4 sonuçtan 1 ile 4 arası

Eşq Və Ölüm

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Eşq Və Ölüm





    9-cu sinif idi...

    Hal-hazırda dərsdəyik. Yanımda dünya gözəli bir qız oturur. Üzünə baxmağa belə qıya bilmirəm. Onu nə qədər çox sevdiyimi bilmir. O mənim ən yaxın yoldaşımdı. Məni yalnız dost olaraq görür. Səbəbini bilmirəm amma özümdən çox utanıram...

    10-cu sinif..

    Evdəydim mənə zəng edib deyir ki, kişi yoldaşımla mübahisə etdim və mənə ehtiyacı olduğunu söylədi. Sonra bizə gəldi. Mənə möhkəm-möhkəm sarılıb ağladı. Hal-hazırda ayağımda yatır. Saçlarını sığallayıb üzünə doya doya seyr etdim. Mən onu o qədər çox sevərkən o məni sadəcə dost olaraq görürdü. Səbəbini bilmirəm amma özümdən çox utanıram...

    11-ci sinif Məzuniyət gecəsi idi...

    Onunla uşaqlıqdan bəri yoldaşıq. 8-ci sinifdəykən bir-birimizə söz vermişdik lisey sonunda məzuniyyət balına gedəcək yoldaşımız olmazsa birlikdə gedəcəkdik. Məni axtardı və kişi yoldaşının xəstələnib gələ bilməyəcəyini söylədi və birlikdə gedə bilərikmi deyə soruşdu. Qəbul etdim və axşam evindən götürdüm. Məzuniyət gecəsində ən gözəl qız o idi... Dumağ paltarıyla eynilə bir mələk kimi idi. Gece boyu rəqs etdik. Qollarımdaykən həmişə eyni şeyi düşünürdüm onu çox sevidiyimi. Gecə sonunda onu evinə yola saldım. Məni yanağımdan öpüb ən yaxşı yoldaşı olduğunu söylədi. Onu həqiqətəndə çox sevirəm. Amma o məni dost olaraq görür. Ona onu sevdiyimi necə söyləyərəm axı...? Səbəbini bilmirəm amma özümnən çox utanıram...

    Aradan illər keçdi.. İndi o canımdan çox sevdiyim mələyimi torpağa tapşırıram... Şəxsi əşyalarının arasından quru qablı bir dəftər çıxardıb mənə verdilər. Oxuyub oxumamaqda qərarsızdım. Açdım. Bu bir gündəlik idi və bir səhifəsində belə yazı vardı...

    ''Hal-hazırda dərsdəyik və yanımda dünya yaraşıqlısı bir oğlan oturub. Üzünə baxmaqla doya bilmirəm. Onu nə qədər çox sevdiyimi bilmir. Məni dost olaraq görür. Kişi yoldaşım olduğu yalanını söyləyərək və davamlı onunla əlaqədar yalanlar uyduraraq yanında ola bilirəm. Onu canımdan çox sevirəm. Mənə bir dəfə də olsa SƏNİ SEVİRƏM desəydi dünyalar mənim olardı...''

    Mən bu sətirləri oxuyarkən mələyimi çoxdan basdırdılar. Gözlərimi ayıra bilmirəm məzarından. Narahat olma mələyim mən də səni ÇOX SEVİRƏM....
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Eşq Və Ölüm

    qismet

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  3. #3
    Member
    Üyelik tarihi
    Jan 2010
    Mesajlar
    67

    Re: Eşq Və Ölüm

    ESQ VE OLUM .OLUM OLMASA KASS

  4. #4
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Eşq Və Ölüm

    cox menasiz!!!!! Niye utanirdin ay deli deyerdinde . esebleşdim lap
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.