8 sonuçtan 1 ile 8 arası

Hisslərinizdən əmin olun!

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Hisslərinizdən əmin olun!

    -Bir insanla qarşılaşdınız və qarşılaşdığınız insan sizdə başqa bir maraq oyatmağa başladı.Onun hansısa hərəkətinə və ya xüsusiyyətinə görə fərqli hesab edirsiniz.Məhz fərqli hesab etdiyiniz üçündə onunla hər danışdıqca həyəcanlanırsınız.
    Düşünürsən ki bu sevgidir?
    Yox yanılırsan bu sevgi deyil bu bir insanı fərqli hesab etdiyiniz üçün sadəcə ilk təkanlardır.O insan sadəcə sizin xoşunuza gəlir başqa heçnə.

    -Onunla danışmaq üçün səbrsizliklə gözləyirsiniz.Gördüyünüz an sevincinizin həddi hüdudu olmur.Ona çox ümid bəsləyirsiniz.
    Düşünürsən ki,bu sevgidir?
    Yox yanılırsan bu sevgi deyil.Bu sadəcə istəkdir,həvəsdir.Hər kəs hər zaman həvəsin və istəyin uzun ömürlü olmadığını yəqin ki,bilir elə deyilmi?

    -Onun uğruna sevinmək və ən az onun qədər sevincli olmaq,ona uğurlar arzulamaq bunu səmimi qəlbdən istəmək.
    Düşünürsən ki,bu sevgidir?
    Yox yanılırsan bu sevgi deyil.Bu sadəcə başqalarının sevincinə ortaq olmaqdır.Bu sadəcə uğurun dəyərini anlamaqdır.Həmin insana qələbə qazandığını bildirmək üçün etdiyiniz ən böyük köməklikdir.

    -Sizə yaxın olan insanları çox istəyirsiniz,itirməkdən qorxursunuz.
    Düşünürsünüz ki,bu sevgidir?
    Yox bu sevgi deyil.Tənhalıq qorxusudur.Tənha qalmaqdan qorxduğumuz üçün itirməmək üçün səy göstərməyindir.

    -Sən onun sənə qarşı olan sevgisini görüb incitməmək məqsədi ilə hər zaman dəstək olursansa,onun böyük məhəbbəti qarşısında,sənə etdiklərindən sonra onun qəlbinə dəyməmək üçün əlindən gələni edirsənsə..
    Düşünürsən ki,bu sevgidir?
    Yox bu sevgi deyil.Sadəcə qarşınızdakı insana qarşı yazığınız gəldiyi üçün belə edirsiniz.

    -Onu görmək,ona baxmaq,onun ikinci sən olduğunu fikirləşmək...
    Düşünürsən ki,bu sevgidir?
    Yox əksər hallarda bu sevgi deyil.Sadəcə dəlicəsinə vurğunluqdur.Ona sadəcə heyransınız.

    -Siz sevdiyiniz insanların səhvlərini bağışlayırsınız və onun daha çox əzab çəkməsini istəmirsiniz.
    Düşünürsünüz ki,bu sevgidir?
    Yox bu sevgi deyil içinizdəki dostluq hissidir.

    -Siz hər gün ona günün hər dəqiqəsi onu fikirləşdiyinizi,bir an ağlınızdan çıxarmadığınızı deyirsiniz.
    Düşünürsünüz ki, bu sevgidir?
    Bu sevgi deyil.Bu sadəcə yalandır.


    O qəmgin olanda,o dərdli olanda eyni hissləri sizdə keçirirsiniz?
    Düşünməyə ehtiyac yoxdur çünki bu sevgidir.
    Siz onu necə var elə qəbul edib,tənqid etmirsinizsə..
    Düşünməyə ehtiyac yoxdur çünki bu sevgidir.
    Onun hər baxışı,hər davranışı sizi qısqandırır?Başqalarının ona baxmasını qəbul edə bilmirsiniz?Bunun üçün həddindən artıq aqresiv belə ola bilirsiniz?
    Düşünməyə ehtiyac yoxdur çünki bu sevgidir.
    Siz ona həyatınızı,canınızı fəda edəcək qədər bağlısınız?
    Düşünməyə ehtiyac yoxdur çünki bu sevgidir.
    Gəlin fikirləşək sevgi bizə bu qədər əzab verib incidirsə,
    Biz niyə Sevirik?
    Niyə bizim həyatda axtardığımız bunlardır?
    Göz yaşları, əzab?
    Niyə bizim çox istədiyimiz bunlardır?
    İnsanın özünə etdiyi ən böyük işgəncə deyilmi?

    Cavabı çox sadədir çünki bu...
    SEVGİDİR!

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Hisslərinizdən əmin olun!

    emin oldum

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Hisslərinizdən əmin olun!

    eger sevgi varsa onsa cekdiyin her istirab da adama sevinc verir

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Hisslərinizdən əmin olun!

    mende deyirem bu sevincler mende hardandı

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Hisslərinizdən əmin olun!

    sen yeni sevine de bilirsenb ?men de deyirem ancaq super aqlamaqi bacarirsan ,oz aramizdi bu sende zor alinir

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Hisslərinizdən əmin olun!

    Alıntı Xeyallarim Nickli Üyeden Alıntı
    sen yeni sevine de bilirsenb ?men de deyirem ancaq super aqlamaqi bacarirsan ,oz aramizdi bu sende zor alinir
    bax ilişme artıq mene ok bu iyneli sözlerini özüne saxla menimde sebr kasam var daşırma men daşsam istemedeyim şeyler olacaq ilişme

  7. #7
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Hisslərinizdən əmin olun!

    Sevgi ezab vermeseydi maraqsiz olardi mence.Ezablarin icinde azaciq sevince catdinmi xöşbextsen.Yeqin ki bu azaciqlar sevgini yaradir.Az ömrü olan qısa- qısa olan sevincler.Oların tekrar olmasini delicesine gözlüyürük.Gözlediyimiz ücün o qeder şirinler mence.
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Mesajlar
    431

    Re: Hisslərinizdən əmin olun!

    Ama mən elə sevgililər görmüşəmki onlar heç vaxt dalaşmıllar,bir-birlərinə əzab vermillər..Ama yenədə sevirlər...

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.