çox gözəl....maraqlıdır... bravo.
7 sonuçtan 1 ile 7 arası
-
05-06-2010, 11:48 AM #1
Sevgi fəlsəfəsi
Sevgi geniş anlamdır. Insana, allaha, təbiətə qarşı sevgi ola bilər amma mən sizə iki şəxs arasındakı sevgidən (Eros) söhbət açmaq istəyirəm.İlk öncə onu demək istəyirəm ki, sevgi zahiri gözəllikdə olmamalıdır əksinə daxili gözəllikdə olmalıdır çünki zahiri gözəllik müvəqqəti daxili gözəllik isə əbədidir.Sevən şəxs təbiətin gözəlliyini duymalıdır.Əgər insan təbiətdəki gülün ətrini duymursa, sudakı saflığı görmürsə o sevə bilməz.Hər bir sevginin başlanğıcında və sonunda təbiət gözəlliyi durur.Məhz təbiət sevən şəxslərə, sevginin özünü bəxş edir.
İki şəxs bir - birbirini sevirsə gərək birinci onların gözləri sonra isə qəlbləri sevsin.Belə bir deyim var “gözlər qəlbin aynasıdır” düzdür, beləki hər bir insanın gözlərinə baxdıqda onun sevib və ya sevməməsini anlamaq olar.
Məhəbbət daimi olmasa əyər,
Gəncliyin bir şəhvət oynuna dönər.
Məhəbbət odur ki, odu sönməsin,
İnsan yaşadıqca üzü dönməsin.
Həqiqi məhəbbət bir məhəbbətdir,
İlki də, sonu da əbədiyyətdir.
Nizami
Məhəbbət hər kəsə məxsusdur amma məhəbbətin özünü yaşamaq isə hər kəsə məxsus deyil çünki məhəbbət özü bir mücərrəd anlamdır.Məhəbbət sadəcə duyğularda yaşayır.Real həyatda iki şəxsin arasında görünən məhəbbət isə məhəbbətin ehamlarıdır.Məhəbbət insanların duyğularını hərəkətə gətirəcək qüvvədir.
Bir insan əgər deyirsə “mən sevirəm” əslində o sevmir sadəcə o məhəbbətin küləyini hiss edir.Məhəbbət onda əks cinsə qarşı sevgi qığılcımları yaradır.Bu əsasən gəncliyə məxsus bir haldır.Gənclikdə məhəbbət alovludur çünki gənclikdə bədən sevir, bədən arzulara hakim kəsilir amma bu o qədər də güclü, çox sürən deyil çünki yaş keçdikcə qəlb sevməyə başlayır.Bu daha uzun sürən və alovlu və cəlbedicidir.
Əgər başqa bir insan “dəlcisinə sevirəm” deyirsə burada aşiqin qarşısındakı sevdiyi şəxsə dəlicəsinə sevgisindən söhbət getmir.Əsas mahiyyət ondan ibarətdir ki, aşiq sevdiyinin gözəlliyinə ehtirasla, dəlicəsinə vurulur, onun özünə yox.Bu məhəbbət davamsız və müvəqqətidir çünki gözəllik işığı əbədi işıq deyil o müvəqqəti yanır sonra isə sönür.
Tam başqa bir insan isə “mən vurulmuşam” deyirsə o həqiqətən sevir çünki vurulmaq nəyəsə bağlanmaq deməkdir.Məhz ona görə də eşqin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də bağlılıqdır.
Məhəbbət elə bil yağışa, tufana bənzəyir vaxtsız gəlib və vaxtsız gedir.Sadəcə ondan qalan izlər olur.Hansı ki, insanlar bu izlərdə əzab duyğusunu duyur.
Əsl sevgi ağılnan qurulan sevgidir çünki bu sevgi daimi və əbədidir.Bu sevginin işığı sönmür hətda get-gedə parlayır.Məhz insanlar özlərini bu sevgidə tapa bilirlər.Ona görə ki bu sevgi idrakı sevgidir.
Əsl sevən şəxs sevgisini dilə gətirə bilmir.O, öz sevgisini əbədi olaraq qəlbində yaşadır.
Bir gün bir gözəl ingilis xanımından soruşurlar:
Siz sevirsiniz?
Bu haqda heç söhbət etmirsiniz. Həmişə özünüzə qapanırsınız.
Xanım gülümsəyərək söyləyir:
Məgər dağ - dağa sevgisini söyləyə bilirmi, əsl aşiq odur ki, öz sevgisini bir sirr kimi qəlbində saxlasın.
Buradan belə bir nəticəyə gəlmək olarkı məhəbbət hər bir şəxsin özününkü kimi hiss edə biləcəyi bir hissdir.
muellif - Quliyev RahibHer sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!
-
05-06-2010, 10:55 PM #2
Re: Sevgi fəlsəfəsi
REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)
-
05-17-2010, 03:57 PM #3
Re: Sevgi fəlsəfəsi
hmmm keshish ne demsih,priyom iz priyom.
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
05-17-2010, 03:59 PM #4Junior Member
- Üyelik tarihi
- May 2010
- Mesajlar
- 6
Re: Sevgi fəlsəfəsi
güzeeeel,eveeet güzeeel
-
06-07-2010, 01:44 AM #5Junior Member
- Üyelik tarihi
- Jun 2010
- Mesajlar
- 2
Re: Sevgi fəlsəfəsi
ZƏHMƏT OLMASA BU SƏHFƏDƏ YAYIMLANAN "SEVGİ FƏLSƏFƏSİ" məqaləsinin altına müəllif olaraq mənim adım yazın çünki bu məqalə mənim məqaləmdir. ən azından mənim zəhmətimi qiymətləndirin əgər bilmək istəyirsinizsə bu məqalə hardan götürülüb bu ünvana daxil ola bilərsiniz [
SİZDƏN ARTIQ DƏRƏCƏDƏ XAHİŞ EDİRƏM BU MƏQALƏNİN ALTINDAN MƏNİM ADIMI YAZIN.....
HÖRMƏTLƏ - QULİYEV RAHİB
-
06-07-2010, 01:46 AM #6Moderator
- Üyelik tarihi
- Dec 2006
- Mesajlar
- 2.721
Re: Sevgi fəlsəfəsi
xahisiniz nezere alindi.
elfiedo Nickli Üyeden Alıntı
-
06-07-2010, 02:02 AM #7Junior Member
- Üyelik tarihi
- Jun 2010
- Mesajlar
- 2
Re: Sevgi fəlsəfəsi
ƏMƏYİMƏ QİYMƏT VERDİYİNİZ ÜÇÜN SİZE ÇOK TEŞEKKÜR EDERİM.... UĞURLAR.


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla



Yer imleri