Sayfa 1/2 12 SonSon
11 sonuçtan 1 ile 10 arası

Dünyanın ən əzab verən ayrılığı...

  1. #1
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Dünyanın ən əzab verən ayrılığı...

    Mən artıq səninlə davam etmək istəmirəm.Ayrılmaq istiyirəm.Bezdim sənin üzünü görməkdən,səsini eşitməkdən,
    səndən bezdim!SƏNİ SEVMİRƏM!!!Heç bir zamanda sevməmişdim.Sadəcə olaraq vaxtımı keçirirdim,sevilməyi sevdiyimçün səninlə birlikdəydim!
    Oğlan donub qalmışdı.YOX!bu düz deyildi!Qulaqlarına inanmaq istəmirdi.Axı bu necə ola bilərdi?Canından çox sevdiyi insan bu sözləri ona necə deyə bilərdi?Oğlan nəsə söyləmək istiyirdi ama sanki dili qıfıllanmışdı,nəsə pis yuxu görəndə necəki danışmaq istər,qışqırmaq istərsən ama sanki lalmışsan kimi nə qədər cəhd göstərsəndə,çırpınsanda sözlər ağzından çıxmaz,oğlanda o haldaydı və bu onu dahada hövsələdən çıxarırdı...
    Nə oldu,bunu məndən gözləmirdin?Dediklərimin hamısı həqiqətdir!SƏNİ SEVMİRƏM!!!
    Qız bu sözləri deyib yavaş-yavaş uzaqlaşırdı...Oğlansa dəqiqələrlə elə o haldaca qalmışdı...Necə dolmuşdu sanki bircə barmağını vursan hönkür-hönkür ağlayıb bütün ürəyindəkilər göz yaşlarıyla damla-damla yanaqlarından axıb gedəcəkdi...Oğlan yavaş-yavaş bir neçə dəqiqə bundan əvvəl olanların bir yuxu olmadığını həqiqətin özü olduğunu anlamağa başlayırdı...Və öz-özünə danışırdı.
    Axı niyə?Kimsə mənə nəsə desəydi,özüm nədənsə şübhələnsəydim inanmazdım ama bu sözləri mənə o dedi,mənsə ona özümdən çox inanırdım...Dedikləri həqiqətdi?Bəs məni sevirdi?Bəs mənsiz yaşaya bilməzdi?Hamı bizim sevgimizə həsəd aparardı,baxıb köks ötürərdi.Əllərimdən bərk-bərk tutub,parlayan gözlərini mənə zilləyib "SƏNİ CANIMDAN BELƏ ÇOX SEVİRƏM" deyən məgər o deyildi?DEMƏLİ YALANMIŞ SÖZLƏRİ!YALANMIŞ GÖZLƏRİ!YALANMIŞ SEVGİSİ!!!
    Bu sözləri dedikcə oğlanın ürəyində intiqamdan böyük bir buz dağı yaranırdı...Onun qəlbini qırdığına görə oda bunun qisasını alacağdı,həmdə 2 mislini...
    Günlər keçirdi...Artıq payız fəsliydi...Qız xəzan yarpaqlarını baxa-baxa Universitetdən evə qayıdırdı.Birdən gözlərinə inana bilmədi.Qız heç gözləmədiyi bir mənzərə ilə üz-üzə gəlmişdi.Qarşıdan əl-ələ bir qızla oğlan gəlirdi.Lakin onlar qıza heçdə yad deyildi.Bəlkə oxşadaram deyə yenidən baxdı,Bəli qız yanılmamışdı.Qarşıdan gələn onun köhnə sevgilisi ilə ən yaxın rəfiqəsiydi...

