4 sonuçtan 1 ile 4 arası

Damla Düşür

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Damla Düşür


    Damla düşür.....Eyy damla.Sənə bir sualim var?Sən mənə düşmənsənmi?Niyə düşmürsən yanaqlarıma?Yoxxx inanmiram.Bəlkə bu kobud,eqoist qızdan qorxub gen gəzirsən?Yoo inanmiram damlam.Ami mən bircə səninlə söhbət edərkən özüm oluram.Damlam məni...Damlam sənki məni tanimalisan mən belə deyiləm...Anlamirsan ki, mən insanlardan gen qaçarkən belə oluram,Mən məni taniya bilməyəcək insanlarla belə oluram,mənim içimdəki " məni" sən taniyirsan Damlam.....O çox səmimidir...Bəlkə də təkcə səninlə...


    Damlam məndən qaçma...Burax özünü küləyin ixtiyarına...Gəl düş yanaqlarıma....Süzül dodaqlarima....Damlam ya mənə gəl ya "küləklə sovrulanlar"dan ol...Ya mənim ol ya heç kimin...Ya mənim yanağima qon ya buxarlan.....

    Damlam bax bayaqdan səninlə söhbət edirəm...Deyirəm gəl yanima...Amma damlam əgər gözlərimə gəlib də,kipriklərimi isladacaqsansa gəlməəəəə...Damlam bax bu" daş qəlbli "oğlan heç vaxt ağlamayıb.....Güclüdür guya ki....Damlam güclü olduğumu özümə sübut etmək üçün ağlamamışam....Əslində ağlamaq kipriklərin islanıb da yaşın süzülməsi deyil ki...Ağlamaq qəlbin fəryadidir....Qəlbim fəryad etməsin damlam heç vaxt...Amma gəlmə gözlərimə,gəlmə kipriklərimə....

    Damlam bahar səhərində mən çiçək olum sən şeh ol qon ləçəklərimə....Unut hər şeyi..Buraxaq özümüzü küləyin ixtiyarına.....Damlam səni hiss etmək istəyirəm axi..Damlaaaaam

    Damlam ehh damlam.Mən kiməm?Taniyirsan məni?Həəəəə.Damlam mən romantikəm yoxsa daş qəlbli?...Damlam hami daş qəlbli deyil...Yox damlam amma mən özümü taniyiram axi....Daş qəlbli deyiləm mən...Sadəcə qəlbim çox balacadır hələ,çox ürkəkdir onu daşa bürümüşəm qirmasinlar deyə....

    Damlam mən əslində bilirsən nə istəyirəm...???Damlam yooooxxx bu əsl mən deyiləm...Əsl mən həyati sevir,əsl mən günəşi sevir,əsl mən gözyaşlarını sevmir..Hətta sevinc göz yaşları olsa da..Nə olsun ki sevincdəndir yoxx yenə də istəmirəm göz yaşını.....

    Damlam hə damlam çoxal, milyonlara parçalan leysana dön...Damlam mənsə sənə qovuşmaq üçün dəniz sahiliylə qaçim...Səni saçlarımda hiss edim,saçlarımı sovur göylərə,,,.Damlam leysana dön ki o leysanda qışqırım,gülüm,qaçım,ovcumu açım səni ovcuma çağırım..Səni hiss edim damlam........Damlam mən həyatı sevirəm damlam...Damlam gəl gəl....Hə gəl damlam...Amma mənə gülüş gətir,mənə sevinc gətir,damlam mənə "əsl məni" gətir.....

    Biz hər birimiz bir damlayıq bu həyatın yanağında süzülürük...Elə yaşayaq ki sevincdən yaranan damla qədər müqəddəs olaq.
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Damla Düşür

    Damlam mən romantikəm yoxsa daş qəlbli?... romantik oglansan.amma senin damlan ki acaba?

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Damla Düşür

    dusunsen bele tapa bilmersen.
    [

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Damla Düşür

    niye dushunurem ki?ozun deyersen deee

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.