Sayfa 1/2 12 SonSon
20 sonuçtan 1 ile 10 arası

Yagışım

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Yagışım


    Yağış əslində biz onla köhnə dostlarıq .Yeni tapılan dostlardan fərqli olaraq o vəfalıdır hərdən həzin,hərdən kədərli yağar,hərdən oynaq,kaprizli damlarla , hərdənsə üsyankar ruhum kimi.....
    Yadımdadı, uşaq ikən yağış yağanda pəncərədən baxardım,dayanmayınca pəncərəni bağlamazdım,sanki möcuzəli bir aləmə düşərdim,anamda hey acıqlanardı ört pəncərəni ev soyudu axı...

    Heç vaxt yağış yağanda çətir götürməzdim,sanki çətrim yoxmuş kimi ,qəflətən küçədə yağış məni tutmuş kimi aparırdım özümü,əslində isə hava yağıntılı olanda çantamda kiçik qatlamalı çətrim olurdu,elə indi də eləyəm çətrim ola-ola yağışım altında gəzirəm....saçlarımdan süzülən damlalar sanki həmin o uşaqlıqdakı möcüzəli dünyanı xatırladır mənə.
    Bax bu gün də yağır,özüdə qərib bir templə gah güclənir,gah zəifləyir.Sanki ürəyimin döyüntülərinin ritmindədi,axı ürəyimdə aritmiya var...amma yağış damlalarını sehir kimi qəbul edən o balaca qızcığazdan uzaq qız YOXdu artıq !
    YAĞIŞ-onunla çox şeyi bölüşmüşük bu illər ərzində biz – sevinci,kədəri,susuzluğu,xoşbəxtliyi,sevgini, ayrılığı...Bu günsə daha bir şeyləri bölüşürük onunla –məni üzən xatirələri,unutmaq istədiklərimi...Elə indicə yağışı ciyərlərimə çəkdim,özləmişdim qoxusunu,torpağa düşən damılalardan sonrakı yerin ətrini...

    YAĞIŞ mənim köhnə dostumdu,arada bir yağsa belə,təzə tapılan “dost”larımdan ETİBARlıdır.
    O məni anlayır,mənsə onu.Onunla nələri bölüşməmişik ki biz...İndi isə daha acıverən birşeyləri bölüşürəm onunla.Qəlbimə yağmasını istəyirəm,düşüncələrimə yağmasını istəyirəm. O isə gah zəifləyir,gah da güclənir,amma davamlı yağır,kəsilmədən.Bu küləksə sanki düşməndi bizə,onu qovmağa çalışır,yeganə əsl dostumu məndən uzaqlaşdırmağa çalışır.

    YağışıM mənim təkcə sən lazımsan mənə bu gün.Bilirsən bu gün təsadüf deyil ki sən yağırsan.Sən anlarsan məni.Bu gün mənim üçün ən önəmli gün olmalıydı axı...YağışıM mənim islanmaq istəyirəm soyuq damlalarında..Gəl apar son günlərin kədərini.Gəl yu,birdəfəlik sil mənə acı verən xatirələri,beynimin içində durmadan təkrarlanan cümlələri, o səsi....bir daha duymaq istədiyim qədər istəmədiyim və istəməkdən qorxduğum o səsi...
    YağışıM mənim daha nə qədər sınayacaq tale məni? Daha nə qədər güclü olduğumu sübut etməliyəm ? Bax göz yaşlarımı silmiş,sonra sənin damlalarınla islanmış əllərimi uzadıb itaətkar olmayan bəndə olaraq TANRIma əl açıram.Artıq YORULDĞUMU deyirəm.Artıq səbrlərimin tükəndiyini deyirəm.YağışıM mənim daha itkilər deyil,itirdiklərimin əvəzini istəyirəm.Bax itirdiklərimi geri istəmirəm,onlar çevrilmiş vərəqlərdi,onların əvəzini mənə qaytarmanı istəyirəm,gizli nümayişkaranə axan göz yaşlarımın,xəlvəti-aşkar yaşanan acılarımın əvəzini istəyirəm !

    YağışıM mənim, deyəsən bu gecə heç vaxt dayanmayacaqsan,elə hey yazacaqsan!Bilirsən əslində bu gün mən nənəgildə olmalı idim,amma evdəyəm,səninlə dərdləşirəm.Bəlkə elə sən bunun üçün yağırsan,pozulmuş planlar,yarımçıq qalan arzular üçün..Yağ vəfalı dostum,bu gecə ölən ümidlər üçün yağ,çünki sənin damlalarından sabah yeni ümidlər doğulacaq!
    Yağ sirdaşım mənim,bu günki kədərin yerini sabah sevinc alacaq!..amma bir şey istəyəcəm səndən,bircə sən istəklərimi yerinə yetirməyən vəfasız dostlara oxşama,sən bu gün səninlə bərabər axan göz yaşlarımın yerini sabah da ağlayım deyə doldurma!onların yerində göy qurşağından doğan sevinc qığılcımları ver,əvvəlki sevincimi qaytar mənə....
    Bircə ürəyimdəki nisgilin nifrətə çevrilməsinə icazə vermə,elə yağ ki,nə nisgil qalsın,nə özləm,nə nifrət...
    YağışıM mənim deyəsən axı hər şey yaxşı olacaq....


    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Yagışım

    yagis cox gozeldi,xoslayiram yagisi yagisda gezmeyi.yagis gozeldi ama ondan adama dost cixmaz..onun omru cox qisadir.
    [

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Yagışım

    mende yagısı cox sevirem yagısda ıslanmayı sessiz sessiz yurumeye bayılıyorum butun dertlerımı kederlerimi alıyor sankı ama emin duz dedi yagmurdan dost olmaz
    HaKKım heLaL,Sewqim haRam oLsun

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Yagışım

    [

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Yagışım

    Yenə yağış yağır... Ağ-qara yağış...

    Yağışı sənə görə sevmişdim. Səninlə birlikdə sevmişdim.
    Yadındamı? "Yağış qəribə duyğular oyadır" - demişdin...

    Onda səni sevmək ağlıma da gəlməzdi... amma oldu.
    Sənin kim olduğuunu düşündükcə, sənə inana biləcəyimi özümdən soruşduqca, səni xəyalımda canlandırdıqca, səninlə qəlbimdə danışdıqca... sevdim səni.
    Damla damla, aram aram...

    Nə az vaxtımız oldu?! Amma, həyatım mənim, bu azacıq zamanın belə xatirəsi mənə bir ömür boyu yetər.
    Daha kimisə sevmək istəmirəm, çünki hələ də sevirəm. Səni sevirəm!
    Səndən başqa kimi sevə bilərəm ki?

    Yenə yağış yağır şəhərimizə...
    Lakin, bir zamanlar sənin mənə sevdirdiyin yağışı sevmirəm daha - mənə sənin gedişini xatırlatdığı üçün, mənə səni unutdurmaq istədiyi üçün, göz yaşlarımı səndən gizlətdiyi üçün
    [

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Yagışım

    eeeeee emin senin bugunlerde masallahın var cox gozel sag ol
    HaKKım heLaL,Sewqim haRam oLsun

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Yagışım

    çox sağ ol
    [

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: Yagışım

    yagisi sevirem seni mene xatirlatdigi ucun,
    yagisa nifret edirem seni unutmaga qoymadigi ucun..

    Yağiş...Yağiş yağib bitdikdən sonraki sakitçiliyini sevirəm...Düşüncələrin aydinlaşdiği an o an...Hələ bir yağiş mənsiz yağmayib. Yəni hər yağiş yağdiğda həyətə qaçiram.
    Yağiş haqda eşidəndə Baki yadima düşür. Ehtiyyatsiz sürücülər elə maşin sürürlər ki, evdən ağ geyimlə çixirsan, qap-qara dönürsən evə!Başima belə hadisə gəlib.

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: Yagışım

    Alıntı AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
    yagis cox gozeldi,xoslayiram yagisi yagisda gezmeyi.yagis gozeldi ama ondan adama dost cixmaz..onun omru cox qisadir.
    O zaman sən yağişin ta kendisisin!

  10. #10
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Yagışım

    Nə zaman yağış yağarsa məni xatırla
    [

Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.