    Rəfiqəsinin qəlbində həmişə ona qarşı gizli bir kin,paxıllıq vardı.Çünki o mələklər qədər gözəldi.İri,saf baxan gözləri,alma yanaqları,nurlu üzü,qalın və uzun saçları,uzun boyu vardı.Həmdə olduqca yaxşı,təmiz qəlbli olduğundan,heç kimə pislik etmədiyindən çoxları onu sevərdi.Bütün bu gözəlliklərinə görə hamı demək olarki ətrafındakı bütün qızlar onun paxıllığın çəkirdi.Həmçinin ən yaxın rəfiqəsi!
    Qız evə gəldi.Ağladı,ağladı yenə ağladı...Olanları bacısına danışdı.Bacısı isə ona necə ürək dirək verəcəyini bilmirdi.Qız özünü necə pis hiss edirdi,həyatdan necə küsmüşdü.Dərdini bölüşdüyü 2 şey vardı:bacısı və hər şeyi qələmə aldığı gündəliyi...
    Artıq o pəncərədən baxmırdı,evdən çölə çıxmaq istəmirdi.Çünki nə zaman bunları etsə onları əl-ələ görürdü bu isə ona əzab verirdi...
    Oğlan istədiyin bacarmışdı!Ama bu ona bəs etmirdi daha çox acı çəkməsini istəyirdi!Aradan uzun müddət keçmədiki sevgilisiylə rəfiqəsi nişanlandılar.
    Qız dayana bilmədi yavaşca pərdənə araladı və baxdı,gözlərindən yaş süzülə-süzülə...
    Bir gün qızın vəziyyəti ağırlaşdığından xəstəxanaya aparıldı.Lakin onun həyatını xilas etmək olmadı və gözəl qız yavaşca ləzzətini dadmadığı,ona acılar çəkdirən həyata gözlərini yumdu...
    Oğlan bunu eşidəndə çox pis olmuşdu!Qızın bacısı oğlana yaxınlaşdı ağlayaraq heçnə demədən onun gündəliyini oğlana uzatdı.Oğlan heçnə başa düşmürdü.Gündəliyi aldı və vərəqləri çevirərək oxumağa başladı...
    Bu gün axır vaxtlar özümdə hiss etdiyim halsızlığın,səbəbsiz yorğunluğun,baş gicəllənmənin səbəbin öyrənməkçün həkimə getdim.Eşitdiklərimə inana bilmirəm....mən axı çox gəncəm...Axı mənim həyatım hələ qabaqdaydı...axı mən ona söz vermişdim...onu heç bir zaman tək,mənsiz buraxmayacaqdım...əl-ələ verib yaşayacaqdıq pis-yaxşı günümüzü...xoşbəxt ailəmiz,balaca şirin körpələrimiz olacaqdı...onlara ad qoymaq üstündə dalaşacaqdıq...həmişə 1-1imizə baxıb Tanrıya şükr edəcəkdik...
    Nə edim bilmirəm!fikirləşirəm...fikirləşirəm...çox qoxuram...səni itirməkdən,sənsizlikdən çox qorxuram sevgilim...
    Oğlan gözləri dolmuş şəkildə gündəliyi vərəqləyirdi...
    Bu gün ayrıldım səndən...sevə-sevə ayrıldım.Bu nə deməkdi heç bilirsənmi?Ürəyin yana-yana qucaqlamaq istərkən uzaqlaşmaq?Doya-doya "SƏNİ SEVİRƏM" demək istərkən SEVMİRƏM demək?Əllərini bərk-bərk sıxıb varlığına əmin olmaq istərkən üz döndərmək?Heç bilirsənmi nədir!Mən bugun öyrəndim!Mən sənə deyirdimki "Həyatımsan"!!!Bax sanki həyatla vidalaşıb ölümə gedirsən...
    Bilirəm bu hərəkətimlə sənin qəlbində yara açdım,bəlkədə sevgini öldürdüm.Məndə istərdim həm varlığımda həm yoxluğumda məni sevəsən,məni düşünəsən,qəlbində yalnız mən olum!Bu sevgi olmazki sevgilim,Sevgi özünü deyil onu düşünməkdi!Sənə deyirdimki "SƏNİ CANIMDAN BELƏ ÇOX SEVİRƏM!"Bax bunu ona görə etdim məni tez unudasan,hər mənlə bağlı xatirə yadına düşdükcə ağlamayasan,kövrəlməyəsən....sevgimizin atəşi qəlbində alovlanıb səni incitməsin deyə...Eybi yox mənə nifrət et ama bilimki yaxşısan...Qıraqdan səni üzüntülü,kövrək görməyim...mənki səni həmişə xoşbəxt görmək istəyirəm...
    Bugun gözlərimə inana bilmədim.Ən yaxın rəfiqəm bunu mənə necə edər?Sevgilimi başa düşürəm ama...Oki mənim xəstə olduğumu və sevdiyimdəndə buna görə ayrıldığım bilirdi...mənki onun çiyinlərində ağlayıb dərdimi onunla bölüşmüşdüm...mənəki o təsəlli vermişdi...axı niyə mən???
    Oğlanın qəlbində vicdanı sızlayır,nişanlısına qarşı isə böyük kin,nifrət duyurdu.Nişanlısı ona qızın həyatında başqa birisi olduğunu,rəfiqəsinə çoxlu pisliklər etdiyini və buna oxşar o qədər yalanlar demişdiki...


