıram , sanki mən o mən deyiləm , başqa bir adamdır , ilahi dəyişmişəm neçə zamandır ..gözlərim qırmızı , olmuş alov kimi .. bənizim solğun , məzardakı cəsəd kimi .. Yoxluğun çox ağırdır ..amma mənə daha da ağır gələn sənə sevgilim yox , sevdiyim deməyimdir .. çünki mən buna məhkumam .. məhkumam səni unutmağa , içimdəki sənli dünyamı söküb atmağa .. sənə söz səni unudacağam ..çətin və bəlkə də mümkünsüz olsa da ..

    Sənli xəyallarıma əlvida .. sənə bəslədiyim məhəbbətimə əlvida .. sənli ümidlərimə əlvida .. Əlvida eşqim .. əlvida sevdiyim ..”

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Sən Mənim Deyilsən!!!

    Səni nə çox sevdim mən.Nə çox göz yaşı tökdüm sənin üçün. Gecələri sən yatağında mələklərin qanadlarıyla uçarkən, mən pəncərəmin önündə sənin röyana girmək üçün dua edirdim.Bir baxışına, bir dodaq titrəyişinə, gülüşünə çatmaq üçün dünyanın bütün çiçəklərini önünə sərərdim.
    Şerlər, musiqilər, sevgilər içində tutuşan bir atəş kimi yanaraq sənin üçün kül oldum.Adına yalnızlıq dedim.Sən məni bilmədin.Məni tanımadın. Məni sevmədin.Bu bir ölümdü, bu bir fərmandı.Yaşamaq mümkün deyil. Yanlızlıq qaranlıq qapılarıyla üstümə bağlandı.Öz səsim özümdə qaldı, anladımki məni heç duymayacağsan.
    Sənə nifrət edə bilmərəm, səndən ürəyim qirilmaz əsla, bir tək diləyim var səndən…
    Son bir istəyim, o da xoşbəxt ol, xoşbəxt ol sevdiyim,bircəciyim,eşqım.Hara, kimə gedirsən get…Yetər ki, sən xoşbəxt ol. Özünə yaxşı bax. Çünki bundan sonra mən yanında olmayacam. Dünyalar qədər çox sevdiyim gözlərinə baxa bilməyəcəm. İstəsəm də, istəməsəm də. Sevdim bir zamanlar səni, yenə sevirəm və bundən sonra da sevəcəm səni. Bir gün mənə dönməni, yaşanılan, paylaşılan gözəl günlər xətrinə sənə ürəkdən döndüm deməni gözləyirəm. Kaş ki bələ yaşanmasaydı hər şəy. Kaş ki, döndərə bilsəydik zamanı geriyə.Getməsən olmazmı? Bitməsək olmazmı? Səndən qalan boşluq məni məhv etməzmi? Sən həyatıma rəng qatan, həyatımi mənalandıran, yaşam arzumsan mənim.
    Qoy sənin istədiyin kimi olsun Get. Get ! Amma arxana baxma .Arxana baxsan özümü saxıaya bilmərəm. Məni tərk etməyin mənim mənəvi ölümümdür.
    Səni unuda bilmək üçün bu şəhərdən çox uzağlara getmək istəyərəm.Küçələr, parklar səni xatırlatmasın deyə. Amma bir gün də anlayaram…Anlayaram səndən və bu şəhərdən getmənin faydasızlığını. Çünki bilirəm hara getsəm, hara qaçsam mənimlə gələcəksən, ya da getdiyim hər yərdə səndən xatirələr olacaq. Sən unutdun, amma unudulmadın. Mənsə unudulduğumu bilirəm. Amma unuda bilmirəm. İnan unuda bildiyim gün səni yenidən və daha çox sevməyə başlayacam. Sevgimiz günəş qədər isti, hərarətli idi. Bir birizimi necə də sevirdik. Buraxdın birdən-birə qanadlarım kəsildi. İndi heç bir şeyəm.Məni tərk elədin. Niyə yaşadiğimi, yaşamdaki mənani unutdum. Məni bu qədər tezmi unutdun?
    Məni tərk etməyəcəkdin, sən mənim olacaqdın, varliğım, ruhum, canim olacaqdın.
    Buna söz vermişdin. Soz…Verdiyin sözü tutmadın. Məni məhv etdiyini düşünmədinmi?
    Sildin həyatındən asanlıqla. Amma mən silmədim. Bacarmadım bunu. Sən mənim sevdiyim, sevdiciyim olaraq daim ürəyimdə qalacaqsan. O param-parca elədiyin ürəyimdə…
    Sevinclərim, xəyallarım,ümidlərim,rəngli dünyam Əlvida. Əlvida yaşamaq, yaşamın anlamı Əlvida. Ey Sevgili, canımın-canı, ürəyimin içi Əlvida.Hər anı illərə bərabər olan görüşlər, o görüşlərdəki titrək baxışlar, döyünən qəlblər, çırpınan ürəklər Əlvida.
    Mən bunları yaşarkən bir an da olsa düşündünmü məni? Düşünmə...Düşünmə məni. Yoxsa o çox sevdiyim ürəyin parçalanar.Unut məni,unut…Amma bu məktubu yazarkən dəlicəsinə ağladığimi unutma…Əlvida…Əlvida...Əlvida...!

