Sayfa 2/3 İlkİlk 123 SonSon
24 sonuçtan 11 ile 20 arası

seirler

  1. #11
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: seirler

    Nə qədər canım var… – “Cabir Novruz”

    Nə qədər canım var, sağam, mən səni,
    Xatirə olmağa qoymayacağam.
    Alıb o dünyanın əlindən səni,
    Hər gün bu dünyaya qaytaracağam.

    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  2. #12
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: seirler

    Bir addım… – “Cabir Novruz”

    Məhəbbətdən nifrətə yol bir addım,
    Yaltaqlıqdan minnətə yol bir addım.
    Gəldi-gedər bir qalağıq cahanda,
    Heç fərqinə varmamışıq bir an da,
    Ki, həyatdan ölümə yol bir addım,
    Son mənzilə dönümə yol bir addım.
    Ha gedirik, ha qaçırıq, uçuruq,
    Ayın, Marsın qapısını açırıq.
    Kainatın nəhayəti bilinmir,
    Nə əvvəli, nə axırı görünmür.
    Amma şair könlümə yol bir addım,
    Könlümdəki iqlimə yol bir addım.

    ***

    Anam məni bu həyata gətirdi,
    Anam məni xəlq elədi, yaratdı.
    Bir gün onu həmişəlik itirdim,
    İblis ölüm gözlərinə kül atdı.
    O həm mənə ata idi, həm ana.
    Həm də mənə arxa idi, dayaqdı
    Gündən-günə yüyürürəm yanına,
    O heç mənə yaxın gəlmir bir addım.
    Məzarından ayağa qalx bir anlıq,
    Oğlun gəlib yoxmu bundan xəbərin.
    Aramızda ölüm, zülmət qaranlıq,
    Necə aşım bu keçilməz çəpəri.
    Bu dağları ortalığa kim atdı?
    Qovuşmağa qoymur bizi bir addım.

    ***

    Bu sahildən o sahilə bir addım,
    Əsrlərlə durur həmin bir addım.
    Bir gün yadlar bu torpağa girdilər,
    Başlandı bir hərc-mərclik, cinayət.
    Bizi o vaxt şaqqalayıb böldülər,
    Bizi böldü iki yerə xəyanət.
    Çox millətlər vüsalına yol açdı,
    Tapılmadı bir mərd aça bu yolu.
    Əsrlərlə ha vuruşduq, çalışdıq,
    Qət etmədik bapbalaca bu yolu.
    Bu sərhəddən o sərhəddə bir addım,
    Bu həsrətdən o həsrətə bir addım.
    Cinayətdən cinayətə bir addım,
    Xəyanətdən xəyanətə bir addım.
    Çəpər çəkib yerə, göyə bir addım,
    Qoymur bizi birləşməyə bir addım.

    ***

    Budur mənim dərdlərimin ağırı,
    Ana yurdum bələndi öz qanına.
    Bizim millət can verməzdi yağıya,
    Olmasaydı vətən satan canilər.
    Yenə girdi aralığa xəyanət.
    Dünən o tay, bu gün bu tay talandı,
    İndi burda rəvac aldı sathasat.
    Satqınlar da elə haman hamandı,
    Yəni həmən köhnə tasdı, hamamdı.
    Eh, bizim də günahımız çox idi,
    Gərək geri durmayaydıq bir addım.
    Buna əsla hüququmuz yox idi,
    Gör ki, hələ nəyə taydı bir addım…
    Bir addımdan milyon addım yarandı,
    Qəddimizi qırıb, əydi bir addım,
    Gör nə boyda cənəttimiz talandı,
    Görün indi nə deməkdi bir addım…
    Bəli, təzə faciəmdir Qarabağ,
    Amma satqın canilərim köhnədir.
    Bu dərd mənim ürəyimi qanadar,
    Bu dərd mənim varlığımı göynədir.
    Zəmanədən zəmanəyə bir addım,
    Viranədən viranəyə bir addım,
    Bu canidən o caniyə bir addım,
    Gülüstandan Xocalıya bir addım.

