Aircruise adlı 265 metrlik gəmidə 100 sərnişin səyahət edə bilər. İngiltərədə həm üzən, həm də uçan hava gəmisi hazırlanır. Seymourpowell şirkəti tərəfindən hazırlanan Aircruise adlı 265 metrlik gəmidə 100 sərnişin səyahət edə bilər. Eyni zamanda otel də olan hava gəmisinin məqsədi sərnişinləri vaxtında mənzil başına çatdırmaq deyil. Bu gəmi ilə Londondan Nyu Yorka getmək üçün 37 saat vaxt sərf olunacaq. 10 lüks otaq və restoranı olan hava gəmisində sərnişinlər yemək yeyərək Eyfel qülləsinə və ya Azadlıq heykəlinə tamaşa edə biləcək. 369 ton olan Aircruisenin 2015-ci ilə qədər hazırlanması planlaşdırılır