    Bu gün nişanındı.Dayana bilmədim baxdım pəncərədən...göz yaşlarıma hakim ola bilmədim...ağladım...ağladım...sənin yanında mən olmalıydım...İnsan ağladıqca rahatlaşar,acısı yüngülləşər,bu necə acıdır gözümdə yaş tükəndi ama acım zərrə qədər olsa yüngülləşmədi...sadəcə bir istəyim var xoşbəxt ol sevgilim...Mənlə olmasada istədiyinlə...təki qıraqdan səni xoşbəxt görüm...Səni Sevirəm...
    Sevgilim bağışla məni...bağışla...bağışla...

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: Dünyanın ən əzab verən ayrılığı...

    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

  3. #3
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Dünyanın ən əzab verən ayrılığı...

    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Dünyanın ən əzab verən ayrılığı...

    mence dünyanın en ezablı ayrılığı ölümle bitenidi bunu çekenler biler cavan yaşda sevginin bir qızıl gül tek açan vaxtlnda o sevgi qefleten solur ve bir daha heç bir fesil açmır buda dünyanın en ezablı ayrılığıdır men bele düşünürem

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Dünyanın ən əzab verən ayrılığı...

    Canim burda niye aglasma qurmusuz ?????

  6. #6
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Dünyanın ən əzab verən ayrılığı...

    Alıntı Xeyallarim Nickli Üyeden Alıntı
    Canim burda niye aglasma qurmusuz ?????
    bu dunyadan kocenlere.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  7. #7
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Dünyanın ən əzab verən ayrılığı...

    Ele dunyada ezab veren ayriliq tek sevgide olmur. Indi danisacaqim hadisenin shahidi ozum olmusham!
    -10 yashim olardi. Bir gun atamla birlikde Irana gezmeye gedirdik. Muharibe qurtardiqdan sonra teze teze gedish gelish xoda dushmushdu. Birden bir cadrali qadinla bir kishinin Arazin ustundeki korpunun ten ortasinda ( Azerbaycanla Iranin kecidinde) Aglasharaq qucaqlashdiqlarini gordum. ELe aglayirdilarki men ushaqliqimla bu menzere qarshisinda gozum yasharmishdi. Neinki men orda olan her kesin. Sanki Arazin suyuda durmushdu her kes onlara baxirdi. Axirda Arvadin ureyi partlayib yere yixildi. Kisi baci deyib ele qishqirdiki ele bildim bu deqiqe o da dunyasin deyishecek.
    50-60 il bir birini gormeyen baci qardasa qoca vaxtlarinda bir birlerini gormek nesib olmushdu ve ama yene araya ayriliq girmishdi!

    Mence heyatda gorduyum en ezab veren ayriliq Budur ! Allah hec kime yashatmasin!
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  8. #8
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    527

    Re: Dünyanın ən əzab verən ayrılığı...

