Bağışlayın məni! Kənarlarında rəngli çiçəklər olan məktub kağızlarında yazmaq istəyərdim. Kəpənək qanadları rəngləməyi, quşların ötüşünü dinləməyi, hətta uçurtma uçurmağı mən də öyrənə bilərdim. Məktubumun kənarlarına rəngli çiçəklər çəkə bilmədim.Kəpənək qanadlarını rəngləməyi, quşların ötüşünü dinləməyi, uçurtma uçurmağı bacara bilmədim.Bağışlayın məni! Şəkil çəkməyi, çiçək rəngləməyi, kəpənək qanadlarını oxşamağı sevmədiyimdən deyil. Mən, top atəşləri, bomba səs-küyləri arasında doğuldum. Yaşım 13dür. Laylalar yerinə, silah səsiylə böyüdüm. Rənglərdən əvvəlcə qan qırmızısını tanıdım. Çiçəklərdən əvvəl ölülərin arasında dolandım. Kəpənəklərlə heç gizlənpaç oynaya bilmədim.Üç yaşımdaykən ən böyük qardaşımı, səkkizimdəykən ortancılı itirdim. Atamı əllərini bağlayaraq apardıqlarında doqquzumdaydım, basdırdığımızda onumda. Bacım 15ində tərk etdi evi. 15inde qızlar məktəbə gedər 17sində Cehiz sandığı düzər. Bizim burada 15 ində qızlar döyüşə gedər. Seçmə haqqı tanımaz İsraillilər... Ya evində oturub ölümü gözləyəcəksən, ha bu gün, ha sabah deyə-deyə yaşayarkən öləcəksən,ya da...
Ölümlərin atəşindən səslənirəm sizə, eşidirsinizmi? Fələstinliyəm mən, anlayırsınızmı? Amma yenə də yaşayıram..Çünki qanlı torpaqlarda böyüyərkən yaşamağı – çiçək rəngləməyi deyilsə də məzar daşlarında çiçək böyütməyi, kəpənək qovmağı deyil amma, tüfəng tutmağı öyrəndik..Bu qədər nifrət, bu qədər acı arasında yaşamağı,qaranlıqlar arasından günəşə baxmağı öyrəndik... Onun üçün böyük və qurudur gözlərimiz. Onun üçün hələ istidir, düşməni təyin edərkən döyənəkləşən kiçik əllərimiz... Küçə aralarında güllə patronlarından oyuncaqlar düzəltdik, partlamamış əl bombaları yığdıq. Minaların üstündə oynadıq. Evimizi yıxdılar,dünən Məhəlləmizi yandırdılar. Güllə patronlarıyla oynayarkən üzərimizə bombalar atdılar. Üç yoldaşım can verdi.Üç kiçik uşaq... Bağışlayın məni qurtara bilmədim! Sallanmışdı çiyinimdən aşağı qanlı qolum, uzada bilmədim... Əlim düşdü yerə, qolum çarəsiz.. Qanlarımız qarışdı bir-birinə... Bax orada QAN QARDAŞI olduq biz...Gözlərim qaraldı, əvvəl başım gicəlləndi..Amma yatmaq istəmirəm... Yatsam yoldaşlarım bu dünyadan köçər deyə qorxuram.. Bağışlayın məni! Tuta bilmədim özümü.Yapışdıra bilmədim alnıma açıq dayansınlar deyə göz bəbəklərimi...
Yaşım 13dür.Burada uşaqlar uşaq olmaz. Körpələr belə yaşamaq üçün beşikdən sipər edər.. Çünki İsrail deyilən məlunun Amerikan bombaları beşikləri belə məzar edər. Ölümlərin içində böyüyürəm...
BAP-BALACA ÜRƏYİMLƏ ATƏŞLƏRİN ARASINDAN HİRSLƏ GƏLİRƏM, DODAQLARIMDAN TÖKÜLƏN AZADLIQ TÜRKÜLƏRİNİ EŞİDİRSİNİZMİ?


(P.S. xəbər türkcə idi, bəzi leksik qüsurlara görə üzr istəyirəm)