Sən nəyə görə gəlmisən?
- Ona görə ki,sən məni çağırmısan.
- Axı mən səni çağırmamışam.
- Yox,çağırmısan.Hərdən məni çağırmaq üçün sözlər ifadə eləmək lazım gəlmir.
- Necə yəni?
- Sadəcə olaraq, bunu çox istəmək lazımdır və mən gələcəm.
- Bəli,mən çox istəyirdim ki,sən gələsən.
- Bax,görürsən!
- Ancaq hər halda, sən necə bildin?
- Mən hiss etdim.
- Sən hiss edə bilirsən?
- Bəli,formanın kasıblığının altında çox vaxt elmin mahiyyəti gizlənir.Əşyalar əsla
bizim onları gördüyümüz kimi deyillər.Əsil mahiyyət əşyaların içində
gizlidir.Sadə baxışla onu hiss etmək mümkün deyil.
- Əslində onlar necədirlər?
- Bunu heç kim bilmir.Hətta mən də.
- Necə oldu ki sən bura gəldin?
- Sənin arzun,istəyin məni gətirdi.
- Bu necə ola bilər?
- İstək, bu, sadəcə hiss deyildir.Bu gücdür. Bu, təkamülün hərəkət edən
gücüdür.Elə anlar olur ki, o, maddiliyə çevrilir.
- Sən istəyin gücünü hiss edə bilirsən?
- Bəli, sənin istəyinin gücü çox böyük idi və mən gəldim.
- Nəyə görə sən gəldin?
- Öz işimi görməkçün.
- Bəs sonra?
- Sonra mən gedəcəm.
- Sən gəlməyin üçün zəhmət haqqı olaraq nə tələb edəcəksən?
- Mənə buna görə zəhmət haqqı lazım deyil.
- Sən mükafatını inkar edirsən?
- Yox, hər bir zəhmət mükafatlandırılmalıdır. Bu,başlıca prinsipdir.
- Nəyin prinsipi?
- Hər şeyin. Həyatın.Ölümün...
- Axı sən dedin ki, sənə zəhmət haqqı lazım deyil.
- Mənə gəldiyimə görə zəhmət haqqı lazım deyil.
- Bəs nəyə görə mən səni mükafatlandırmalıyam?
- Gördüyüm işə görə.
- Mən sənə bunun qarşılığında nə verə bilərəm?
- Sən zəhmət haqqının nə olduğunu özün bilməlisən.
- Bu bəs edəcək?
- Bəli.
- Mən nə qazanacam?
- Sən rahatlıq tapacaqsan.
- Əbədi rahatlıq?
- Yox.Əbədi rahatlıq olmur. Burada olmur.
- Harda bəs?
- Orda, hansı ki, ona hələ mən də sahib deyiləm.Orda sənə başqası kömək
edəcək.Mən ancaq görəcəyim işi yerinə yetirə bilərəm.
- Mən sənə bənzərlərini artıq neçə ildir ki görmürəm.
- Bəli. Biz insanlara lazım olduğumuzu biləndə gəlirik.
- Bəs siz nə vaxt lazım olmursuz?
- Onda biz olmuruq!Mövcud olmuruq.Sizlər üçün mövcud olmuruq.
- Sən məni necə tapdın?
- Mən artıq demişəm : sənin istəyin məni gətirib.
- Mən sənə inanmıram.
- Sənin qadının məni çağırıb.
- O, sənə nə deyib?
- Sənin mənim köməyimə ehtiyacın olduğunu.
- Sən də ona inandın?
- Bəli. Mən bunu bilirdim.
- Hardan?
- Onlar, sənin ətrafında yaşayanlar da mənə həmin şeyi dedilər.
- Sən onlara inandın?
- Bəli. Mən bilirəm ki, sən mənsiz bacarmayacaqsan.
- Bəs sən?
- Mən bacaracam.
- Sən bilirsən mən kiməm?
- Bəli.
- Sən necə başa düşdün?
- Sənin söhbətə başlamağından. Sən – filosofsan.
- Bəli, mən - filosofam. Sənsə - santexniksən.
- Bəli, mən –santexnikəm. Ancaq söhbət eləməyi mən də xoşlayıram! Aha, bəs
hardadı sizin tutulan unitazınız?