Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Atəşkəs pozuldu!!!

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Atəşkəs pozuldu!!!


    Sənin mənə qarşı təcavüzün hələ də davam edir. Sənə demişdim axı mənə qarşı bir səhv addım və atəşkəs pozulacaq. Yaman gərgin vəziyyət yaşayırıq bu aralar. Demək olar ki, hər gün atəşkəs pozulur və itkilər,yaralananlar olur. Atdığın son sözün mənim iradəmi öldürdü və növbəti söz gülləsi qürurumu yaraladı. Çox itkilər verdim indiyə kimi: cəsarət,inam,etibar,iradə,ağıl,sevgi,istək,a rzu,xəyal,.. və s... əlbəttə bunların intiqamını alacam səndən. Heç bir itkim qarşılıqsız olmayacaq,bir bir qaytaracaqsan məndən aldıqlarıvı geri. Amma əvvəlcə bir neçə həftə bundan qabaq girov götürdüyün "ürəyimi" qaytar geri.............

    Yaşaya bilmirəm,nəfəs ala bilmirəm axı ürəyim səndə qalıb. Məndə səndən içindəki sevgini girov götürmüşəm. İndi sən heç kimi sevə bilməzsən.Məndə heç kimə ürəyimi verə bilmərəm. Neçə dəfə sənnən danışıqlarımız olub. "Ürəyimi qaytar " demişəm amma razılaşmamısan. İndi sən ona hər gün əzab,əziyyət və işgəncələr verirsən. Ancaq bu vəziyyət çox davam etməyəcək. Sevgisiz nə qədər yaşaya biləcəksənki??? Sevgini qaytararam amma əvəzində ürəyimi qaytarmalısan. Bilirəm ürəyim mənə əvvəlki vəziyyətində qaytarılmayacaq. İndi o parçalanmış və incidilmiş bir vəziyyətdə olacaq. Narahat olma sənin də sevgin sənə tamam başqa cür qaytarılacaq. Yeni sevginlə sən mənə etdiklərini başqasına edə bilməyəcəksən! Sevgin sənə başqa cür geri qayıdacaq!
    Çox cəsarətsiz olcaq! Hər şeydən qorxacaq!Onu elə bir vəziyyətə salmışam ki,ömrünə çox az qalıb. İçindəki sevgin öləcək xəbərin olsun! İndi sən hamıya nifrət edəcəksən. Növbəti danışıqlarda razılaşacaqsansa aldığımız girovları qaytaracayıq!

    Bununla məsələ həll olunmayacaq. Ürəyimi qaytara bilərsən amma öldürdüklərini necə qaytaracaqsanki??? Onların intiqamı mütləq alınmalıdır. Çox adamlar məsələni sülh yolu ilə həll edin deyirlər. Faydası yoxdur! Sən razı olsanda mən razı olmayacam. Məndən aldıqlarıvı sənə bağışlaya bilmərəm....İndi mən nə bahasına olursa olsun hətta sonunda ölümün belə olduğunu bilə bilə sənnən döyüşü hazırlaşıram! Qoy güclü olan qalib gəlsin!



    Bəs sizdə sakitçilikdir yoxsa atəşkəs tez tez pozulur???


    Müəllif: lileyka
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.