1.Gizlində və aşkarda Allaha və Onun elçisinə (s) itaət göstərməli və
öz əməlisalehliyi ilə başqalarına nümunə olmalıdır.

2.Ərinin yoxluğunda onun namusuna və mal-dövlətinə sadiq qalmalıdır.




3.Əri ona baxdıqda öz zahiri və daxili gözəlliyi ilə onu özünə cəlb etməlidir. Çünki qadın öz görünüşündə
nə qədər zərif, incə və cazibədar olsa, ərinin ona bağlılığı da bir o qədər möhkəm olar.

4.Ərinin izni olmadan evdən bayıra çıxmamalıdır




5.Daima ərinə təbəssüm bəxş etməlidir.

6.Tez-tez ərinə təşəkkür etməli, eyni zamanda onun səbəbinə bu evlilik nemətini dadmasına
və ana olmasına görə Allaha şükürlər etməlidir.




7.Ərindən nəsə bir şey istədikdə bunun üçün münasib bir vaxt seçməlidir.

8.Gözəl əxlaq sahibi olmalıdır.




9.Açıq-saçıq vəziyyətdə evdən kənara çıxmamalıdır.

10.Mübahisə zamanı səsini ərinin üstünə yüksəltməməlidir.




11.Ərinin yoxsulluğuna səbir, zəngilliyinə şükr etməlidir.

12.Ərini qohumcanlı olmağa sövq etməlidir.




13.Xeyirli işlərdə ərinə nümunə olmalıdır.

14.Doğruluğu və dürüstlüyü ilə tanınmalı, yalandan həmişə uzaq olmalıdır.




15.Övladlarını Allaha və Onun elçisinə (s) məhəbbət üzərində tərbiyə etməli,
tez-tez onlara ataya hörmət bəsləməyin, ona itaət göstərməyin zəruriliyini aşılamalıdır.

16.Əsəblərini cilovlamağı bacarmalıdır.




17.Başqalarını lağa qoyub istehza etməməlidir.

18.Təkəbbürdən, eqoizmdən uzaq olaraq təvazökar olmalıdır.




19.Evdən bayıra çıxdıqda yad kişilərə gözünün ucu ilə belə baxmamalıdır.

20.Dünya malına həris olmamalı, daha çox axirət üçün – Tanrı ilə görüş günü üçün yaşamalıdır.