10 sonuçtan 1 ile 10 arası

Sevir, sevmir?

  1. #1
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Sevir, sevmir?



    Günlərin bir günü kiçik bir tırtıl gözlərini dünyaya açır. Daxili instinktləri ilə dərhal qidalanmağa başlayır.
    Qarşısına nə çıxırsa, yeyir. Bir qədər sonra özünə yuva qurmağa başlayır. Bir müddət də bu yuvanın içində qalır, sonra gözəl və rəngarəng bir kəpənək kimi yuvadan çıxır. O, artıq uça bilirdi. Bu, onun üçün böyük sevinc idi. Havaya qalxır, uça bildikcə uçur. Sanki dünyanın ən xoşbəxt varlığı o idi. Dağları, təpələri aşır, meşələrin üzərindən keçir. Bir vadiyə çatır, elə bir vadi ki, rəngarəng güllərlə bəzənmiş bir xalını xatırladır. Bu gözəllik onu bir qədər heyrətləndirir. Bu vaxt gözünə bir qədər uzaqda gözəl bir gül dəyir, ona yaxınlaşır. Bu, gözəl bir çobanyastığı idi... Gülə-gülə salam verir gözəl gülə. “Səni uzaqdan gördüm, yanına gəlmək istədim”, - deyir çobanyastığına. Gül də nazlı-nazlı gözləmədiyi qonağına baxır və: “Xoş gəlmisən, mən də tənhalıqdan sıxılırdım, yaxşı ki gəldin”, - deyir. Danışmağa başlayırlar, bir-birilərinə özləri haqqında məlumat verirlər. Xeyli söhbətləşirlər. Zaman keçdikcə bir-birilərinə daha çox bağlanırlar. Gecəni birgə keçirirlər, ayı, ulduzları seyr edirlər. Gündüz olanda da kəpənək qanadları ilə çobanyastığını günəşin qızmar şüalarından qoruyur.
    Onların bir-birilərinə münasibətləri qarşısıalınmaz bir sevgiyə çevrilir. Kəpənək onu o qədər sevir ki, ondan bir an belə kənarda qala bilmir. Ancaq çobanyastığının da onu sevdiyindən əmin deyil. Bir neçə dəfə bunu ondan soruşmaq istəsə də, buna cürət etmir. Gülün ondan inciyəcəyindən, küsəcəyindən, onunla münasibətlərinin soyuyacağından qorxur.
    Çobanyastığı da kəpənəyi çox sevir. Ancaq o da sevgisini etiraf etməkdən çəkinir. Duyğularının qarşılıqlı olmayacağından ehtiyat edir.
    Beləliklə, iki sevgili bir-birilərinə sonsuz, amma etirafsız məhəbbətlə birgə vaxt keçirirlər. Günlər keçir, kəpənək vaxtının başa çatdığını hiss edib: “Mən artıq getməliyəm”, - deyir. Bu ani sözdən çobanyastığı təlaşa düşür. Səbəbini soruşur: “Yoxsa mənim yanımda xoşbəxt deyilsən?” Kəpənək “yox” deyir və səbəbini belə izah edir: “Əksinə, səninlə çox xoşbəxtəm. Ancaq biz kəpənəklərin ömrü üç gündür, mən də ömrümü tamamladım”. Bu sözlər qara xəbər kimi çobanyastığını çox məyus edir. Kəpənəyin gücü isə tükənirdi, artıq xeyli halsızlaşmışdı. Son dəfə gücünü toplayıb çobanyastığına: “Səni sevirəm”, - deyir. Gül yerindəcə donub qalır. Axı bu, onun da çoxdan etiraf etmək istədiyi həqiqət idi. Sadəcə: “Mən də...”, - deyə bilir kəpənəyin arxasınca. Sonra gözyaşlarını saxlaya bilmir: “Kaş ki onun da məni sevdiyini bilsəydim, kaş ki onu sevdiyimi söyləyə bilsəydim...”
    Baş verənlər çobanyastığına çox pis təsir edir. Bir müddət sonra saralmağa başlayır, yarpaqları tökülür. Solan ləçəkləri düşməyə başladıqca, içindən “məni sevirmiş” sözlərini təkrarlayır...
    ...O gündən bəri aşiqlər sevildiklərinə əmin olmaq üçün çobanyastığının ləçəklərini bir-bir qoparırlar: Sevir, sevmir... Sevir, sevmir... Sevir, sevmir.../



