4 sonuçtan 1 ile 4 arası

Xatirələrdə qalan gənclik

  1. #1
    Member
    Üyelik tarihi
    Oct 2009
    Yer
    Azərbaycan
    Mesajlar
    98

    Xatirələrdə qalan gənclik

    Bir zamanlar telefon cingiltisidən, poçtalyon zəngindən zinhara gələn dostum indi adam üzünə, ayaq səsinə, qapı cırıltısına həsrət qalıb.
    “Sevirəm” deyə hərarətlə pıçıldayan dodaqlara, məhəbbətdən alışıb- yanan baxışlara, nəğmə dolu ürəklərə, pak və təmiz duyğuların ülviyyətinə həsrət qalıb. Canalıqda o gözəl idi. Uca qaməti, enli kürəyi, zil qara saçları, ondan da qra gözləri vardı. Yaxşı tar çalırdı. Dərslərindən geri qalmazdı. Səliqəli geyinər, şirin danışar, heç kəsi özündən incitməzdi. Universitetin foyesindən keçəndə qızlar onu barmaqla göstərirdilər. Onu sevirdilər. Çoxları sevdi. O isə heç kəsə könlünü vermədi. Gözəl, tərbiyəli, əxlaqlı qızların ürəyindən çox hisslər keçdi. O, isə heç kəsə məhəl qoymadı. Hərədə bir eyib tapdı, hərədə bir qüsur gördü. Bal arısı kimi çiçəkdən çiçəyə qondu. Külək kimi küçədən-küçəyə keçdi. Heç yerdə dayanmadı. Heç kəsi sevmədi. Dayandısa da müvəqqəti dayandı. Sevdisə də boğazdan yuxarı sevdi.Onun gəncliyi, bax beləcə ötüb keçdi. Kibrit çöplərini hədər yerə yandırıb üfürməkdən zövq alan dəcəl uşağın sevinci kimi tez yanıb , tez söndü.
    Tələbəlik illərində heç kəsi bəyənməyən, gündə görüşdüyü, əxlaqına, xasiyyətinə bələd olduğu qızların hərəsində bir eyib tapan dostuma sonralar kiminsə zəmanəti ilə qızmı bəyəndirmək olardı?
    İllər keçdikcə dostumun qızlara inamı daha da azalırdı. O, ən namuslu, ən təmiz qızlara belə şübhə ilə yanaşırdı. Amma hey axtarrdı, kimi gözləyirdi, heç özü də bilmirdi.
    Axır ki. Iş yoldaşlarından birinə meyl saldı. Çox danlaqdan, götür-qoydan sonra razılaşan kimi oldu. Fikrini qızda bildi. Demə, bu məsələ onun da ürəyindən imiş. Qızın xasiyyəti o qədər gözəl, danışığı-davranışı, o qədər ölçülü-biçili idi ki, dostumun əlinə heç bir bəhanə keçmirdi. Bunula belə yenə tərəddüd edirdi, qəti addım atmağa qorxur, hələ “qoyun qalsın”, “canım tələsən təndirə düşər” dedyib dururdu.
    Bir axşam onlarda idim. Oturub söhbət edirdik. Birdən telefonun zəngi çalındı. Dostum tənbəl-tənbəl qalxıb dəstəyi götürdü.
    - Buyurun dedi: Bəli, mənəm. Sizdən nə əcəb, Nəcibə xanım?
    Adını eşidən kimi bildim ki, odur, dostumun üzün çək-çevirdən sonra üstündə dayandığı qızdır. Gözlərim dostumda idi. Baxdım ki, birdən rəngi ağaradı, dodaqları titrədi:
    - Hə....hə.... gələrəm, mütləq gələrəm, - deyib sustalmış halda kresloya yayıldı. Mən təşvişlə ondan soruşdum:
    - Sənə nə oldu?
    O, güclə özünə gəldi :
    - Nə olacaq?! Nəcibə idi. Məni sabah toyuna çağırır. Deyir mütləq gəl. Bütün işçilər orda olacaq....... Bəli, bu da belə!
    Dostum az-çox bəyəndiyi Nəcibə də belə getdi. O zamandan xeyli keçib. Dostumun saçları tökülüb, qəddi əyilib, gözləri kölgələnib....
    İndi o xatirələrlə yaşayır. Saralmış məktublardakı, rəngi getmiş şəkillərdəki xatirələrlə. Pozulmuş yaddaşındakı, təpərsiz ürəyindəki xatirələrlə...

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Xatirələrdə qalan gənclik

    etrafimizda beleleri coxdu ,hem insanlara inamsizliq ,inandiqdan sonra cesaretsizlik sonda bax bele tenhaliqa getirib cixarir

  3. #3
    Member
    Üyelik tarihi
    Sep 2009
    Mesajlar
    57

    Re: Xatirələrdə qalan gənclik

    MENSE ALIN YAZISINA INANIRAM.

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Xatirələrdə qalan gənclik

    eşşi men hele yenice genc heyatın yaşayıram düzdü genclik nedi bilmirem heleki dadmamışam ne deyim gelecek zamanda yeyerem qaz etin görerem lezzetin

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.