Toxun mənə, yanan ürəyimiz olsun,
Toxun mənə, alışan sevgimiz olsun.
Toxun, qışıma bahar gətir ,sevgilim,
Toxun mənə, sevinən hisslərimiz olsun.


Səni gündüzümə günəş edəcəyəm,
Qaranlıq gecəmə ay olacaqsan.
Səni sənin kimi gülüm sevəcəyəm,
Yox,olmaz desən, gözlərimə yad qalacaqsan.


Ürəyimə çağlayan dənizinlə gəl,
Toxun mənə, sönən ocağın külləri yanar,
Könlümə tükənməz məhəbbətlə gəl,
Toxun mənə, quruyan çaylar da daşar.


Buraxma əllərini, tut əlimdən sona qədər,
Yanımda qal ,sevgilim, gözlərinə doyana qədər.
Könlümü elə al ki, ayrıla bilməyim,
Sev məni, qanadsız quşlar uçana qədər.


Yaraşmır ağlamaq gozlərinə,
Könlünə mənsiz sevgi heç yaraşmayır.
Alışmır hisslərim sənsizliyimə,
Könlüm gedişinə hələ heç alışmayır.


Toxun mənə, gəl, yenidən toxun mənə,
Hisslərimə gəl, qayıdaq yenidən görüşə.
Toxun mənə, ulduzlarla sevişək yenə,
Toxun mənə, qayıt, sənsiz alışan hissimə.