  2. #2
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089
    sevir sevir cok maraqli idi,tesekkurler...
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Aug 2007
    Mesajlar
    1.565
    güzeldi.sağol
    İKİNCİ BAHAR YAŞIYOR ÖMRÜM
    GEL BENİM YARİM OLUVER ŞİMDİ
    SENİ GÜL GİBİ ÖPE KOKLAYA
    GÖZÜMDEN DİLİMDEN SAKINIR SAKLAR
    BUGÜN Kİ AKLIMLA SEVERİM ŞİMDİ

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Jan 2008
    Yer
    türkiye/trabzon
    Mesajlar
    1.318
    foruma nasil resim koyuluyoo yazarsanizz sevinirim arkadaslarrrrr
    EİTHER YOU APOLOGİSE OR I WİLL NEVER SPEAK TO YOU AGAİN....!!!!!!


  5. #5
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721
    Alıntı sekerim Nickli Üyeden Alıntı
    foruma nasil resim koyuluyoo yazarsanizz sevinirim arkadaslarrrrr

    burada izahı var
    [

  6. #6
    Member
    Üyelik tarihi
    Dec 2007
    Mesajlar
    43
    guzelmıss saol...
    beni verme ellere
    al götür yüreğine
    sakla...
    kimseye gösterme...

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Sevir, sevmir?

    Sevir , sevmir ? bax mende ele bunu bilmirem Maraqli melumat idi sag ol

  8. #8
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Sevir, sevmir?

    Aşık olunca zaten kaşındakinden çekinirsin...
    yani tavırların ister istemez kısıtlanır. yüregin titrer. onu gÖrünce için ferahlar. En Önemli unsurda bana gÖre gÖzlerdir. Bir bakışma bile aşık edebilir kişiyi. O kıvılcım Önemli bana gÖre. Her insan aşık olmak ister nasıl bişi die merak eder, aslında yalan olan aşkını da sevgisini de gerçekten aşık olunca anlarki çok aptalcaymiş diyerlerleri derler.. Bu çok Önemli arkadaşlar. aşık olmak için aşkı aramak gerekmez o zaten sizi bulur siz meraklanmayın. çünki aşk her yerde.

    gelelim sevgini ona ifade edebilmeye. bu aslında kolay gibi gÖrünen bir zorlukdur ve cesaret ister. olumsuz bir cevapta karşındaki kişi senin yıkılacagını tahmin etmeden cevap verirse çok yara alırsınız. Benim düşüncem ne olursa olsun kimi seviyosak ona deger vermeyiz ve verdiğimiz degeri ben seni seviyorum diye de anında ifade etmeli. dobra olmayı severim kusura bakmayın ama bana mantıksız aptalca gelen bir sÖz sÖlerse karşımdaki sevdigim kişi de olsa kusura bakma ama sÖledigin çok aptalca derim. yani içinde kalması gerektigini düşündügünüz şeyler bir gün karşınıza çıkabilir. Birini seviyorsanız yani hiç vakit kaybetmeden onun hakkındaki fikirlerinizi hiç korkmadan ona anlatabilmelidir insan. bir daha dünyaya gelmeyecegiz arkadaşlar. O sevdigini sÖlemeye çalıştıgınız insan allah korusun ertesi gün Ölse keşke sÖleseydim diye yakınacaksınız bundan emin olabilirsiniz.

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    527

    Re: Sevir, sevmir?

    COX GOZEL VE MENALI HEKAYEDI.OZ SEVGISINI ZAMANINDA ETIRAF ETMEYEN,ZAMANINDA YANINDA OLMAGI BACARMAYAN VE SONRA DA GEC QALAN ,SONRA PESMANCILIQDAN YANIB YAXILANLARIMIZ COXDU HEYATDA. ELE BUNA GOREDE NECE OLURSA OLSUN,EYER SEVIRSINIZSE VAXTINDA SEVDIYINIZIN QEDRINI BILIN ,QIYMETLENDIRIN,CUNKI SABAH O SENIN YANINDA DEYIL BIR BASQASININ YANINDA YER ALA BILER.SONRADA KASKI ,SEVDIYIMI SOYLESEYDIM,KASKI, HER SEYI YENIDEN BASLAYA BILSEYDIM DEMEYIN FAYDASI OLMAZ.HER KESE SONU GOZEL BITECEK SEVGILER DILEYI ILE

  10. #10
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946

    Re: Sevir, sevmir?

    bilirsiniz... sevib sevmediyi çobanyastığının ləçəklərinin sayına bağlıdır!

    'sevmir' deye saymağa başlayın, netice hemişe 'sevir' olacaq! Inanmırsan, say!
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.