Heç kim haqda danişmaği istəməzdim. Bu yalan dünyaya aldanmağa dəyməz!
Günəşi mənə versəydilər onu bir ömür istisiz, ayi versəydilər isə onu gecənin ulduzlarina həsrət qoyardim. Bax belə![]()
Mən oxudum bəyəndim, təsəkkürlər, əllərinə sağliğ Tutu xanim.Tutu20 Nickli Üyeden Alıntı
![]()
5 sonuçtan 1 ile 5 arası
-
06-20-2010, 03:43 PM #1
Sənin haqqında danışmağımı istəsəydilər.???
Sənin haqqında danışmağımı istəsəydilər.?????
Sənin haqqında danışmağı istəsəydilər bir ömür danışardım, amma yenədə bitməzdi.Sənin hər telini anlatmaq üçün bir ömür lazımdır.Suzmazdım bir dəqiqə səni anlatmaq üçün.Sıxardım bütün nəfəsimi, danışardım boğulana qədər.
Desəydilər yaz onu:
Yazardım ən gözəl şeirləri, bütün sevgi hekayələrini.Yazardım şairlərin şeirlərində həmişə yazmaq istədikləri o mələyi. Yazardım onu barmağlarım yox olana qədər, yazardım onu vərəqlər bitənə qədər, yazardım onu dənizlərə, okeyanlara.Yazardim onu, dağlara, buludlara. Yazardım onu dəlicəsinə sevən bu ürəyimə.Yazardım səni günəşə, heç kim silə bilməsin deyənə. Yazardım səni damarımda axan qanımla, qoy bilsinlər sən mənim qanımdasan.
Desəydilər şəklini çək onun:
Çəkərdim bir dünya şəkli, çünki o mənim dünyamdır.Sonra dünyanın bütün güllərini çəkərdim, deyərdim bax bütün bu güllərdə olan gözəllik ondadır, mənim gülümdə.Çekərdim mələklərin şəklini, deyərdim bax o bu mələklərdəndə gözəldir. Çəkərdim səni dünyada bütün rənglər bitənə dək, çünki bütün gözəlliklər səndə öz əksini tapır.Çəkərdim ulduzları, səndə onlar kimi parlaq və əl-çatmazsan.
Desəydilər kimdir O ?
O deyərdim, bəli bəli O, səhərlərə qədər məni onun haqqında düşünməyə vadar edən O.Bir əlimə günəşi, bir əlimədə ayı versələrdə yenədə ondan imtina edə bilməyəcəyim O. Qışın dondurucu soyuğunda məni günəş kimi isidən O. Bahar çiçəyi kimi ətir saçan, qışda yağan və bütün çirkinliklərin üzərini örtən o pak qardır O. Mənə dünyanın bütün gözəlliklərini göstərən O. Hər aldığım nəfəsdə, hər atdığım addımda, hər gülüşümdə, hər sevincimdə onun olduğunu anladığım O. Yanımda olanda belə darıxdığım, getdiyində ayaqlarını basdığı hər yerə qısqandığım O.
Axira kimi oxusas yaxshi olardi

-
06-21-2010, 09:20 AM #2Senior Member
- Üyelik tarihi
- Jun 2010
- Mesajlar
- 594
Re: Sənin haqqında danışmağımı istəsəydilər.???
-
06-21-2010, 01:50 PM #3Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Dec 2009
- Yer
- Türkiye
- Mesajlar
- 2.269
Re: Sənin haqqında danışmağımı istəsəydilər.???
ellerine saglık cox gozel
HaKKım heLaL,Sewqim haRam oLsun
-
08-02-2010, 09:19 PM #4Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Sənin haqqında danışmağımı istəsəydilər.???
Desəydilər yaz onu:
Yazardım ən gözəl şeirləri, bütün sevgi hekayələrini.Yazardım şairlərin şeirlərində həmişə yazmaq istədikləri o mələyi. Yazardım onu barmağlarım yox olana qədər, yazardım onu vərəqlər bitənə qədər, yazardım onu dənizlərə, okeyanlara.Yazardim onu, dağlara, buludlara. Yazardım onu dəlicəsinə sevən bu ürəyimə.Yazardım səni günəşə, heç kim silə bilməsin deyənə. Yazardım səni damarımda axan qanımla, qoy bilsinlər sən mənim qanımdasan.
bu mene cox yaxin bir seydir tskler ,maraqli idi
-
08-03-2010, 12:18 PM #5Senior Member
- Üyelik tarihi
- Mar 2010
- Yer
- Baki
- Mesajlar
- 357
Re: Sənin haqqında danışmağımı istəsəydilər.???
Zaman daralır......


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri