9 sonuçtan 1 ile 9 arası

Ər Arvad Mübahisələri

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Ər Arvad Mübahisələri

    Hər bir evdə ər-arvad arasında problemlər mütləq və mütləq olmalıdır. Bu isə öz növbəsində iki tərəf arasında həmrəyliyin olmamasından irəli gəlir. Ər həmişə hər şeyin öz istədiyi kimi olmasını istəyir, xanımı isə öz istəklərinin də olmasını arzu edir. Ər dediyinin olmasını və sözünün dəyişdirilməməsini əmr edir, xanımı isə haqlı ola-ola dəyişmək istədiyi şeyi ona deyə bilmir və bunu ərinin də dəyişdirməyəcəyindən əmin olaraq susur, bəzən də mübahisəyə girişir.

    Halbuki ərin sözünü dəyişməyəcəyinə əmin olmaq düzgün deyildir. Qadın ərinin hər bir sözünü dəyişməyə qadirdir, sadəcə bu zaman düzgün atılmış addımlardan kənara çıxmamaq lazım gəlir. O, həm özünü həm də ərini razı salaraq ikisi də ortaq rəyə gələ bilər.

    Həyat yoldaşınla sənin aranda olan məhəbbət divarı sökülməyə başlayan andan aranızdakı pərdələr və hörmət də yavaş-yavaş götürülməyə başlayır. Artıq ağzınızdan çıxan kəlmələr də ağırlaşır, bir-birinizin boğazından güclə keçir. Mübahisələr qızışdıqca aranızda olan o gözəl və sevimli günləri unutmağa başlayırsınız. Belə mübahisələr və gərginliklər çox zaman qışqır-bağıra aparıb çıxarsa da bəzən tamam başqa nəticələrə də səbəb olur. Bu nəticələrdən biri də ərin daim susması və xanımına heç söz deməməsidir. Əlbəttə, ilk baxışdan susmaq gözəl və yumşaq qəbul olunsa da bu, xanımı daha çox əsəbləşdirir, ona heç bir əhəmiyyət və qiymət verilməmə kimi qiymətləndirilir. Xanımın danışdıqlarına nə cür cavab versə də əri onun danışdığını nəzərə alıb sayıb cavab verir. Amma bütün günü susub xanımına tərəf heç çevrilməməsi daha dəhşətlidir.

    Belə hallar təbiidir, çünki insanların reaksiyası və rəftarı bir-birindən çox fərqlənir. Çox kişilər belə münasibətlərdə susmaqla kifayətlənirlər. Amma sən həyat yoldaşının bu rəftarından heç məyus olma, düşünmə ki, artıq hər şey bitmişdir və onu heç cür dəyişmək mümkün deyil. Belə halda təslim olma, sən çox şeyi dəyişə bilərsən.

    Əvvəla, anlamalısan ki, ərinin susmasına gətirib çıxaran bəzi səbəblər vardır ki, o səbəbləri bilsən və onları aradan qaldıra bilsən, problemi həll etmiş olacaqsan:

    - Birinci olaraq qışqır-bağır etməməli, hər danışdığında əsəbləşməməlisən, ən əsası ərinin səni əsəbi halda görməməsidir. Əsəbi olaraq dediklərini idarə etmədən ağzından çıxarırsan, təbii ki, çox hallarda ona belə müraciət edirsən: “Sən məni görmürsən”, “Sən məni dinləmirsən”, “Heç saymırsan məni”, “elə bil mən heç adam deyiləm”, “Mən sənin üçün heç nəyəm?”. Bu kimi ifadələrdən çəkinməlisən.

    - Valideynlərinin və ya ailəndən hər hansı bir kəsin sizin aranıza girməyinə heç bir zaman icazə vermə. Bəlkə də ərin sənin qarşında hansısa fikrində vaz keçər, hansısa rəyinlə razılaşar, amma kimsə müdaxilə etsə, əsla fikirlərindən dönməyəcək.

    - O, inadkarlıq edən zaman sən də inadkarlıq göstərmə, istəməsən belə özünü elə göstər ki, sanki onun rəyinə və fikrinə hörmət edirsən, çünki bu, ona çox müsbət təsir edə bilər.

    - Onunla mübahisə zamanı söhbət etdikdə çox yumşaq və mülayim səslə danış. Hər zaman onunla çox incə və nəzakətlə davran. Ancaq eyni zamanda sevginin dəhşətli dərəcədə olduğunu, həddini aşdığını da ona göstərmə, çünki o, buna adət edəcəkdir ki, bu da sonralar adi hala çevrilə bilər.

    - Hər zaman xatırla ki, o, məhz səni həyat yoldaşı kimi seçmiş, ilk olaraq onun evinə qədəm basdığın günü xatırla, sən yenə də onun yoldaşısan, onun gəlinisən. Heç bir zaman içində onun səni sevmədiyini düşünmə, kişilərin öz sevgilərini ifadə etmə tərzi çox fərqlidir.

    - İstədiyini demək üçün münasib bir zaman seç. Əlbəttə, bunu hamı belə deyəcək və oxuyarkən düşünəcəksən ki, onsuz da onu bilirsən.

    Ancaq o işdən gələn və ya işə gedən zaman, ya da əlində hər hansı bir işlə məşğul ikən heç bir problemin və istəyin haqda onunla danışma.


    - Ona nə isə demək istəyərkən, yaxud bir şey xahiş edərkən qarşısında şərtlər qoyma, əvəzində nə isə istəmə.

    - Çalış, əvvəlcə onun problemləri haqda danışasan, onun istəklərini həyata keçirmək və çətinliklərini həll etmək üçün müzakirə aparasan, sanki sən məhz onu düşünürsən, onun rahatlığı üçün onunla danışmaq istəyirsən. Söhbətin sonuna yaxın isə özün haqda da danışa bilərsən. Ancaq bir şey istəsən, tələb etsən belə, bunu əmr formasında deyil, bir arzu, rəğbət və xahiş kimi istə.

    - Daim özünə güvən, özündən əmin ol, heç bir zaman ərinin səni pisləyəcəyini, sənə söz atacağını gözləməklə narahatçılıq anları keçirmə. Yaxud sənə hansısa xoş söz deyib səni şad edəcəyini belə gözləmə.

    - Ev daxili abı-havanı iqtisadi və maddiyyatdan asılı etmə, daha çox ruhi və mənəvi atmosfer yarat. Sanki nə olursa-olsun, sən özünü xoşbəxt hiss edirsən və onun hər halından razısan, o, bunu necə-dəyişirsə, dəyişsin.

    - Sənin etdiyin yaxşılıqlar, gözəl işlər varsa, onları xatırlatmaqla özünü göstərməyə çalışma.

    Yuxarıda qeyd olunanlar nə şərt, nə də qayda deyildir. Sadəcə bəzi məsləhətləri sizə xatırlatmaqdır. Ağıllı həyat yoldaşı isə hər zaman atacağı addımları ölçüb-biçir, diqqətlə hərəkət edir, evinin abı-havasını isə istədiyi kimi saxlayır.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    527

    Re: Ər Arvad Mübahisələri

    bes aileni qoruimaq ucun kisiler hec ne etmemelidir?

  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Ər Arvad Mübahisələri

    KADIN ERKEĞİ REZİL EDER VEZİRDE,AMA ERKEĞİNDE ANLAYIŞLI OLMASI LAZIM

  4. #4
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Ər Arvad Mübahisələri

    ən vacibi qarşılıqlı münasibət və hörmət..əgər arada hörmət varsa bir cox detalları sakit şəkildə yoluna qoymaq olar..əgər münasibətinizdə hörmət olmasa onda qışqır-bağır və s...bununda sonu ayrılıqa gətirib cıxarır..
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  5. #5
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Ər Arvad Mübahisələri

    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Ər Arvad Mübahisələri

    er-sen ölesen kopakkqızı senin başını keserem
    arvad- heçnede ede bilmezsen atama qardaşıma diyerem
    er- azzz senin atanada qardaşınada olar kimdi seni almışam vsyo özüm bilerem yox bir eşşi srazı bidene şille
    arvad- görüm senin ellerin qrılsın mene vurduğun yerde
    er- götürüb arvadı atdı balkondan aşağı
    arvad- dünya başına yıxılsın aye
    er- dözmeyib makarı getirib balkondan gülleye düzür arvadı
    budur er arvad davası

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    527

    Re: Ər Arvad Mübahisələri

    Alıntı NuriyeV Nickli Üyeden Alıntı
    er-sen ölesen kopakkqızı senin başını keserem
    arvad- heçnede ede bilmezsen atama qardaşıma diyerem
    er- azzz senin atanada qardaşınada olar kimdi seni almışam vsyo özüm bilerem yox bir eşşi srazı bidene şille
    arvad- görüm senin ellerin qrılsın mene vurduğun yerde
    er- götürüb arvadı atdı balkondan aşağı
    arvad- dünya başına yıxılsın aye
    er- dözmeyib makarı getirib balkondan gülleye düzür arvadı
    budur er arvad davası

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Jan 2008
    Yer
    türkiye/trabzon
    Mesajlar
    1.318

    Re: Ər Arvad Mübahisələri

    Alıntı alena Nickli Üyeden Alıntı
    Alıntı NuriyeV Nickli Üyeden Alıntı
    er-sen ölesen kopakkqızı senin başını keserem
    arvad- heçnede ede bilmezsen atama qardaşıma diyerem
    er- azzz senin atanada qardaşınada olar kimdi seni almışam vsyo özüm bilerem yox bir eşşi srazı bidene şille
    arvad- görüm senin ellerin qrılsın mene vurduğun yerde
    er- götürüb arvadı atdı balkondan aşağı
    arvad- dünya başına yıxılsın aye
    er- dözmeyib makarı getirib balkondan gülleye düzür arvadı
    budur er arvad davası
    EİTHER YOU APOLOGİSE OR I WİLL NEVER SPEAK TO YOU AGAİN....!!!!!!


  9. #9
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Ər Arvad Mübahisələri

    Alıntı NuriyeV Nickli Üyeden Alıntı
    er-sen ölesen kopakkqızı senin başını keserem
    arvad- heçnede ede bilmezsen atama qardaşıma diyerem
    er- azzz senin atanada qardaşınada olar kimdi seni almışam vsyo özüm bilerem yox bir eşşi srazı bidene şille
    arvad- görüm senin ellerin qrılsın mene vurduğun yerde
    er- götürüb arvadı atdı balkondan aşağı
    arvad- dünya başına yıxılsın aye
    er- dözmeyib makarı getirib balkondan gülleye düzür arvadı
    budur er arvad davası
    Realliq var

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.