Əsas məzmuna keç
Sayfa 1/2 12 SonSon
18 sonuçtan 1 ile 10 arası

Səni əbədi itirdim...

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Səni əbədi itirdim...

    Sən baharın yağışla gətirdiyi həsrətsən.İçimdəki sən saf,təmiz bir damlaydın,dənizə düşəndə islatmaqdan qorxduğum damla...Sən səndən heç vaxt vazkeçe bilməyəcəyim üçün özəl idin.Hər dəfə dalaşanda qəlbimdə fırtınalar qopardı və sən bunu heç bilməzdin.Bəlkə də mənim susmağım sənin qaçmana,getmənə səbəb oldu.Bəlkə də...Sənə deyə bilmədiyim sözlərlə doldu qəlbim, hər dəfə gün batışında xatirlattın mənə...Uzaqdan sevməyə nifrət edərdim, amma indi uzaqdan sevmək məcburiyyətində qaldım.Bilirəm ki artıq bir sevgilin var...Çox qisqancam...Deli oluram her dəfə ağlıma gətirdikcə..O insana nifrət də edə bilmirəm..Mənə çox yaxın biridi o...Taleye nifrət etdim...Bizim üçümüzü qarşılaşdırdığına görə...Sənə də nifrət etdim...Sonra könlüm dayana bilmədi bu ayrılığa , ürəyim səni görmədən acımağa,qanamağa başladı,bir bitiş başladı həyatımın baharında...Ürəyimdən səni atacaq heç bir güc tapmadım.Fikrim sənə acı çəkdirmək,zərər vermək deyildi.Ağlarkən güldürmək,ömrümü ömrünə qatıb səni xoşbəxt edəcəkdim və səndən sənə verdiyim sevgini qəbul edib bu sevgini yaşamağı istərdim.qəlbimdəki taxt-tacı sənə vermişdim..Çox sevilmək bu qədərmi acı idi??Ya səni qazanmaqdır fikrim ya da özümdən vazkeçmək.Mən sənə böyük bir sevgi vermək üçün inad edirdim.Bu qədər inad etdiyim üçün bağışla məni.Sevmək ölümünə cəsarət ,buzdan deyil atəşdən ürək istər.Bütün gözəllikləri, bütün kainatı bir- birinə qatsalar da sevə bilməzdilər mən kimi...Heç kimin ürəyi mənimki qədər böyük,mənimki qədər dəli ola bilməzdi.Mənə bu qədər əzab verən ürəyimi çıxarıb ata bilmirəm,mənə bu qədər əziyyet edən ürəyimə düşmən ola bilmirəm!!Əgər bu mümkün olsaydı şübhən olmasın qəlbimi çıxarıb atardım.Sevdan məni dəli etdi,özümə sözüm keçmir artıq...Başımı əllərimin arasına nə ilk , nə də son alışımdır..
    Bu ilk acım deyil, lakin ən böyük acımdır...

    Bir limandayam və sənin mindiyin gəmi çoxdan uzaqlaşıb getdi və bunu qəbul etmək mənə əzab verir.Ürəyim sarayından səni qovmur,o taxtı sənsiz buraxmır..
    Heç inanmamışdım...Heç bir zaman inanmamışdım məni özünə düşmən edib ,qəlbimin yarısını alıb gedəcəyinə...Məndən başqa hamı bilirdi günün birində məni yarı yolda qoyub gedəcəyini.Bu yalançı dünyada bir tək mən idim sənə inanan,güvənən,sevən,hər zaman sənə dəstək olan..Amma sən sənə inanmayanları haqlı çıxardın...Səninlə bir qurduğum dünyanı yerləbir edib getmənə səbəb nə idi,bilmədim.Sən olarkən yalnızlıqdan,ağlamaqdan qorxmurdum.Bilirdim ki yalnız olanda yanıma gələr,ağladığımda göz yaşımı silərdin...

    Səni aramıram.Bu dəfə ardından gəlmədim deyə səni unutduğumu da düşünmə...Hər zamankından daha çox Sevirəm Səni..Hirsim də,sevgim də bitmək bilmir.Səndən sonra necə yaşayacağımı bilmirəm, amma səni hər zaman xoşbəxt görmək istəyirəm..Həyatımın qalanını sənsiz yaşamağı öyrənməliyəm.Elə öyrənməliyəm ki,səni görəndə içim heç sızlamamalı...Səni unutmalı...Sənsə başını əyməlisən,elədiklərindən utanmalı,iliyinə qədər üşüməlisən yayın istisində...Ama sənə bunları yaraşdıra bilmirəm...

