Əsas məzmuna keç
2 sonuçtan 1 ile 2 arası

Seviriksə niyə ayrılırıq?

  1. #1
    Member
    Üyelik tarihi
    Sep 2009
    Yer
    Azərbaycan
    Mesajlar
    85

    Seviriksə niyə ayrılırıq?

    Sevdiyimiz əşyanı, dostları ya da sevdiyimiz insanı itirdiyimizdə,
    Sonda ürəkdə qalan həmişə eyni hissərdir,kədər göz yaşı,əzab...
    Fikir versək görərik ki,hər gözəl xatirələrin sonu,hisslərin sonu ayrılıqdır.Nə üçün ayrılırıq?
    Bəs hisslərimiz,sevgimiz bu qədərmi zəif idi?Bəs sevgimizi dilə gətirərkən hisslərimizdən necədə razı idik amma indi hər şeyin sonu olduğu kimi sevgilərində sonu olur...

    Yoxsa xoş sözlər sadəcə müəyyən müddətlik idi?
    Bəs o hissləri yaşayarkən heç qorxmuruqmu?Bəlkə bir gün bu gözəl günlər yox olsa,bizi tərk etsə deyə fikir etmirik?
    Təbii ki, bitəcək. Yaşadığımız xoşbəxtliklər, kədərlər həmişə bitmədimi?
    Həmişə yerinə başqa başqa kədərlər, xoşbəxtliklər buraxmadımı?
    Yenə eyni qorxular, eyni narahatlıqlar...
    Yaxşı sahib olduğumuz gözəllik üçün itirmə qorxusuyla niyə ağlayırıq? Kimə? Nə üçün ? Bilirsinizmi?
    Tökülən göz yaşları sadəcə özümüz üçün..
    O dəyərə sahibkən də, itirdiyimizdə də..
    Çünki bizi qorxudan TƏKLİKDİR..

    İçimizdə hiss etdiyimiz o gözəl hisslər uzun bir müddət yenidən yaşaya bilməmək..
    Darıxmaq, darıxılmaq, sevmək, sevilmək, onu hiss etmək...Hansından daha tez imtina etmək olar?
    Bitən eşqlərdə də, bitən ömürdə də yanaqlarımıza tökülən gözyaşları həmişə özümüz üçündür.
    Çünki söhbət bizdən gedir,içimizdə olan eqoistlik hissindən irəli gəlir...
    Bizim sevdiklərimiz bizi şübhəsiz sevməli, darıxdıqlarımız darıxmalı, doğrularımız hər vaxt tək doğrudur.
    Bəs yanımızda ki insan ? Onun arzuları, həsrətləri ,istəkləri heç o barədə fikirləşirikmi?
    Nə qədər o sevdiyimiz insana qarşı fədakarıq?
    Vermədən nəyi nə qədər ala bilərik ki?

    Biz hər zaman verdiyimiz qədər almaq, aldığımız qədər vermək üçün səy göstərmirikmi?
    Ancaq nəticə yenə nədir TƏKLİK.
    Bəs bu qədər təklikdən qorxuruqsa,bu qədər itirməkdən qorxuruqsa nı üçün sonda itiririk?
    O dəyər bizə xoşbəxtlik yerinə kədər, hisslər qarşılıqsızdırsa onsuzda imtina etməliyik.
    Yox əgər həyatın çətinliklərindən bir az da olsa bizə xoşbəxtlik verirsə o zaman gözyaşı yerinə bir az daha ağıllı davranmaq daha doğru deyilmi?
    Xatirələrimizdə elə mənalı, xoşbəxt anlar vardır ki, bəzən o qədər keçən illərə dəyərdir. Təbii ki bu dəyərlər qarşılıqlı olduğunda daha da dəyər qazanacaq.




    Sevgini, həsrəti birlikdə yaşamak doyumsuz bir həzzdir.
    Artıq o sevdiyin insan özün olmusan.
    Qoruyarsan, eynilə özünü qoruduğun kimi. Xətrinə dəyməkdən, incitməkdən qorxarsan.
    Daha çox vermək vermək istəyərsən.
    Çünki ayrıldığın zaman belə ona bağlı olarsan...Hər zaman ağlının bir ucunda olar...Çünki ayrılıqda sevgiyə daxildir..Çünki ayrılanlar hələdə sevgilidir...




    Bu qədər sevgi etirafları eşidirik.Bu qədər sevgilər görürük.Bəs nə üçün sonu hər zaman ayrılıq ,təklikdir?
    Yoxsa sevgi mövcud deyil məhz onun üçündə çox vaxt sonu ayrılıq olur?İçimizdən neçəmiz sevginin var olduğuna inanır?

    Good Bye My Lover Good Bye My Friend

  2. #2
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Seviriksə niyə ayrılırıq?

    Bezileri sevgi var deyir,bezileri sevgi yoxdur deyir.Sevgi ugurla basha catdiqda sevgi var,alinmayanda ise sevgi yoxdur deyirik.Mence sevgi var ozude cox gozel duygudur.Sadece sevgi deyerini bilen ucun,agli bashinda olanlar ucun,sevgi bir-birlerine hormet qoyanlar ucun,pis-yaxshi,imkanli-imkansiz gunlerinde bir-birlerine sahib cixanlar ucun.......
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.