Haradasan? Nə edirsən? Ah, bu qədər qəriblikmi olar, necə dayanırsan buna? İki dəfə imkan tanıdın mənə, amma qədrini bilmədim. Getdin. Əslində sən buradasan. Mən yoxam, mən özümdə deyiləm. Mənim də xilaskarım İsmayılınkı tək çox yaxında – özümdə. Mən özümə gəlməliyəm, mən özümə qayıtmalıyam. Amma... Deyirlər, axı, sən gələcəksən...
COX GOZEL BEYENDIM TESEKKURLER![]()
4 sonuçtan 1 ile 4 arası
-
08-04-2010, 04:05 PM #1Senior Member
- Üyelik tarihi
- Jun 2010
- Mesajlar
- 594
Sən gələcəksən...

Deyirlər, sən gələcəksən. Bəs niyə yoxsan? Yolun o qədərmi uzaq? Bir xəbər tutsa idim səndən, bəlkə bu qədər narahat olmazdım. Amma bir xəbərin də yox. Haralardasan?! Haralarda?! Mən Yaqub tək deyiləm. Mən Yaqubun Yusifi gözlədiyi kimi də səni gözləmirəm. O, peyğəmbər idi. O, bilirdi Yusif haradadır, bilirdi saraydadır, bilirdi salamatdır. Çünki, Allahın peyğəmbəri idi. Buna baxmayaraq, gözlərini yolundan çəkməyərək, ağlamaqdan gözlərini kor edərək, Yusifin yolunu gözləyirdi Yaqub. Amma mən adi bir adamam, bilmirəm haradasan, bilmirəm nə edirsən, bilmirəm məndən razısanmı, ya yox. Bilmirəm... Əslində səni fikirləşmədən kimliyimi bilmirəm, tanımıram. Mən səni heç görmədim. Amma sevdikcə sevdim səni. Əvvəllər “görmədiyin birisini sevmək olmaz” qaydasına çox inanardım, tək və dəyişməz qayda bilərdim onu. Amma sən nəinki dəyişdin, hətta darmadağın etdin o qaydanı. Sənsiz övladına iki dağ arasında su axtaran ana kimiyəm. Həcər çox biçarə, su axtarışında. Çünki əlində İsmayıl kimi bir Peyğəmbər əmanəti var. Həcər təlaşlı. Həcər bilmir ki, onun axtardığı İsmayılın ayaqlarının altında olacaq qədər çox yaxın. Onların xilaskarı çox yaxın, bəs nədən uzaqlara həmişə meyl edir insan?!
Haradasan? Nə edirsən? Ah, bu qədər qəriblikmi olar, necə dayanırsan buna? İki dəfə imkan tanıdın mənə, amma qədrini bilmədim. Getdin. Əslində sən buradasan. Mən yoxam, mən özümdə deyiləm. Mənim də xilaskarım İsmayılınkı tək çox yaxında – özümdə. Mən özümə gəlməliyəm, mən özümə qayıtmalıyam. Amma... Deyirlər, axı, sən gələcəksən...
-
08-05-2010, 10:26 PM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Sən gələcəksən...
-
08-06-2010, 02:07 AM #3Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Dec 2009
- Yer
- Türkiye
- Mesajlar
- 2.269
Re: Sən gələcəksən...
cok gozell sagol
ama giden hic bir zaman gelmezz
HaKKım heLaL,Sewqim haRam oLsun
-
08-06-2010, 04:33 AM #4Junior Member
- Üyelik tarihi
- Aug 2010
- Mesajlar
- 15
Re: Sən gələcəksən...
Beyendim duzdu bi azda fikre daldim qesengdi ugurlar sene


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri