Əsas məzmuna keç
2 sonuçtan 1 ile 2 arası

Kaş

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Kaş

    Əsən küləyim...
    Əsən külək, yalanı apar özünlə heç kəsin olmadığı,heç bir insanın yaşamadığı yerlərə. Elə apar ki,bir də heç kəsin dilinə yalan gəlməsin... Hamı gerçəklərdən danışsın. Bəlkə, düzələr bu dünyanın işi yalan olmasa!!!
    Əsən külək, özünlə kini,nifrəti,paxıllığı apar... Heç kim bir-birinə nifrət etməsin,heç kimin qəlbində kin olmasın... Ən əsası hamı eyni dərəcədə varlıqlı olsun ki, paxıllıq bütün ürəklərdən uzaq olsun...
    Əsən külək nəyi aparırsan apar özünlə amma bu dünyada ən pis duyğuları apar... Apar ki,insanlar pak olsun...


    Yağan yağışım...
    Yağan yağış, yu təmizlə hər yeri. Bütün dünyaya yağ... Yağ ki,sənin yağışınla bərabər hər çirk yuyulsun,bütün dünya təmiz olsun...
    Yağ yağışım, torpağın qoxusu hopsun canıma... Bütün toz torpaqlar insanlardan uzaq olsun... İnsanoğlu çirk nədir bilməsin, bunun üçündə heç yeri çirkləndirməsin...
    Yağacaqsansan yağ yağışım, gözyaşım yuyarkən üzümü sən də yu hər şeyi...

    Çax şimşəyim...
    Çax şimşəyim. Elə şiddətlə çax ki, insanlar sənin gurultundan qorxsunlar... Amma heç kimə zərər vermədən çax...
    Çax şimşəyim... Elə çax ki, səsin hamının qulağına çatsın,azğınlaşmış insanlar səndən qorxsun...
    Çax şimşəyim sən də çax....

    Doğ günəşim...
    Bütün insanların qəlbinə,ruhuna,mənliyinə doğ... Elə baş qaldır ki, insanlar sənin parıltından bir-birlərini görməsinlər... Bütün dünya səninlə işıqlanır,sən də insanların ürəyimə doğ...
    İsit buz olmuş qəlbləri,sevgi bəxş elə hər ürəyə....

    Külək aparsın insanların dilindəki pis şeyləri birdə gətirməsin,yağış yusun bütün çirkinlikləri tər-təmiz eləsin,şimşək elə çaxsın ki, insanlar bir-birlərini eşitməsin və kim üçün qəlbiniz döyünürsə hər doğan günəş sizə onu gətirsin...


    Müəllif:Asi
    [

  2. #2
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Kaş

    kashlar olmayaydi kashki
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.