Sayfa 1/3 123 SonSon
22 sonuçtan 1 ile 10 arası

Darıxıram

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Darıxıram

    Necə qəribə sözdür "da-rı-xı-ram"...
    Mən səninçün darıxıram...mən sənsiz darıxıram.Sənsiz,deməli sən yanımda olmayanda-mənə tənhadır və soyuqdur.Səninçün-deməli,mənə sənin səsin,gülüşün,təbəssümün,əllərinin toxunuşu lazımdır.Sənin hərarətin,səmimiyyətin lazımdır.Ürəyinin döyüntüsünü hiss etmək və necə rahat,təhlükəsiz,xoşbəxt olduğunu duymaq.
    Mən səninçün darıxıram...
    Ola bilərmi ki,sən olmasan hər şey mənasını itirsin,heç nəyin əhəmiyyəti olmasın?Sən demə ola bilərmiş...
    Alnımı pəncərəyə söykəyirəm,pıçıldayıram,darıxıram.Şüş� �də nəfəsimin izi qalır,onunla birlikdə sözlərim-darıxıram...səninçün...

    Mən səninçün darıxıram...
    O qədər güclüdür ki bu hiss mənə elə gəlir zaman dayanıb.Onu oyatmaq üçün qışqırmaq istəyirəm.
    O çox yavaş hərəkət edir,sürünür sanki.Mənə elə gəlir ki,səni gözləməklə bir ömür yola vermişəm.Fikirlərimin dalğaları qayalara dəyərək gah coşur,gah sakitləşərək pıçıltıya keçir.
    Bu səslərin içindən təkcə sənin adını seçə bilirəm.Sənin adını belə mehribanlıqla və sakitliklə söyləyən dalğalarda itib batıram...Orda əriyib yox olmaq istəyirəm.Sənin baxışlarında yox olmaq istəyirəm...
    Səndə yox olmaq istəyirəm...

    Mən səninçün darıxıram...
    Əllərimi başımın arxasına qoyaraq ucsuz bucaqsız,sahilsiz göyləri seyr edirəm.Ah... bu səma!
    O həmişə məni cəzb edib.Onun cazibəli sonsuzluğu qəlbimin dərinliyinə işləyir.
    Bəs qürub?Yağışdan sonra bu rəngarənglik ürəyimdə qəribə hisslər yaradır.Buludlar bir-birinə qarışaraq,bir-birinə can ataraq qovuşur-mən sənin mənə doğma,mənə əziz simanı görürəm.
    Sən kipriklərini qırpmadan gülümsəyirsən mənə.Hisslərim donur bu baxışlardan,bu təbəssümdən.Əllərimi uzadıram,sanki sənə çatacaqmış kimi...
    Amma buludlar istehza edərək uzaqlaşır,xatirələrin anlaşılmaz kolgəsində məni tək qoyur...

    Mən səninçün darıxıram...
    O qədər darıxıram ki,səni bərk-bərk qucaqlamaq və saxlamaq istəyirəm.Belə anlarda insan əbədiyyətin nəfəsini hiss edir.
    Onun gücü,qüdrəti sənin damarlarında axır.Səni saxlamaq istəyirəm,gücüm çatana qədər.
    Əllərim saxlayana qədər.Sevgi ilə əhatə edərək..yad gözlərdən qoruyaraq...Təkcə mənim ürəyim səninlə birgə döyünəcək.Nəbzini hiss edərək...qəlbinin döyüntüsünü hiss edərək.
    Sən bunları sözsüz başa düşürsən.Bir toxunuşla...Bir baxışla...bir təbəssümlə...

    Mən səninçün darıxıram...
    Əllərindən tutmaq...Ovuclarına bir parça sevgi qondurmaq.Əllərini əllərimdə hiss etmək.Gözlərinə baxmaq və bu gözlərin dərinliyində qalmaq.Səmimiyyət yağışında islanmaq.Heç nə soruşmadan,heç nə danışmadan.Sükutun əsrarəngiz gözəlliyinə qarəşaraq səninlə həyatı bölüşmək və bunun necə vacıb olduğunun fərqinə varmamaq.

