3 sonuçtan 1 ile 3 arası

gecikmiş məktub

  1. #1
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    gecikmiş məktub

    1 qız ve 1 oğlan hələ bir-birilərini tanimadığı zaman yeməyə çıxırlar. Dostları onları tanış edir və onlar hər gün yeməyə çıxmağa başlayırlar. Hər şeyin yolunda getdiyi bir gün oğlan evli ve bir qızı olduğunu qıza söyləyir. Qız beynindən vurulmuşa dönür, lakin oğlanı o qədər çox sevirdi ki, ona o qədər öyrəşmişdi ki, ondan ayrılması imkansız görünür və hər şeyi gözə alaraq münasibətinə davam etdirir. Bəzən mübahisələr, ayrılıqlar yaşayırlar, ancaq bunlar hamısı gelib keçici olur her defe barışırlar. Aradan aylar keçir oğlan qızı axtarmamağa başlayır. Qız səbəbi anlamayaraq narahat olur ve bir gün oğlana zeng edib səbəbi öyrənmək istəyir. Telefonu bir qız açır ve “men yoldaşıyam sen kimsen, erimi bir daha axtarma” deyir. Qız buna inanmır, çünki on dəqiqə bundan əvvəl oğlanı həyətdə görmüşdü, evləri də uzaq olduğuna görə belə tez çatmağı mümkün deyildi. Aradan bir həftə keçdikdən sonra oğlan işdən çıxanda qızla görüşmək istəyir, qız nə danışmaq istədiyini bilərək razılıq verir. Oğlan hər şeyi etiraf edir o yoldaşım deyil, her hansı bir qız idi məndən əl çəkməyin üçün sənlə oyun oynadım deyir.



    Qız 1 daha zərbə alır və yenə heçnə olmamış kimi davam edir, çünki çox sevirdi hələ də sevgisi 1az belə olsa azalmamışdı. Amma oğlan bir neçə gün sonra qıza zeng vurub “məni bir daha axtarma” deyir və telefonu söndürür. Qız dəfələrlə mesaj atır heç birinə cavab gelmir, zeng vurur telefonu götürmür, sonda qızda hər şeyin bitdiyini anlayır. Oğlan ondan daha da uzaqlaşmaq üçün dükanını qızın evinin qarşısından başqa yerə köçürür. Aylar sonra oğlanın ad günü gəlir və qız toxuduğu jaketi dostlarıyla ona göndərir. Oğlan qıza zəng vurub təşəkkür edir və qız görüşmək istədiyini bildirir, lakin o, bunu qəbul etmir. Çünki qız hələ çox gənc idi və ona zərər vermək istəmirdi.



    Və bir gün qız onun yoxluğuna dayana bilməyərək, oğlanın ən yaxın dostuna zəng vurub, onun üçün çox darıxdığını, onu görmək istədiyini, getdikləri yeri ona deməsini və onunda xəbəri yoxmuş kimi gələcəyini söyləyir. Dostu bunu qəbul edir və iki gün sonra deyir. İki gün sonra qız dostuna zəng vurur, lakin telefona cavab verən olmur. Qız bəzənib-düzənib həyətə çıxır və səhərə qədər dostunu gözləyir. Lakin dostu telefona cavab verməməkdə qərarlıdır. Qışın soyuğunda qız dostunun ona zəng etməsini gözləyir və sonda anlayır ki, oğlan onu həqiqətən unutmuşdur. Çünki dostu oğlana söyləmiş və oğlanda belə bir şeyə ehtiyac olmadığını demişdir.



    Qız artıq buna dayana bilmir, xəstələnir, yataqlara düşür və son sözləri belə olur “səni sevmişdim və son nəfəsimə kimi də sevdim” və o gün həyatdan köçür. Aylar sonra oğlan bir məktub yazır və məzara qoymaları üçün qızın ailəsinə yollayır. Məktubda belə yazılmışdı: “məndə səni sevdim gözəlim zərər görməni, acı çəkməni istəmədim amma anladım ki, sən ən böyük acını məndən ayrılınca çəkmisən və bunu da anladım ki, mən sənsiz yaşaya bilmərəm. Gözlə məni yanına gəlirəm və özünü otağının tavanından asır...”
    HİÇ BİR ZAMAN GECİKMEYİN,HİSSLERİNİZİ GİZLEMEYİN

  2. #2
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: gecikmiş məktub

    Neden anlamaz insan yanındayken kıymetini
    Neden söylemez insan sevdiğine sevdiğini
    Yarın çok geç olunca pişman olmak boşuna
    Gururun neye yayar ki yalnız kalmaktan başka
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  3. #3
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Re: gecikmiş məktub


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.