4 sonuçtan 1 ile 4 arası

Kisileri necə xoşbəxt etmək olar?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Kisileri necə xoşbəxt etmək olar?

    Tərbiyə
    Kişilər çox diqqətcil olurlar. Qadının nəzərindən qaçsa belə kişi onun hərəkətlərinə fikir verir. Tərbiyəli, ağıllı və cəmiyyət içində özünü aparmağı bacaran qadın hər kişinin simpatiyasına səbəb olur.

    Düzgün və etibarlı ol.
    Kişi dürüst və etibarlı qadını heç nəyə dəyişməz. Ən etibarsız kişi belə qadında düzgünlüyü qiymətləndirir. Əks cinsə kiçik yalanı belə söyləməkdən çəkinin çünki kişilər şirin yalandansa, acı həqiqəti üstün tuturlar. Kişi qadının yalanını bir müddət sonra unudur, lakin heç vaxt bağışlamır.

    Yumor hissi
    Kişi qadınla darıxmamalıdır. Rəfiqələrinin qeybətini etmək və hansı paltarla nə rəngdə dodaq boyası çəkmək kişilərə maraqlı deyil. Bunların əvəzinə onunla həyatı mövzuları bölüş. Arada kiçik zarafatlar et ki, darıxmasın. Bu arada həm də onun dünyagörüşü ilə də maraqlanmış olarsan.

    Hörmət et
    Sevgidən əlavə qadın və kişi arasında hörmət olmalıdır. Hörməti isə kişiyə ən çox qadın bəsləməlidir. Belə olduğu halda kişi qadının ona verdiyi dəyəri anlayır. Çox açıq – saçıqlığa yol verib, aradan pərdəni qaldırmaq, zamanla hörməti azaldıb, münaqişələrə yol açır. Bu da sevginin son pilləsinə gətirib çıxardır. Ona hörmət et və hər zaman onun başını uca tutmağa çalış. O, səninlə fəxr edəcək.

    Özünə inan
    Nə qədər də olmasa kişilər ağıllı qadınlardan xoşlanırlar. Özünə inamı olan və hər addımını düşünülmüş şəkildə atan qadın kişinin gözündə uca pillədə dayanar. Lakin onun yanında özünüzü çox ağıllı göstərməyə çalışmayın. Çünki ağıllı olan qadının qarşısında heç bir kişi əyilmək istəməz. Kişilər onlardan savadlı və bacarıqlı qadınlardan qorxurlar. Çox savadsız qadınla da kişinin işi olmaz. Qeyd edək ki, kişilər onu sığallamağı və onunla xoş rəftar etməyi tələb edən qadınları sevmirlər. Bu da qadının özünə inamsızlığını ortaya qoyur.

    Tənbəllik etmə
    Kişi ona qulluq edilməsindən zövq alır. Evdar qadını hansı kişi sevməz ki?! Tənbəl və ev işləri ilə maraqlanmayan qadın nə qədər gözəl olsa da, bir müddət sonra kişini bezdirir. Çünki ailəsinin xanımı kimi görmək istədiyi qadın hər işi bacarmalıdır.

    Sadəlik və qızıl ürək
    Sadə, gözütox və ürəyiyumşaq qadın kişiyə həm dost, həm də sirdaş ola bilər. Qadın kişinin saçını sığallayıb, dərdinə şərik olmalıdır. Eqoist və sadəcə, özünün düşünən qadınla kişinin işi olmaz. Ona işlərində mənəvi də olsa kömək etməyə çalış.

    Susmağı bacar
    Kişi söz deyəndə qadın susmağı bacarmalıdır. Bu kişilərin önəmli frazalarından biridir. Gördün ki, o çox deyinir, cavab vermə. Qadın cavab verməyəndə kişi bezib, susacaq. Amma sonra danışmaq haqqı səndə olacaq. Ona demək istədiyin sözü o, sakitləşəndən sonra de. Indi o səni dinləməyə hazırdır.

    Sevgi
    Bütün sadalananlar arasında əsas rolu saf və təmiz sevgi oynayır. Əsl məhəbbətlə sevən qadın kişini xoşbəxt etmək üçün ilk növbədə kişiyə onunla xoşbəxt olduğunu göstərməlidir. Bu kişi üçün böyük mükafatdır. Çünki qadını xoşbəxt etmək hər kişinin işi deyil.
    [

  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Kisileri necə xoşbəxt etmək olar?

    Emin eziyyet cekmesin cox saqol.
    Uzr istəyirəm ama yuxaridakilar hamisi cəfəngiyatdi. İnsanları tanimaq qeyri mumkundu. !!!!!!!!
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  3. #3
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    Re: Kisileri necə xoşbəxt etmək olar?

    Sevdiyi yemekleri bişirmek lazımdır bunu unudmusan Sevdiyi yemeyi görende üzü gülür kişilerin. Bugün sınadım
    Ve sevdiyini xoşbext etmek qeder gözel bir şey yoxdur heyatda.
    [
    Ya da
    [

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Kisileri necə xoşbəxt etmək olar?

    Alıntı kombat80 Nickli Üyeden Alıntı
    Emin eziyyet cekmesin cox saqol.
    Uzr istəyirəm ama yuxaridakilar hamisi cəfəngiyatdi. İnsanları tanimaq qeyri mumkundu. !!!!!!!!
    duzdu qadinlari hec vaxt tanimaq olmur onlar her seye qadirdiler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.