3 sonuçtan 1 ile 3 arası

Qapılar

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Qapılar

    Qapılar vardır xəyallarımızda həmişə açmağı arzuladığımız.
    O çıxmaz küçələrdə, qan tər içində qaldığımızda, ümidimiz olan qapılar..
    Günlərin gecələrə, gecələrin isə qarabasana çevrildiyi zamanlardan çıxmaq istədiyimiz qapılar..
    Hər şeyi unuda bilmək adına, şüşələri aşırdıb, gözlərəmiyin işıltısını yavaş yavaş itirdiyi və nəhayət qaranlığa basdırıldığımız anlarda, işıq deyə gözlədiyimiz qapılar...
    Əllərimiz ciblərimizdə ,hara getdiyimizi bilə bilmədən getdiyimiz küçələrdə, hər şeyin boş və mənasız olduğu həyatlar arzulayaraq səhərlər gözlədiyimiz qapılar...
    İzdihamlar içində tək yaşayıb , isti bir cüt gözə möhtac gözlərini ovutmağa çalışdığın qapılar...
    Və əllərinin yorgunluğu Barmaklarından başlayıb bütün bədənini və ruhunu qucaqlayan yorğunluğun daşınılmaz ağırlığı altından xilas olmağa çalışdığın qapılar..

    Tənha bir sahildə bədənin qumlara məğlub, gözlərin ucsuz-bucaqsız dənizə təslim , yavaş yavaş istiliyini itirən günəşdə özünü seyr edib gecəyə qovuşduğunda günəş deyə gözlədiyin qapılar...

    Qapılar vardır..

    O qədər zamandan sonra qarşına çıxdığında nə olduğunu belə bilmədiyin...

    Qapılar vardır..

    O qədər zamandan sonra qarşına çıxdığında şübhənin, qorxunun , ümidin, ümidsizliyin xırman olub ürəyini yağmaladığı qapılar...

    Qapılar vardır...

    Qaranlıq ürəyini yavaş yavaş işıqlandırıb ürəyindəki ağrıları silərək gözlərinə ,əllərinə həyat verib səni təkrar dünyaya gətirən qapılar...

    Qapı vardır sevgiyə açılan. ..Sadece bir qapı ..

    Hər kəsin o qapıya çatması və açması ümidiylə....
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: Qapılar

    arxasinda sevgi olan ,tebessumle,huzur veren ,insanarahatliqgetiren o qapini acmaq ucunde mubarize,zehmet gerek.ele qapilar asanliqla acilmaz,asanliqla acilan qapinin deyerinide ele bilmerik.
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Qapılar

    insallah bizim qarsimizda acilan butun qapilar isiqli sabaha aparar

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.