cox qesengdi
4 sonuçtan 1 ile 4 arası
-
04-20-2010, 09:45 PM #1
Məndən soruşdular

İstəsən...
Mən səninçün musiqi ola bilərəm-cazibədar və olduqca tanış. O qədər tanış ki,bütün xatirələri yada salan,bütün yaşadıqlarını bir daha yaşatdıran...nə olsun ki adını xatırlaya bilmirsən.
YOX İSTƏMİRƏM. ÇÜNKİ O ÇOX QISADIR. O DƏQİQƏLƏRƏ SIĞDIRA BİLMƏRƏM SƏNƏ OLAN MƏHƏBBƏTİMİ. HƏM DƏ ONA QULAQ ASAN YALNIZ MƏN OLMAYA BİLƏRƏM.
İstəsən...
Mən səniçün rəqs ola bilərəm-ehtiraslı və ritmik.Eyni zamandə zərif və dolub daşan,qəlbinin dərinliyinə təsir edən ...nə olsun ki,bu rəqsə qoşulduqca tükənəcəyindən qorxursan.
YOX İSTƏMİRƏM. O RƏQSİ LAYİQİNCƏ OYNAMAYACAQİMDAN QORXURAM.
İstəsən...
Mən səninçün nağıl olaram-səni əks etdirən və sonu xoşbəxtliklə bitən.Elə bir nağıl ki,sənə uşaqlıqda danışmağa vaxt tapmayıblar,gəncliyində yaşatmayıblar,qocalığını isə birlikdə danışacağımız bir nağıl....nə olsun ki nağıllara inanmırsan.
YOX İSTƏMİRƏM. ÇÜNKİ SONUNU DİNLƏMƏDƏN YUXUYA GEDƏCƏM. O QƏDƏR ŞİRİN OLACAQ Kİ... ALMALAR KİMİN OLACAQİN İSƏ HEÇ ZAMAN BİLMƏYƏCƏM
İstəsən...
Mən səninçün külək ola bilərəm-sərin və hərəkətli.Amma həmişə yeni,uzun ömürlü,həmişə arzuolunan,təzəlik gətirən...nə olsun ki,bu külək bəzən həyatını alt-üst edəcək.
YOX İSTƏMİRƏM. BİR GÜN GÜCLÜ ƏSİB ÜRƏYİMİ QIRACAQSAN. TUFANA ÇEVRİLİB QƏLBİMİ VİRAN EDƏCƏKSƏN
İstəsən...
Mən səninçün işıq ola bilərəm-səni özünə doğru çağıran və parlaq.O qədər parlaq ki,məqsədinə doğru getdiyin bütün yolları işıqlandıran,amma heç vaxt səni çaşdırmayan...nə olsun ki,bəzən gözlərini qamaşdıracağından çəkinirsən.
YOX İSTƏMİRƏM. GÜN GƏLƏCƏK O İŞIQIN QABAĞINI GÖZLƏRİMƏ DÜŞƏN TOR QOYMAYACAQ ONU DOYUNCA GÖRÜM.
İstəsən...
Mən səninçün od ola bilərəm-alovlanan və səni isidən.Həmişə istisinə qızına biləcəyin,amma hətta barmaqlarının ucunu belə yandırmayan bir ocaq...nə olsun ki,onun istisi bəzən üzünü qarsacaq.
YOX İSTƏMİRƏM. YANIB YABIB BİR GÜN SÖNƏCƏKSƏN. KÖZLƏRİNİ GÖZLƏRİMİN YAŞI CIZILDADACAQ. GÖTÜRÜB BAĞRIMA DA BASA BİLMƏYƏCƏM. VƏ BİR GÜN ƏSƏCƏK KÜLƏK SƏNİ SOVURUB APARACAQ
İstəsən...
Mən səninçün ulduz ola bilərəm-gözəl,şəfəqli və bərq vuran.Qaranlıqlarına işıq saçan,heç nəyə inamın qalmayan anda sənə ümid və inam bağışlayan...nə olsun ki,o qədər uzaq olmağı ilə bərabər həm də ürəyinin lap,lap dərinliyində olması ilə səni heyrətə gətirir.
YOX İSTƏMİRƏM. ULDUZLARDA GÜCÜNÜ GÜNƏŞDƏN ALIR. SAATLAR KEÇƏCƏK VƏ SƏN İTƏCƏKSƏN... DAN ULDUZU OLSAN DA BELƏ...
İstəsən...
Mən səninçün okean ola bilərəm-geniş,əzəmətli,coşub daşan.Sahilsiz bir okean-elə bir okean ki,onun ənginliyinə qərq olarsan,amma boğulmazsan...nə olsun ki,naməlumluğu və sonsuzluğu vahimə yaradır
YOX İSƏMİRƏM. SAHİLSİZ BİR OKEANIN VARLIĞI SONSUZ MƏHƏBBƏTƏ BƏNZƏMƏZ HANSI Kİ, SAHİLƏ GETDİKCƏ DAYAZLAŞMAZ DƏRİNLƏŞƏR VƏ BİTMƏZ . NƏ XÖŞBƏXT O KƏS Kİ MƏHƏBBƏT OKEANİNDA BOĞULA..
İstəsən...
Mən səninçün ehtiras ola bilərəm-hərarətli və qızğın,amma heç bir halda məhv etməyən,heç bir halda fəlakətə gətirməyən...nə olsun ki,sənə özünü unutdurmağa belə qadirdir.[
-
04-20-2010, 10:34 PM #2Senior Member
- Üyelik tarihi
- Jul 2009
- Mesajlar
- 1.149
Re: Məndən soruşdular
...
-
04-21-2010, 01:03 AM #3
Re: Məndən soruşdular
[
-
04-21-2010, 04:23 AM #4Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Dec 2009
- Yer
- Türkiye
- Mesajlar
- 2.269
Re: Məndən soruşdular
Waaaaww super ellerinee saglık
HaKKım heLaL,Sewqim haRam oLsun


LinkBack URL
About LinkBacks





Alıntı ile cevapla
Yer imleri