internet istifadəçilərinin sayı yarım milyardı keçəcək
2010-2014-cü illər ərzində internetə genişzolaqlı çıxış abunəçilərinin sayı 20% artaraq, 501 milyona çatacaq.
Sürətli internet abunəçilərinin artım tempinə triple-play (telefon, internet və televiziyanın bir araya gətirilməsi) xidmətlərinin geniş tətbiqi və abunəçi haqqının ləğv olunması güclü təkan verəcək.
Ötən ilin yekunlarına görə, ümumi olaraq dünya üzrə stasionar genişzolaqlı çıxış abunəçilərinin sayı 422 milyon təşkil edib. Bu 2008-ci ildən 8% artıqdır. Analitiklər hesab edir ki, burada da genişzolaqlı internet istifadəçilərinin artımı triple-play xidmətlərinin geniş tətbiqi və rəqabətin artmasına görə qiymətlərin enməsi ilə bağlıdır.
Statistik məlumatlara əsasən, hazırda internet abunəçilərinin 65% DSL, 25% - kabel, 10% isə optik-lif qoşulma vasitələrindən istifadə edir. Bu qoşulma növləri arasında ən sürətlə artanı isə məhz sonuncu, yəni optik-lif qoşulma olacaq. Həmin texnologiya üzrə internetə qoşulan abunəçilərin 2014-cü ilə kimi sayı 44 milyondan 106 milyonadək artacaq.
Yer imleri