6 sonuçtan 1 ile 6 arası

Buludla Ulduz...

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Buludla Ulduz...

    Bir zamanlar səmada bir-birlərini
    həqiqətən çox sevən bir buludla ulduz vardı...
    Bulud səmanın ən şirin, ən çəhrayı buludu
    ulduzsa ən parlaq, ümidi ən çox əks etdirən ulduzu idi...

    Səmadakı hər varlıq onların sevgisini qısqanardı...
    Şirin bir qısqanclıq idi onlarınkisi...
    Amma biri vardı ki bulud və ulduzun ayrılmalarını ürəkdən istəyirdi...
    Həm də ulduzun ən yaxın yoldaşı olmasına baxmayaraq...

    Bulud bir az saf idi, kimsəni qıra bilməzdi...
    Ulduzsa buludu üçün əlindən gələn hər şeyi edə bilər,hər kəsə meydan oxuya bilərdi...
    Onsuz da onun üçün bir buludu bir də çox sevdiyi dostu pəri vardı...
    Bir dərdi olduğunda gedər pəriyə izah edərdi...
    Hardan bilə bilərdi ki, pərinin bir gün bunların hamısını
    ulduzla buludun ayrılmaları üçün istifadə edəcəyini?

    Bir gün nəzər dəydi buludla ulduza...
    Heç yoxdan bir səbəbdən mübahisə etdilər.
    Bulud, çəkdi getdi,gwnahkar olmasına baxmayaraq...
    Ulduzsa - "Necə olsa da buludum məni sevir, dönəcək." deyə düşündü...
    Lakin heç bir şey gözlənildiyi kimi getmədi... Bulud dönmədi....
    Kim bilər, bəlkə də cəsarət edə bilmədi dönməyə...
    Tək bir gerçək vardı ki...
    O da ikisinin də çox kədərli olduqları idi...

    Səmadakı yaxşılıq mələkləri belə ağladılar
    onların vəziyyətlərinə amma nə fayda...

    Sabahısı gün ulduz olanları ən yaxın dostu pəriyə izah etdi...
    Pəri isə saxta bir hüznə büründü...
    Əlinə böyük bir fürsət keçmişdi.
    Artıq həyatı boyunca qısqandığı adamı məhv etmək üçün fürsət düşmüşdü əlinə.
    O adam ən yaxın dostu ulduz olmasına baxmayaraq istifadə edəcəkdi bu fürsətdən...
    Həm də böyük bir zövqlə...

    Buludun yanına getdi və ulduzun artıq onu sevmədiyini söylədi.
    Buludsa kədərləndi, boynunu bükdü ...
    Amma əlindən heç bir şey gəlməyəcəyini düşündü...
    Çünki ulduz inadçı idi...
    Bir dəfə olmaz dedisə, bir daha olar deməzdi...
    Pəri də buludun bu kədərli vəziyyətindən faydalanıb ona olan sevgisini etiraf etdi...
    Bulud da kimsəni qıra bilmədiyi üçün pərinin ulduzunun yerinə keçməsinə icazə verdi...

    Ulduz, günlərlə buludunun dönməsini, ondan üzr istəməsini gözlədi...
    Amma bulud gəlmədi...
    Bir gün ulduz buludun yanına gedib onunla danışmağa qərar verdi...
    Gecə yola çıxdı...

    Bulud, dostu sandığı pəriylə birlikdə ayda əl-ələ idi..
    Mələklər dözə bilməyib bütün olan bitəni izah etdilər ulduza...
    Çox kədərləndi və çarəsiz qalan ulduz arxasını dönüb getdi...
    Yavaş-yavaş sönməyə başladı...

    O gündən sonra ulduz söndü, işıq verə bilməz oldu..
    Buludsa artıq nə o qədər çəhrayı, nə də o qədər məxmər idi...

    Ulduz ilk zamanlar hər şeydən imtina etdi, həyata küsdü...
    Amma asan ruhdan düşmədi...
    Qısa bir müddət sonra həyatıyla əlaqədar o əhəmiyyətli qərarı verdi...

    O günə qədər heç görmədiyi günəşin yanına gedəcəkdi...
    Və bir az daha işıq istəyəcəkdi ondan...
    Çox keçmədən daha əvvəl heç görmədiyi günəşin yanına getdi...
    Ondan əks etdirməsi üçün bir az daha işıq istədi...
    Günəş işıq yerinə sevgisini verdi ulduza...

    O gün bu gündür ulduz dünyaya günəşin sevgisini əks etdirər....
    Buludsa həmişə gözyaşlarını axıdar dünyaya...
    Bir də ürəyində qopan fırtınaları...
    ...

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    527

    Re: Buludla Ulduz...

    gozel hekayedi,sevgi elimizde tuta bilmeyeceyimiz carxdi istediyi kimi firlanir ,birde qisqancliq insani deli eleyir ve neye desen vadar eler

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Buludla Ulduz...

    Bir gün nəzər dəydi buludla ulduza...
    Heç yoxdan bir səbəbdən mübahisə etdilər.
    Bulud, çəkdi getdi,gwnahkar olmasına baxmayaraq...
    Ulduzsa - "Necə olsa da buludum məni sevir, dönəcək." deyə düşündü...
    Lakin heç bir şey gözlənildiyi kimi getmədi... Bulud dönmədi....
    Kim bilər, bəlkə də cəsarət edə bilmədi dönməyə...
    Tək bir gerçək vardı ki...
    O da ikisinin də çox kədərli olduqları idi...
    cox gozeldi ,cox ellerine saliq .

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: Buludla Ulduz...

    Alıntı alena Nickli Üyeden Alıntı
    gozel hekayedi,sevgi elimizde tuta bilmeyeceyimiz carxdi istediyi kimi firlanir ,birde qisqancliq insani deli eleyir ve neye desen vadar eler
    deli edir de sozdu...en qorxdugum xasiyyetimdi
    Alıntı Xeyallarim Nickli Üyeden Alıntı
    Bir gün nəzər dəydi buludla ulduza...
    Heç yoxdan bir səbəbdən mübahisə etdilər.
    Bulud, çəkdi getdi,gwnahkar olmasına baxmayaraq...
    Ulduzsa - "Necə olsa da buludum məni sevir, dönəcək." deyə düşündü...
    Lakin heç bir şey gözlənildiyi kimi getmədi... Bulud dönmədi....
    Kim bilər, bəlkə də cəsarət edə bilmədi dönməyə...
    Tək bir gerçək vardı ki...
    O da ikisinin də çox kədərli olduqları idi...
    cox gozeldi ,cox ellerine saliq .
    Deymez canim
    ...

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Buludla Ulduz...

    bugün bilmeden men bu mövzunu bura qoydum xeberim yox idi bele bir mövzu olmağından üzr isteyirem buna göre amma bu mövzunu yeniden gözüme soxmaqçün neçe vaxt cavablanmamış alıntını indi cvblandırmaq lazım deyildi nezaretçilere bildirerdiz tekrar mövzunu çıxardardılar yeqin anladız ne demek istedim

  6. #6
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Buludla Ulduz...

    coxxxxxxxxxxx xoshum geldi,tesekkurler.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.