Bir zamanlar göyün üzündə bir-birlərini həqiqətən çox sevən bir buludla, bir ulduz var mış... Bulud göy üzünün ən şəkər,ən çəhrayı buludlu; ulduz isə , ən parlaq, ümidi ən çox yansıtan
ulduz imiş...Göy üzündəki hər varlıq onların sevgisini qısqanırlarmış...Amma biri var idiki; bulud və ulduzun ayrılmalarını ürəkdən istəyirmiş...Həm də ulduzun ən yaxın dostu olmasına baxmayaraq... Bulud bir az saf idi, heç kimin xətrinə dəymirmiş... Ulduz isə bulud üçün əlindən gələn hər şeyi edirdi, Hər kəsə meydan oxuya bilirmiş... Elə ona görə də bir bulud , bir də çox sevdiyi dostu pəri varıymış... Bir dərdi olanda gedib, pəriyə danışarmış... amma hardan bilə bilərdiki bir gün bunların hamısını ulduzla buludun ayrılmaları üçün koz olaraq istifadə edəcəyini? Bir gün ulduzla buluda nəzər dəymişdi Heç mənasız bir şey üçün dava etmişdirlər...Bulud səhvi olmağına baxmayaraq çıxıb getmiüdi... Ulduz isə "Necə olursa olsun onsuzda Bulud məni sevir...Qayıdacaqdır"! deyə düşünüb heç bir şey etməmiş..."Dönər geri !" deyə düşünmüşdü.... Amma heç bir şey Ulduz düşündüyü kimi alınmamışdır... Bulud geri qayıtmamışdır. Kim bilir, bəlkədə dönməyə cəsarət etməmişdi."Hər şeyin bitməsini nəzərə almamışdı! Deyə düşünmüş... Ancaq ortada bir həqiqət var idiki , o da ikisinində çox peşman olduqları idi....Göy üzündəki mələklər belə ağlamışlar onların vəziyyətinə amma nə fayda? Ertəsi gün Ulduz, olanları ən yaxın dostu olan Pəriyə danışmışdı...Pəri isə çox sevinmiş idi...Çünki əlinə böyük bir fürsət keçmişdi. Artıq həyatı boyu qisqandığı adama qarşı kozları varmış əlində.

O insana ən yaxın dostu olan Ulduz olmasına baxmayaraq istifadə edəcəkmiş o kozları... Həm də böyük bir zövqlə. Buludun yanına gedib və Ulduzun artıq onu sevmədiyini söyləmişdi. Bulud isə çox pis olmuşdu, boynunu bükmüş amma əlindən heç bir şey gəlməyəcəyini düşünmüşdür...Çünki Ulduz çox tərs olubmuş. Bir dəfə olmaz dedisə bir dah "olar!" deməzmiş. Pəridə Buludun bu üzgün vəziyyətindən istifadə edib ona olan sevgisini etiraf etmişdir...Bulud da heç kimin xətrinə dəyməmək üçün Pərinin , Ulduzunun yerinə keçməsini icazə vermişdir....Ulduz günlərcə gözləmiş, Buludun gəlməsini, ondan üzür istəməsini amma..Bulud gəlməmişdi... Bir gün Ulduz Buludun yanına gedib danışmağa qərar vermişdir, gecə yola çıxmışdı... Amma yolun sonunda Buludu ən yaxın rəfiqəsi hesab etdiyi, Pəriylə birlikdə Ayda əl-ələ görmüşdü...Mələklər dayana bilməyib bütün olanları Ulduza danışdılar...Ulduz çox pis olmuşdu və dönmüş arxasına çarəsiz, getmişdi... Bu əzabla yavaş-yavaş sönməyə də başlamışdı... Günlər keçmiş və qara gündən sonra Ulduz sönmüş, daha parlaya bilməyibmiş...Bulud isə nə əvvəlki kimi çəhrayı idi, nədə ki, xoşbəxt deyilmiş... Ulduz ilk zamanlar hər şeydən əl çəkmiş , həyatdan küsmüşdür... Amma mübarizə aparmağı xoşlayarmış...Qısa bir zamandan sonra Həyatı ilə bağlı vacib bir qərara gəlmişdir... O günə qədər heç görmədiyi Günəşin yanınaa gedəcəkmiş və bir az daha işıq istəyəcəymiş ondan... Üstündən qısa bir zaman keçəndən sonar Günəşin yanına getmiş... Ondan bir az parlaq və işıqistəmişdir.... Günəş işıq yerinə SEVGİSİNİ vermiş Ulduza...Bax elə o gün bu gündür Ulduz dünyaya Günəşin sevgisini yansıtır, Bulud isə o gündən həmişə göz yaşlarını axıdır dünyaya... Birdə ürəyində qopan tufanlara.