    Alıntı kombat80 Nickli Üyeden Alıntı
    Ele dunyada ezab veren ayriliq tek sevgide olmur. Indi danisacaqim hadisenin shahidi ozum olmusham!
    -10 yashim olardi. Bir gun atamla birlikde Irana gezmeye gedirdik. Muharibe qurtardiqdan sonra teze teze gedish gelish xoda dushmushdu. Birden bir cadrali qadinla bir kishinin Arazin ustundeki korpunun ten ortasinda ( Azerbaycanla Iranin kecidinde) Aglasharaq qucaqlashdiqlarini gordum. ELe aglayirdilarki men ushaqliqimla bu menzere qarshisinda gozum yasharmishdi. Neinki men orda olan her kesin. Sanki Arazin suyuda durmushdu her kes onlara baxirdi. Axirda Arvadin ureyi partlayib yere yixildi. Kisi baci deyib ele qishqirdiki ele bildim bu deqiqe o da dunyasin deyishecek.
    50-60 il bir birini gormeyen baci qardasa qoca vaxtlarinda bir birlerini gormek nesib olmushdu ve ama yene araya ayriliq girmishdi!

    Mence heyatda gorduyum en ezab veren ayriliq Budur ! Allah hec kime yashatmasin!
    Bezen ayriliqlar insanlari birlesdirir.Yaxininizda olanlar uzaq ,uzaqda olanlarsa size daha yaxin ola biler.Ne qeder ki etrafinizda olan yaxinlariniz size lazimi deyer vermir, bir gun gelirki bu soyuqluq sizi de deyisdirir,basqalasdirir,sonra baslayir etrafda piciltilar, noldu buna niye deyisdi,niye basqalasdi,niye evvel;ki kimi mehriban deyil,bele soyuq, bele hissiz olub?Amma hec kimse dusunmeyecek insanlar niye deyisir,belke bunda bizimde payimiz var?Belke dusunek?Etrafimizdaki yaxinlarimiza deyer vermeyi oyrenek,mehriban olaq,ne qederki o bizden temamile qopmayib,yanimizdadir ne qederki,ayiq olaq neqederki temamile cokmeyib Bax bele ayriligi ALLAH gostermesin O korpude qucaqlasib aglayanlar daima bileceklerki urekleri birdi,esas odurki urekler ayri dusmesin

  9. #9
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Dünyanın ən əzab verən ayrılığı...

    Alıntı GLAMOURKA Nickli Üyeden Alıntı
    Alıntı Xeyallarim Nickli Üyeden Alıntı
    Canim burda niye aglasma qurmusuz ?????
    bu dunyadan kocenlere.
    Onda menide alin araniza

  10. #10
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Dünyanın ən əzab verən ayrılığı...

    Alıntı kombat80 Nickli Üyeden Alıntı
    Ele dunyada ezab veren ayriliq tek sevgide olmur. Indi danisacaqim hadisenin shahidi ozum olmusham!
    -10 yashim olardi. Bir gun atamla birlikde Irana gezmeye gedirdik. Muharibe qurtardiqdan sonra teze teze gedish gelish xoda dushmushdu. Birden bir cadrali qadinla bir kishinin Arazin ustundeki korpunun ten ortasinda ( Azerbaycanla Iranin kecidinde) Aglasharaq qucaqlashdiqlarini gordum. ELe aglayirdilarki men ushaqliqimla bu menzere qarshisinda gozum yasharmishdi. Neinki men orda olan her kesin. Sanki Arazin suyuda durmushdu her kes onlara baxirdi. Axirda Arvadin ureyi partlayib yere yixildi. Kisi baci deyib ele qishqirdiki ele bildim bu deqiqe o da dunyasin deyishecek.
    50-60 il bir birini gormeyen baci qardasa qoca vaxtlarinda bir birlerini gormek nesib olmushdu ve ama yene araya ayriliq girmishdi!

    Mence heyatda gorduyum en ezab veren ayriliq Budur ! Allah hec kime yashatmasin!
    Qovusduranda , ayiranda Allahdi sukur onun meslehetine

Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.