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Sən Mənim Deyilsən!!!


    “Əlvida”-bu kəlmə nə qədər xoş səslənməsə, ürəkdə acı və ağrı yaşatmasına səbəb olsa belə hər bir insanın eşidə, duya biləcəyi, hətta nə vaxtsa üzləşə biləcəyi kəlimədir. Bəzən bu kəliməni hətta-“Cəza” belə adlandırırlar. Bu kəlimənin nəyə və kimə işlənməsindn asılı olmayaraq insan ruhundan və qəlbində iz salacaq bir “söz-dür”.
    Vətənə Əlvida deyərkən:

    Oranın torpağını öpmək istəyi, yenidən qayitmaq, həmin yaşama geri dönmək, hər bir ani belə xatırlamaq insan üçün bəlkə də ən acı və sizladıcı cəzadır.

    Valideynlərə Əlvida deyərkən:

    Nə istədiyin kimi olmadı? Niyə alınmadı?-soruşarkən: yalnız təəssüf-və özünü günahlandırma hissini duymuş olursan. Mən eqoistəm, mən kobudam-özünə tənqidi yanaşarkən,.... geri baxa bilmirsən, yenidən həmin istiliyi, həmin hörməti qaza bilmirsən. Hər şeyin çox gec olduğunu anlarkən səninlə baş-başa qalan və xatırlamalı olduğun xoş xatirələr qalmış olur...

    Sevdiyin insana “Əlvida” deyərkən:

    Yalnız özünə ünvanlamış suallarla və özünün tapa bilmədiyin cavablarla üzləşmiş olursan: Kim günahkar oldu? Nə üçün bu cəza mənə verildi?- bu qədər çox sevdiyim yoxsa bu qədər vəfali olduğum üçün? –Yalnız xoşbəxt olmaq istəyim olduğu üçün bu kəliməni duydum, bu sərhədsiz və qəddar cəza ilə cəzalandırıldım...

    Məgər bu kəlimə bu qədər qüvvəyə sahibmiş...

    Ağ kağıza yeni yazıları yazmaq bu qədər çətin olarkən,

    Keçmiş səhifələri yenidən oxuyub xatırlayarkən,

    Sanki ürəyində daxilində bir boşluq hiss edərkən,

    Lakin sən bundan qaça bilmirsən, bilməzsən!

    Gözəlliyin nə olduğunu belə unudarkən,

    Məqsəd nədir, hansına doğru ki, irəliləmək lazımdır,

    Sanki sən nə ölü nə də dirisən,

    Sən özün özüvün kölgəsisən! Sən yalnız sərhədsən...

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Sən Mənim Deyilsən!!!

    Güllərin suya susadığı kimi sənə susadım, Susuz güllər necə solursa mən də elə soldum!



  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Sən Mənim Deyilsən!!!

    Alıntı Xeyallarim Nickli Üyeden Alıntı
    Güllərin suya susadığı kimi sənə susadım, Susuz güllər necə solursa mən də elə soldum!


    tsk.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.