4 sonuçtan 1 ile 4 arası

Yağış

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Yağış

    Yağış, Dənizə düşdüyündə dəniz, Yaşıla düşdüyündə yaşıl, Torpağa düşdüyündə isə torpaq iyi verər .
    Yağış, Saçına düşdüyündə sevgi, Əlinə düşdüyündə həsrət, o yağışı içində hiss etdiyində isə eşq iy verər..
    Yağışı əslində çoxlarımız sevirik.O yağdığında xüsusi rahatlıq hiss edərik.Yağışlı havada nədənsə göylə birgə bizdə ağlayarıq,adətən qəmgin olarıq.Mənfi enerji bizi əhatə edər.Ancaq nə üçün yağışlı havada adətən qəmgin olarıq?Heç düşündünüzmü?
    Heç bir insanı unutmaq, bir insandan imtina etmək, bir insanı həyatından sonsuza qədər çıxartmaq məcburiyyətində qaldınmı..?
    Ölmüş kimi, uzatsansa da əlini tuta bilməyəcəyini bilmək kimi...
    Hər an qapından içəri gülümsəyərək girəcəyini gözləyib amma əslində, heç gəlməyəcəyini bilməyin kimi...
    Nə üçün yağış bizə sevgini xatırladar?Nə üçün yağış bizə bu cür fikirləri gətirər?
    Yağışlar sadəcə insanın saçını ıslatmaz insanın ürəyinidə isladar. Səbəbi isə məlum deyil...Bəlkə yaş olan saçlarımız quruyar ancaq içimiz asanlıqla qurumaz.Sevgi dolu insanlara yağış onu xatirladar.Bəs sevməyən bir insan üçün yağış nə məna kəsb edir?Adətən yağışlı havada nə arzu edərik?Onu seyr etmək çoxlarımızın ən sevimli məşğuliyyətidir.Bu zaman xüsusi rahatlıq taparıq,xüsusəndə yağışdan sonra günəşin çıxması həyatımıza çıxan bir günəşi xatırladar bizə....
    Mübət enerjidə olmaq,hər şeyin ən yaxşısını fikirləşmək qeyri-mümkündürmü?Çox vaxt yağışlı havada ağlamaq istəyərik,istəyərik ki,göz yaşlarımız görünməsin.Göz yaşlarımızı yağan yağış damcılarının ardında gizlədərik.İndiyinə kimi heç bir insandan mən yağış yağarkən müsbət enerjidə olduğunu eşitməmişəm.Sizə bu nədən irəli gəlir?
    Yağışlı havada nə üçün daima mənfi enerjidə oluruq?Heç fikirləşmisinizmi?

    [

  2. #2
    Member
    Üyelik tarihi
    Sep 2009
    Yer
    Azərbaycan
    Mesajlar
    85

    Re: Yağış

    bu mövzuda qoyulub
    Good Bye My Lover Good Bye My Friend

  3. #3
    Member
    Üyelik tarihi
    Sep 2009
    Mesajlar
    92

    Re: Yağış

    narin yagishi sevirem.
    Baştan yaşama şansım olsaydı eğer; kusursuz olmaya çalışmaz rahat bırakırdım yüreğimi korkmazdım çok riske girip sana aşık olmaktan..

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Yağış

    hec de duz deyil ,eger bu gun sen xosbextsense, sevib -sevilirsense ,inan ki , yaqis da sene lezzet edecek ,yox eger uerk sevinmirse ,he onda sen deyen kimi yaqis da bizi aqladacaq .biz deyim var heyat seni guldurende gulmeye ne var, vay o gunden aqladanda gulesen ,ona gore de deyim ki , yaqisnan bizim aqlamaqimizin hec bir elaqesi yox .sene bu gun pisdi sen aqlayirsan ,nece ki , bunu indi men edirem

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.