    Sənin gözlərində yaşadım məhəbbəti və yenə də sənin gözlərində saxladım ümidlərimi...Bir gün oxuyarsan bu yazdıqlarımı...Oxuyarkən ağlayacaqsan bəlkə...Bilmirəm..Ama məni anlaya bilmən və bağışlaman üçün çox vaxt keçməsi gərəkdir...Bunu bilirəm

    Hər zaman “özün haqqında danış” deyərdin..Mən də hər dəfəsində susardim...”Axı nə danışım?” deyə söhbəti dəyişərdim...Bax....Mən buyam..Heç kimin sevmədəyi və heç kimin anlamadığı....

    Xoşbəxt ol...Tək arzum budu artiq...
    ...

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Səni əbədi itirdim...

    ayda senin bu yaşda ne yaman böyük derdin var sen bilki seni bu hala salanın belke heç vecinede deyil senin bele olmağın heyatını temiz qaraltmısaneee bele olmaz

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: Səni əbədi itirdim...

    Alıntı NuriyeV Nickli Üyeden Alıntı
    ayda senin bu yaşda ne yaman böyük derdin var sen bilki seni bu hala salanın belke heç vecinede deyil senin bele olmağın heyatını temiz qaraltmısaneee bele olmaz
    haqlisan....inanki onun vecine de deyil...olmasin da...men anlayacagimi anladim...Allah bilen meslehetdi.Bele olmali imis...
    Hiss elediyim tek sey indi pesimanciliqdi...o da 1 muddet sonra kececek..Her sey gozel olacaq..
    ...

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Səni əbədi itirdim...

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Mesajlar
    431

    Re: Səni əbədi itirdim...

    Aydaaaa oxudum inan çox pis oldum=((( offf tüklərim biz biz oldu valla...=((( çox gözəl sözlər yazmısan...
    məndə ayrılıxdan həsrətdən acıdan qorxuram...yalançı vəfasız oglanların Allah cəzasını versin...!!!

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: Səni əbədi itirdim...

    Alıntı QuickHappy Nickli Üyeden Alıntı

    tesekkur canim..Beyendiyine sevindim. ..Allah zalim duygusuz ikiuzlu insanlarin da cezasini versin...
    ...

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Mesajlar
    431

    Re: Səni əbədi itirdim...

    Alıntı je_demeure Nickli Üyeden Alıntı

    Dəyməz cicim... Amiiiiiiin!! Amin dimiyən dillər qurusun =))

  8. #8
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Səni əbədi itirdim...

    ozun ozunu aldatma zaman kecdikce daha da pis olasan ,bilirsen niye ? ona gore ki , min bir suallar icinde tek qalacaqsan ve hec bir cavab tapmayacaqsan ve onda sadece teslim olub suyun axari ile gedessen ,inan ki bele olacaq,ureye vurulan zerbe hec vaxt yaddan cixmir ,unudulmur

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: Səni əbədi itirdim...

    Alıntı "Xeyallarim" Nickli Üyeden Alıntı
    ozun ozunu aldatma zaman kecdikce daha da pis olasan ,bilirsen niye ? ona gore ki , min bir suallar icinde tek qalacaqsan ve hec bir cavab tapmayacaqsan ve onda sadece teslim olub suyun axari ile gedessen ,inan ki bele olacaq,ureye vurulan zerbe hec vaxt yaddan cixmir ,unudulmur
    Unudulmasa bele ustu kullenecek,ne vaxtsa az incidecek.Indiki qeder ezab vermeyecek.Bezen Unutmaqdan basqa care olmur...Mehkumsan unutmaga...
    ...

  10. #10

    bax butun bunlari aqlin deyir urek bax urek dediyinden hec vaxt donmur , ola bilsin ki sen bu gun ona hetda nifret edesen ,ancaq bir muddet kecir nifret kecir ,sevgisi ise adami goynedir ve onda ozuve sual verirsen niye men ,niye menimle bele oldu ,men axi temiz pak sevgiden basqa hec ne istemedim senden allahim ,bunu da mene cox gordun

Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.