    Sevmək...sənin xoşbəxtliyində öz şəxsi xoşbəxtliyini görə bilmək.Sevgi bir ruhdan digərinə gedən yoldur axı.Sevginin qanadları olur,azadlığı olur...o hər şeyə qadirdir və hər şeyə sahibdir.Bu sevginin qüdrətini hiss etmək...Səninlə!


    Mən səninçün darıxıram...

    Sən fikrindəki hissləri sözlərə çevirib sevginə yollayırsan.Darıxırsan!

    Sən günəşin şüalarına sığınsan da isinmirsən.Qəmlənirsən!

    Sən səmadan sevdiyinin kolgəsini düzəldirsən,hər baxan baxışlarda onu axtarırsan.Xatırlayırsan!

    Mahnıların sözləri,şeirlərin sətirləri yalnız ona aiddir.Başqalarının fərqində deyilsən!

    Kipriklərinlə yağış damcılarını tutursan,səma ilə bölüşürsən.Başa düşürsən!

    Mən səninçün darıxıram...

    Haradasa o da məhz bu cür düşünür.Darıxır.Qəmlənir.Yadına salır.

    Başqalarının fərqində olmur.Başa düşür və gözləyir...

    Gözləyir...aldığı nəfəs kimi.

    Yaz küləyinin mehi kimi.Qanadların tərpənişi kimi.

    Səmaya baxır və gülümsəyir...Xoşbəxtdir.Çünki sən varsan!

    Pəncərənin qarşısında oturmuşam.Səmaya baxıram.Elə bil o səndən mənə bir xəbər gətirəcək.Külək pəncərəyə çırpılaraq nələrsə söyləyir.Bəlkə bu sənsən...məni çağırırsan....

    Mən səninçün darıxıram...
    Yağış şüşədə sənin adını yazır,elə bil sakit səsi ilə mənə layla deyir.
    Şüşəyə nəfəsimin izi düşüb yenə.Tərləmiş şüşəyə bu sözləri yazıram:
    "Mən səninçün darıxıram"...

    Sehrli çubuq kəşf edəcəyəm.Onu tərpətməklə həmişə yanlmda olacaqsan.Birlikdə olacağıq.
    Daha heç vaxt aramızda məsafələr olmayacaq.
    Məsafələr sənin obrazını məndən oğurlayan buludlar kimi dağılacaq.
    ..

    Darıxmaq bəzən çox gözəldir.Səninçün darıxmaq çox gözəldir.
    Siz də darıxdınızmı indi?))
    [

  2. #2
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Darıxıram

    Mən səninçün darıxıram...

    Sən fikrindəki hissləri sözlərə çevirib sevginə yollayırsan.Darıxırsan! heeeee

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Darıxıram

    [

  4. #4
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Darıxıram

    :meyus: AXII AYY USERLERR BU FORUMM SIZLERE NE EDIBKII GELMIRSIZ DAHAA HEEE ANCAQ EMINN BURDA OLUR HERDENDE OBIRI USERLERR FORUMA SADIQQ QALAN DEMEK EMINDIDEEE. DARIXIRAMDAA GELINDEEE

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Darıxıram

    [

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Darıxıram


    men kralicemi özledim ondan darıxtım
    HaKKım heLaL,Sewqim haRam oLsun

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Darıxıram

    [

  8. #8
    Member
    Üyelik tarihi
    Nov 2009
    Mesajlar
    89

    Re: Darıxıram

    men evvelki sohbet mekani ucun darixiram butun userlerin birlikde yazisib , beraber dostlig gurmalari nece de maragli idi . hamimiz birlikde deyib gulurduk bu yeni otaglarin hec dostlar ucun darixiram

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: Darıxıram

    Alıntı _SHEMS_ Nickli Üyeden Alıntı
    men evvelki sohbet mekani ucun darixiram butun userlerin birlikde yazisib , beraber dostlig gurmalari nece de maragli idi . hamimiz birlikde deyib gulurduk bu yeni otaglarin hec dostlar ucun darixiram
    canimmmm men de coooox darixmisam evvelki sohbet mekani ucun...İndi ise hec marag yoxdu Yayda o qeder maraqlı idi ki bura
    ...

  10. #10
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Darıxıram

    Məndə darıxıram .... coxları ücün...amma deyesen olar hec menimcün darixmadilar
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

Sayfa 1/3 123 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.