    ***

    Çoxdan köhnə xatirlər acıyam,
    İllər qara saçlarımı ağartdı.
    Dünən gəncdim, bu gün isə qocayam,
    Gənclikdən yol qocalığa bir addım.
    Şair oldum, şairliyi seçmədim,
    Öz sözümlə öz dünyamı yaratdım.
    Ta az qalıb yır-yığışa, köçməyə,
    Burdan ora nə yol var ki, bir addım.
    Ordan isə dönməyə nə güman var,
    Bir də ordan kim döndü, kim qayıtdı?!
    Ordan bura milyon illik zaman var,
    Nə olsun ki, arada yol bir addım?!

    ***

    Bu obadan o obaya bir addım,
    Bu nəvədən o babaya bir addım,
    Bu alovdan o kösöyə bir addım,
    O köhnədən bu təzəyə bir addım,
    Yol qalmayıb ta geriyə bir addım,
    Bəxt, gəlsənə irəliyə bir addım,
    Tale gülsün üzümüzə bir addım,
    Bəlkə dönək özümüzə bir addım
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  3. #13
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: seirler


  4. #14
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: seirler

    Bazı gecelerde gökyüzüne baksan ayı göremezsin, ama bilirsin ki ay gecenin içinde bir yerlerde saklıdır. Tıpkı yanımda olmasanda her zaman kalbimde olduğun gibi...


    Yüreğin öylesine güzel ki onu incitmelerine izin verme ne sıcaklığını yitir nede sevgini hayatta tek korkun unutmak olsun seni unutana yazıklar olsun!!!

    ellerine saglik canim..
    ...

  5. #15
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: seirler

    bashdan ayaga romantikasan.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  6. #16
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: seirler

    ! ! Qayit ! !
    Həsrətin araya atdı,dağ,dərə,
    Sönən işıq oldun,batan səs oldun.
    Qayıt,mənim gülüm,qayıt bu yerə,
    Ey mənim istəyim,nə gəlməz oldun???
    Ümidlər,arzular pərən-pərəndir,
    Qəlbə təsəllidir xatirələrim.
    Bir halımı soruş,könlümü dindir,
    Axşamlar yadıma düşür səhərim.

    Qayıt,mənim gülüm,yerbəyer elə
    Dərdli səhərləri,gecələri sən.
    Çaşıb başqa yolla keçirəm elə,
    Düz öz qaydasınca küçələri sən.

    Qayıt,yerinə qoy Ayı,Günəşi,-
    Yenə olduğu tək görüm həyatı.
    Qayıt,gözüm nuru,könlüm atəşi,
    Qayıt,səhmana sal bu kainatı!


  7. #17
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: seirler

    Bu gün yaşdı, yağış yağır,
    yetişdirir dərdi yenə.
    Yalvarıram
    dönə-dönə -
    yağma belə!
    Dinləyən kim?
    yağışın da qəlbi daşdı.
    Yağdı yağış..
    Əlbəttə ki,
    nə dinləsin?
    Kədərimin kökü yaşdı
    Dərdim yenə çiçək açdı,
    Qədərimin kökü yaşdı..

    Ehh...
    Quruyurdu xatirələr
    yavaş-yavaş..
    Yaşdı bu gün
    Yağdı,
    elə yağdı ki,
    canlandı o xatirələr
    daşdı bu gün!

    Bu gün yaşdı
    yağış mənə şillə vurur.
    Hanı günəş,
    hanı o nur?
    hanı axı,
    hanı qürur?
    Arxadanda daha zərbə,
    axı günəş niyə susur?
    Qorxudurmu?
    rəngi qaçıb günəşimin..
    İşıqsızdır,
    hər yer bozdur..
    Yox, yox,
    anladım ki,
    doğmayacaq bu gün günəş.
    Yağışım bezdirib onu,
    bu gün yaşdı
    günəşə dinclik gərək..
    Anladım ki günəş çaşdı..

