9 sonuçtan 1 ile 9 arası

Könül qədri biləcəyi yoxdursa.....

  1. #1
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Könül qədri biləcəyi yoxdursa.....



    Göz yaşını axıtmağa dəyərmi,
    Sonunda bir güləcəyi yoxdursa.
    Hər görüşə sevgi demə əzizim,
    Əgər onun gələcəyi yoxdursa.


    Sevgi yoxsa ürək quru qəfəsdir,
    Kor ümidə nə qərəzi,nə qəsdi?
    Min yol geri çağırmağın əbəsdir,
    Əgər geri dönəcəyi yoxdursa.


    Hər kül altda gizlənənə köz demə,
    Hər xatirə qırığına iz demə.
    Hər ürəkdən kövrək nəğmə gözləmə,
    Sarı simdə dinəcəyi yoxdursa.


    Oda salsan,buz bağlayıb donacaq,
    Əldən uçdu yad budağa qonacaq.
    Könül versən nə qiymətə qalacaq?
    Könül qədri biləcəyi yoxdursa.


    Ucaltdiğin kiçiləndə görəsən,
    Əriyərsən gözün görə-görə sən.
    Süfrəsinə nə qoyacaq görəsən,
    Sənlə tikə böləcəyi yoxdursa...


    Demə mənə nələr gəlir ağlıma,
    Vay onda ki,qara səndən ağ uma.
    Ürəksizə ürək verib ağlama,
    Bir gün sənsiz öləcəyi yoxdursa.
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  2. #2
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Mən sənə sevməyi necə öyrədim?

    Dəli bir şimşək ol gözlərimdə çax
    Kədərini unut sevincindən bax
    Məndən istədiyin diləyə bir bax
    Mən sənə sevməyi necə öyrədim?

    Sevirəm demirsən dilindən tutum
    Saçını oxşayan belindən tutum
    Yazı yazmirsan ki əlindən tutum
    Mən sənə sevməyi necə öyrədim?

    Qəlbimi üşüdən külək deyilsən
    Mənə mənim qədər uzaq deyilsən
    Sən körpə deyilsən, uşaq deyilsən
    Mən sənə sevməyi necə öyrədim?
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  3. #3
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Mən ki,sən deyiləm...

    Unutmadı gözlərini gözlərim,
    Mənim gözüm sənin gözün deyil ki,
    O yerləri naxışlayır izlərin,
    Mənim izim,sənin izin deyil ki.

    Yalanlara öyrətmədim dilimi,
    Mənim dilim sənin dilin deyil ki,
    Hər yetənə uzatmadım əlimi,
    Mənim əlim sənin əlin deil ki.

    Uçub getdin sazaq düşdü əlimə,
    Mənim qəlbim,sənin qəlbin deyil ki,
    Sən gülüşçün yaranıbsan inləmə,
    Mənim qəmim sənin qəmin deyil ki.

    Sən qaraltdin,mən ağartdım saçımı,
    Mənim saçım,sənin saçın deyil ki,
    Eşidənlər bağışlayır suçumu,
    Mənim suçum,sənin suçun deyil ki.


    Yerə düşdü odlu sözüm közərdi,
    Mənim sözüm,sənin sözün deyil ki,
    Qarşılaşdıq dil susdu,üz qızardı,
    Mənim üzüm səni üzün deyil ki

    Sən yolunu dəyişdirdin bir səhər,
    Mənim yolum sənin yolun deyil ki,
    Bu hicrana dözəcəyəm birtəhər,
    Dözəcəyəm,hicran ölüm deyil ki
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  4. #4
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Keçmiş sevgim

    Yəqin anladin mən nə çəkirəm
    Mən sənin eşqinlə solan bir çiçək
    Çiçəyin ətrini duyasan gərək
    Sənsə bu çiçəyi ələ almadin

    Bulbul tək çiçəyə gəlib qonmadin
    İndi son sozumu xatirla mənim
    Gəlmişəm uzunə soyləyim sənin
    Çaliş səni sevəni sən də sevəsən

    Dunyada sevgini məhv etməyəsən
    Sevgini məhv etmək boyuk gunahdir
    Sevənə dərd vermək məncə nahaqdir
    Get bir daha sən geri donmə

    Qaytara bilməzsən keçmiş sevgimi
    Keçmiş sevgim uçun mən qəbr qazdim
    Məzari ustə bu sozləri bu sozləri yazdim
    İtirilmiş məhəbbət dəfn olunsa da
    Mənim həyatimda duşur o yada.
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Könül qədri biləcəyi yoxdursa.....

