2 sonuçtan 1 ile 2 arası

Azərbaycanlı tələbəni döyən ermənilər universitetdən qovulub

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Azərbaycanlı tələbəni döyən ermənilər universitetdən qovulub

    2 erməni dərslərdəki müvəffəqiyyətsizlik səbəbilə ali məktəbdən kənarlaşdırılıb
    Rusiya Dövlət Tibb Universitetinin iki tələbəsi Taron Mkrtçyan və Samvel Paxçanyan dərslərdəki müvəffəqiyyətsizlik səbəbilə ali məktəbdən kənarlaşdırılıblar.
    Bu barədə APA-ya Piroqov adına RDTU-nun rektoru Nikolay Volodin məlumat verib.
    Xatırladaq ki, Mkrtçyan, Paxçanyan və daha 6 erməni tələbə bu il yanvarın 23-də azərbaycanlı tələbə yoldaşları Əli Aslanlının döyülməsində iştirak ediblər.
    İnsidentin digər iştirakçıları canlarını şiddətli töhmətlə qurtarıblar və hələ də RDTU-nun tələbəsidirlər.
    Qeyd edək ki, erməni tələbələr artıq yerə yıxılmış Əli Aslanlını uzun müddət döyməyə davam ediblər. Gələcək həkimlər öz hərəkətlərini bütün azərbaycanlıların ünvanına təhqirlərlə və azərbaycanlıların Rusiyadan qovulması çağırışları ilə müşayiət ediblər.
    Rektor N.Volodin Əli Aslanlının artıq Moskva şəhər 33 saylı Dövlət kliniki xəstəxanasını tərk etdiyini bildirib.
    «Tərəflərin bir-birinə qarşı iddiaları yoxdur. Tələbələr artıq ikinci semestrdə dərslərinə başlayıblar. Əminliklə deyə bilərəm ki, RDTU-da bir daha belə münaqişələr olmayacaq. Mən tələbələrin əksəriyyəti ilə görüşərək tədrisə aidiyyəti olmayan hərəkətlərin nə cür nəticələrə gətirə biləcəyi barədə onlara xəbərdarlıq etdim», deyə rektor bəyan edib.
    Onun sözlərinə görə, RDTU-da hazırda yüzədək azərbaycanlı tələbə təhsil alır. Onlardan 70-i Rusiya Federasiyası vətəndaşlarıdırlar.
    «Heç kəs bu cür münaqişələrdən sığortalanmayıb, lakin gələcəkdə belə şeylərin baş verməsinə imkan verməyəcəyik. Hamı başa düşməlidir ki, Piroqov adına RDTU əsasında dostluq, millətlərarası qardaşlıq duran bir ali məktəbdir», deyə rektor
    Nikolay Volodin fikrini yekunlaşdırıb.




    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Azərbaycanlı tələbəni döyən ermənilər universitetdən qovulub

    gecde olsa nehayet qovuldular
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.