Əsas məzmuna keç
7 sonuçtan 1 ile 7 arası

Sən yoxsan...

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Sən yoxsan...

    SƏN YOXSAN

    Günlər saralmış yarpaqlar kimi bir-bir ayaqlarımın dibinə tökülərkən, mən hər gecə gözlərimi qaranlığa dikib sənin aydınlığını gözlədim. Sən yox idin... Minlərcə addım atdım bu şəhərin hər guşəsində. Hər parkı, hər ağacı əzbərlədim. Sevdaya qovşanmış hər bir yerdə sənin adını axtardım. Evlərin divarları bir-bir üzərimə yıxıldı. Üzərimə yıxılmış sevgi acısını ürəyimin dərinliyində hiss edərkən məni bu acıdan dartıb çıxaracaq əllərini axtardım. Gözlənti şe`rləri yazdım. Kimisinə ucadan, kimisinə səssizcə söylədim. Qaranlıqlara qışqırdım həsrətimi. Səsimi duyarsan deyə gözlədim. Səndən gələcək bir tək xəbəri gözlədim. Saatlar əsrlər kimi gəldi...

    Çağıran hər telefon zəngini ürəyimin çağlayan atışları ilə götürdüm. Səndən başqa duyduğum hər səsdə eyni xəyal qırıqlarını yaşadım. Onlar məni, mən isə səni duymaq istəyirdim. Səni axtarmaqdan yorğun olmuş bədənimi qaranlığın qucağına uzatdım hər gecə. Bir göz qırpımında səhərin açılması üçün yuxuya getməyimi istədim. Bacarmadım. Səhəri gözlərimi bağlamadan açdım. Hər gecə sakitcə ayaq səsləri dinlədim, bəlkə gələn sən olarsan deyə. Hər yağışla birgə hüzn də yağdı ürəyimin üzərinə. Buludlar yalnızlıq rəmzi idi mənim üçün. Məni isladan yağış damlaları olmadı. Mən hər mövsümdə sənin yoxluğun ilə islandım. Həyat bahara çiçəklərini açaraq xoş gəldin deyirdi. Uzun qış aylarından sonra gəlməz sandığım köçəri quşların da döndüyünü gördüm. Sən yox idin...

    Hər avtobus, hər stansiya adresim oldu. Hər hansı bir avtobusdan düşərsən deyə sandım. Avtobuslardakı hər bir kəsə səni görərəm deyə baxdım. Adı bilinməyən qəsəbələrə getdim səndən bir iz tapmaq üçün. Dənizin sonsuz dalğalarına ümid bağladım. Limanlarda keçirirdim gözləntilərimi. Hər zamanda olduğu kimi limanlardan sən olmadığın gəmilər keçdi. Gözümdən bir tək damla yaş axmadı. Onlar sənə qalmalı idi. Heç kimsəyə söyləmədim həsrətini. Gözləntini kimsəyə anlatmadım. Fırtınalar qopdu ürəyimdə, dalğalar qovdu xəyallarımı. Sığınacaq bir liman, yaşlanacaq bir köşə axtardım. İçimi açıb tökəcək bir insan axtardım. Hər gecə ay param parça oldu. Hər gecə ulduzlar bir-bir düşdü soraqlara. Ulduzları saçına taxıb gəlişini gözlədim. Ayı ovcunda mənə gətirməni gözlədim və bir günəş kimi doğub bu qara dünyamı aydınlatmanı istədim. Amma sən yox idin...
    ...

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Sən yoxsan...

    yahu kardeşim bizim bu sevgi işlerinden ne zaman canımız qutaracaq

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Sən yoxsan...

    cox pisdi gozlemek

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: Sən yoxsan...

    Alıntı NuriyeV Nickli Üyeden Alıntı
    yahu kardeşim bizim bu sevgi işlerinden ne zaman canımız qutaracaq
    bilmem
    ...

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Sən yoxsan...

    Alıntı je_demeure Nickli Üyeden Alıntı
    Alıntı NuriyeV Nickli Üyeden Alıntı
    yahu kardeşim bizim bu sevgi işlerinden ne zaman canımız qutaracaq
    bilmem
    heç mende bilmirem gün erzinde ne qeder başım qarışır oki eve gelende yolda beynime yene ele şeyler gelirki insan bezir ama tek tesellim düşünüremki evlenim eve gelendede sebirsizlenimki ailemin yanına gedirem o fikirler ağıllar hamsı çıxsın getsin başdan artıq bizde atılaq heyata

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: Sən yoxsan...

    Alıntı NuriyeV Nickli Üyeden Alıntı
    Alıntı je_demeure Nickli Üyeden Alıntı
    Alıntı NuriyeV Nickli Üyeden Alıntı
    yahu kardeşim bizim bu sevgi işlerinden ne zaman canımız qutaracaq
    bilmem
    heç mende bilmirem gün erzinde ne qeder başım qarışır oki eve gelende yolda beynime yene ele şeyler gelirki insan bezir ama tek tesellim düşünüremki evlenim eve gelendede sebirsizlenimki ailemin yanına gedirem o fikirler ağıllar hamsı çıxsın getsin başdan artıq bizde atılaq heyata
    Insallah arzuladigin kimi bir aileye sahib olub xosbext olarsan...AMIN
    ...

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Sən yoxsan...

    çox saol cemi subaylar üçün olsun AMİN

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.