    Yerə düşdü odlu sözüm közərdi,
    Mənim sözüm,sənin sözün deyil ki,
    Qarşılaşdıq dil susdu,üz qızardı,
    Mənim üzüm səni üzün deyil ki derin menali sherlerine gore tesekkur

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  6. #6
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Məni ara...

    Əgər bir gün ağlamaq istəsən məni ara...

    Səni güldürəcəyimə söz vermirəm.

    Amma səninlə birlikdə ağlaya bilərəm.

    Əgər bir gün uzaqlara qaçmaq istəsən

    Məni aramaqdan qorxma...

    Səni durduracağıma söz vermirəm.

    Amma səninlə birlikdə qaça bilərəm.
    Əgər bir gün heç kimlə

    danişmaq istəməsən


    Məni ara…

    Səssiz olacağıma söz verirəm.
    Fəqət ...

    Əgər bir gün arasan və cavab almasan,

    Həmən məni görməyə gəl ...

    Bil ki, sənə ehtiyacım vardır...
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  7. #7
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Səni arzuladı həmişə ki,tək.

    Xəyala dalmaq istəyir ürək,
    Yuxunu gözümdən aparır yenə.
    Mənə tanış olan bu arzu bu istək,
    Onun arxasınca düşüb hər yeri,
    Qanadlı quş kimi gəzir xəyalım.
    Bəzən özümə də qəribə gəlir,
    Sənə yad görünən bu halım.
    Sonsuz düşüncələr rahatlığımı,
    Qovub aparmışdır lap uzaqlara.
    Baş vurub gəzirəm dənizlərdə mən,
    Baxıram lal axan saf bulaqlara.
    Səhərə az qalır,
    Yuxum səfərdə.
    Gəzmişəm dünyanı mən qarış-qarış.
    Dağlarda,daşlarda,çəmənliklərdə.
    Artıq gəzmədiyim bir yer qalmamış.
    Hər yeri dolaşan səyyar xəyalım,
    Sənin baxışında dolaşıb qalıb.
    İntizar baxışlı ey canım-gözüm,
    Vüsal günlərinə de,de coxmu qalıb?


    Axı cox uzandı orta da hicran,
    Sənmi müqəssirsən yoxsa mən?...danış
    Daha ayrılığa,yuxsuzluğa,
    İntizar çəkməyə taqət qalmamış.
    Gözləri gözümdə həkk olub qalan,
    Ürəyi miskilli bir insanam mən.
    İntizar dolanan,tənha dolanan,
    Hicranın özündə bir hicranam mən.
    Mən şirin yatardım sübhün özü tək,
    Nə səs eşidərdim nə də bir haray,
    Bəs indi?
    Gecənin qara gözü tək,
    De nə üçün oyağam başim üstə ay.
    Yuxusuz gecələr uzundur necə,
    İntizar ürəyə daş kimi ağır.
    Odur dan sökülür səhərdir demək,
    Göylərin üzünə gur şəfəq yayır.
    Mən isə...Mən isə yuxulamadım,
    İntizar ürək...
    Səni arzuladı həmişə ki,tək.


    Səni Arzuladı Həmişə Ki,Tək.
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  8. #8
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Könül qədri biləcəyi yoxdursa.....

    Uzatsan əllərin çatmayacaqdır.

    Yadından çıxıbdır mənim sözlərim
    Amma sən olmusan mənim əzbərim
    Sevgi ilə gözünə baxan gözlərim
    Bir daha üzünə baxmayacaqdır.
    Uzatsan əllərin çatmayacaqdır.

    Çox şirin eşitdim sənin dilindən.
    Faydalar görmədim onun birindən.
    Əllərim tutacaqdı sənin əlindən.
    Vəfasız əllərin tutmayacaqdır.
    Uzatsan əllərin çatmayacaqdır.

    Bir zaman sənindim sənin əlində.
    Məni də itirdin günün birində.
    Mənim sevgim durub önündə.
    Daş olan qəlbini oxlayacaqdır.
    Uzatsan əllərin çatmayacaqdır.
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  9. #9
    Member
    Üyelik tarihi
    Apr 2010
    Mesajlar
    47

    Re: Könül qədri biləcəyi yoxdursa.....

    Sevgiyi taşımak değil Hasretini çekmek zor Gülmeyi unutmak değil Aglamaya alışmak zor Sevmek yada ölmek degil ÖZLEYIPTE GÖREMEMEK ZOR...!!!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.