    Bu gün yaşdı,
    hələ yağır,
    dayanmadan,
    şırhaşırla.
    Qəlb ağlayır,
    zırhazırla
    gülün,
    keçin!
    2 il ötür tanışlıqdan,
    1-il ötür ayrılıqdan
    Yuyuram mən göz yaşımla...
    Yaşdı bu gün
    Sizdə gəlin,
    Təbrik edin!

    Yazanın adın tapa Bilmədim Yoxsa Yazacaqdım

  8. #18
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: seirler

    Incime
    Dönmədim sənin son çağırışına,
    Geriyə baxmağım sevirəm demir.
    Qürur tənbehindən ağlayır gözüm,
    Yaş axan yanağım sevirəm demir...
    İndi yollarımın yolun gəzirəm,
    Tapmasam,sanma ki,ağlayacağam.
    Nə birə dönəcəm,nə sənə gülüm.
    Hər şeyi sıfırdan başlayacağam...

    Məhəbbət bəxtimə əlin verməyir
    Unudulmuşu mənəm hər unutqanın,
    Səni qınamıram sən də bir gedən,
    İstəsən ürəklə,istəsən yalın...

    Məyus olmağımın çoxdu nədəni,
    Məndə ünvanı var milyon sorağın.
    Şeir qoşmağımın səbəbi deyil,
    Sənin qara gözün ya bal dodağın...

    Sənin çəmənində ətirsiz güldən,
    Mənə uçurumun qorxusu xoşdur.
    Xislət kisəni də bir bir yoxladım,
    Demə nə doludur demə nə boşdur...
    İncimə!

    Sənə də dönməyim yalan,
    Geridə qalacaq geri qalanlar.
    Get bax!
    Nə çəkirlər sən də otur çək,
    Məndən üz döndərib peşman olanlar...

  9. #19
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: seirler

    Sənə son söz!
    Sənə görə dil açmışam yenidən,
    Ayrı cürdü əlifbası , hərifi
    Yüz yol dedim anlamadın neyniyim,
    Ayrılığın başqa cürdü tərifi.
    Sənə son söz eyəcəyəmn daha mən
    Ayrılığı kipriklərin duyacaq.
    Bəlkə...bəlkə heç demədim,
    Desəm dilim bata bilər,
    Desəm dilim quruyacaq.
    Deməsəm də ALLAH bilir nə olacaq.
    Hər gün dava, hər gün təlaş,
    Qəlb də sınır yavaş yavaş.
    Gəl deməyim.... imkan vermə.
    imkan vermə.
    Sonra sən də alışarsan.
    mən yanaram ilmə ilmə.
    sonra hər şey bir ildırım
    sürətiylə itə bilər.
    Sonra heç vaxt cücərməyən
    qürur otu bitə bilər.
    İmkan vermə!
    son söz üçün imkan vermə!

  10. #20
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Yer
    RUS
    Mesajlar
    156

    Re: seirler

    Kaşki tanımasaydım səni....

    Kaşki tanımasaydım səni..
    Çiyinlərimə bu qədər yük minməzdi,
    O zaman gözlərim ağlamağı bilməzdi..
    Bu qədər qəlbim sıx döyünməzdi,dəlicəsinə..
    Mənimdə əllərim isti olardı,heç üşüməzdim,
    Gecələr yuxusuz qalmazdım səhər kimi..
    Röyalarım, hətta şirin xəyallarım olardı,
    Qan çanağına dönməzdi gözlərim,
    Zaman-zaman məndə gülərdim..
    Kürəyimdə qara saplı bıçaq dostum olmazdı,
    Günəşsiz dünyamda ciyərim qovrulmazdı..
    Göz yaşım ruhumu daraltmazdı, ureyimi sıxıştırmazdı,
    Özümü unutmazdım....
    Ya da kaşki səni tanımazdım...
    Kaşki...
    HeYaTiN DoZuLmEz OlMaMaSi UcUn 2 ShEyE aLiShMaQ LaZiMdIr : ZaMaNiN VuRdUgU YaRaLaRa ve iNsAnLaRiN EdAlEtSiZlIyInE...

Sayfa 2/3 İlkİlk 123 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.