tesekkurler movzu ucun amma men yagisi sevirem saatlarca hec yorulmadan cetirsiz narin yagan yagisin altinda piyada gezmeyi seviem o zaman menen rahatlasiram icimde yungulluk hiss edirem.
4 sonuçtan 1 ile 4 arası
-
09-09-2009, 08:01 PM #1Senior Member
- Üyelik tarihi
- Jul 2009
- Mesajlar
- 1.149
Ehhh….Yenə yağış yağır…yenə səni xatırladır mənə...
Yağışın hər damlasında sənin simanı görürəm,bəzisində mənə gülümsəyir bəzisində mənə əsəbləsirsən…
Yağış damlalarının düşdüyü kiçik gölməçələrdəki dalğalarda sənin siman dalğalanır….
Yağış damcılarının qulağımda səsləndirdiyi musiqi səni canlandırır…
Yağışdan sonra gələn torpaq qoxusu səni xatırladır mənə…
Yağışı sevirəm səni mənə xatırlatdığı üçün…
Yağışa nifrət edirəm səni unutmağa qoymadığı üçün…
Bəs sən məni xatırlamırsan?Bəs nə tez unutdun o ilk həyəcanları?? Mən səni görəndə həyəcanlanırdım,adını eşidəndə həyəcanlanırdım..adını öz-özümə tələffüz edə bilmirdim,qorxurdum.Adını bir vərəqə tez-tez yazıb pozurdum…Adının yazılışına belə baxa bilmirdim…Səni sevməkdən qorxurdum,ama səni sevirdim axı…Adımı sənin səsində eşitmək məni həyəcanlandırırdı..Səsin bütün günü qulağımda səslənirdi…
İndi isə səni yadıma sala bilmirəm.
Bəs sən məni xatırlamırsan? Axı aradan kecen bu zaman erzində nə qədər yağış yağıb,ay insafsız??Bəs deyirdin “yağış bizim üçün yağır”..Bizi xatırlamırsan?
Niyə demədin axı?Niyə etiraf etmədin,mənə də etraf etməyə cesarət vermədin,axı hamı bilirdi bizim bir birimizə,öz ozümüzə etiraf etməyə qorxduğumuz hissləri..Hamı bilirdi..
Hamı səndən ehtiyat edirdi,məni müdafiə edirdin,danlayırdın,əsəbləşirdin,amma demirdin..Demədin də…
Elə səssiz-səmirsiz çıxıb getdin…məni yağışlarla baş başa qoyub getdin…
Həmişə pəncərənin arxasında oturub yağışa baxanda fikirləşirdim ki,nə vaxtsa ikimiz eyni pəncərənin arxasında oturub yağışa baxacağıq…Amma mən yenə də həmin pəncərənin arxasında tək oturub yağışa baxıram..Sən hardasan?Hansı pəncərənin arxasındasan?kiminləsən?.Bilmirəm...Yağışa baxanda mən yadına gəlirəmmi?.Bilmirəm…
Zalımsan…Məni kiçik bir səhvə görə belə ağır cəzalandırdın..Heç bir söz də soruşmadan getdin…Məni bu fikirlərlə,dü.üncələrlərlə və ömrümün axırına qədər yağan yağışlarla baş-başa qoyub getdin…
Yağışı sənə görə sevirdim...
Sənə görə də nifrət edirəm…
...
-
09-09-2009, 10:07 PM #2Senior Member
- Üyelik tarihi
- Aug 2009
- Yer
- Baki
- Mesajlar
- 188
Re: Ehhh….Yenə yağış yağır…yenə səni xatırladır mənə...
sen kimsen? Ana qucagında dunyaya goz acan korpe usaqmi, caylar kimi caglayan cosgun bir gencmi, beli bukulmus zavallı qocamı, yoxsa mezara gomulmus meyidmi.
-
09-10-2009, 07:10 AM #3
Re: Ehhh….Yenə yağış yağır…yenə səni xatırladır mənə...
yağış ne olur olsun isteir kimi xatırladır xatırlatsın yağış mene lezzet edir bütün eseblerim sakitleşir yağış yağanda yağış yağanda yalnız bunu etmek lazım oturursan maşına bir dene cllasikadan 1 2 musiqi hezin xodda şotkalarda yavaş yavaş işliyir sende sürürsen düz yolda sakitçilik beh beh bunun lezzetin heçne vermez
yağış yağır yağ qaytar mene ehdi ilqarımı
-
09-11-2009, 12:31 AM #4Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Ehhh….Yenə yağış yağır…yenə səni xatırladır mənə...
menin yaqiusla ilgili hec bir xatirem yox ,sadece yaqisin altinda gesmek bezen hezz verir mene


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri