Əmi qətlə yetirilib, iki qardaş həbs olunub, 3 qadın dul qalıb
Oxuduğunuz bu hekayə bir yazıçının təxəyyülünün məhsulu deyil. Bu həyatda baş vermiş bir hadisənin təfərrüatlarıdır. İki gəncin başına gələn bu faciəli hadisə Azərbaycanın Bərdə rayonunda baş verib. Bu iş üzrə məhkəmə prosesi qapalı keçirildiyindən iş üzrə təqsirləndirilən, zərərçəkən kimi tanınmış şəxslərin adları dəyişdirilib.
Hekayə iki gəncin toy gecəsində açılan bir sirrin sonradan qətllə nəticələnməsindən bəhs edir.
Bərdə rayonunun Meşəçilik İnstitutu qəsəbəsində yaşayan Quliyeva Samirə sevgilisi Cəfərov Mahirin hərbi xidmətdən qayıtmasını səbirsizliklə gözləyir. Nəhayət o gün gəlib çatır. Mahir hərbi xidmətini başa vurub gəlir.
Samirənin ailəsi qəsəbənin yerli camaatındandır. Mahirin ailəsi isə Laçın rayonundan olan məcburi köçkün kimi həmin qəsəbədə məskunlaşıb. Onlar ailədə 4 bacı, 5 qardaş olublar. Analarını 2004-cü ilin fevralında, atalarını isə 2006-cı ilin sentyabrında itiriblər. Mahir və Samirə arasında qohumluq əlaqələri də olub. Mahirin qardaşı Cabir Samirənin əmisi Əsəd
Mahir ilə Samirə arasında olan qohumluq və qonşuluq münasibətləri sevgiyə çevrilir. Mahir hərbi xidmətdən qayıtdıqdan sonra gənclər bu sevgilərini rəsmiləşdirmək qərarına gəlirlər. Təmtəraqlı bir toy keçirən gənclər özlərini çox xoşbəxt hiss edirlər. Lakin bu xoşbəxtlik çox uzun çəkmir. Toy gecəsi 10 il bundan əvvəl baş vermiş tükürpədici hadisəni üzə çıxarır.
Toy gecəsi Mahir Samirə ilə birinci dəfə cinsi əlaqədə olanda onun bakirə olmadığını görür, bunu səbəbini ondan soruşur. Lakin Samirənin şokda olduğunu görür, dərinbə getmir. O, Samirə ilə baş verənləri dəqiqləşdirmək üçün həmin gün artıq heç bir hərəkətə yol vermir. Mahir öz əlini kəsərək qanını əskiyə töküb yengəyə verir.
Beləcə bir müddət keçir. Mahir Samirədən qızlığında olan problemin nədən yarandığını soruşur. Samirə əvvəl ona heç bir cavab vermir. Çox təkiddən sonra Samirə ona qızlığının uşaqlıqda pozulduğunu deyir. Lakin kiminlə cinsi əlaqədə olduğunu söyləmir. Bu haqda bir də soruşanda Samirə ağlamağa başlayır. Beləliklə bu vəziyyət iki aya yaxın davam edir. Mahirin vəziyyəti getdikcə pisləşir. O, özünü alçaldılmış hesab edir. Axşamlar gözünə yuxu getmir. Bəzən isə yerindən qalxıb ağlayır. Elə bilir ki, hamı ona gülür.
Samirənin səssizliyi Mahiri özündən çıxarır. Mahir Samirədən ona kim ilə xəyanət etdiyini soruşur. Samirə ondan heç kimə heç nə etməyəcəyinə söz verməsini istəyir. Mahir də ona heç kəsə heç nə etməyəcəyi ilə bağlı söz verir. Bundan sonra Samirə ağlaya-ağlaya ona 10 il əvvəl baş verən hadisəni danışır.
Samirə 8 yaşında olanda ot yığmaqdan ötrü ailəliklə həmin kənddə olan başqa fermaya gediblər. Fermadakı daxmalardan birində onlar, digərində isə nənəsigil yaşayıb. Samirə də nənəsigildə qalırmış. Həmin vaxt əmisi Əsəd subay olub. O, da nənəsigillə birlikdə yaşayıb. Gecələrin birində Samirə əmisinin düzəltdiyi çarpayıda yuxuya gedir. Əmisi də onun yanında yatır. Gecə ikən əmisinin onu özünə tərəf çəkdiyini görür. Çox hərəkət edir ki, onun əlindən çıxsın, lakin bacarmır. Artıq əmisi onunla cinsi əlaqədə olub, onun qızlığını pozmuşdu. Lakin ertəsi gün əmisi heç nəyi xatırlamayıb. Samirə də baş verənləri dərk etmədiyindən heç kimə heç nə deməyib.
Samirə ağlaya-ağlaya “mən sənə xəyanət etməmişəm, məni əmim zorlayıb” - deyir.
Mahir Samirənin gözlərindən onun yalan danışmadığını hiss edir. Yenə ona bu haqda heç kimə heç nə deməyəcəyinə söz verir. Lakin baş verənlər Mahirə rahatlıq gətirmir. O, daima özünü narahat hiss edir. Bu sirri saxlamaq ona ağır gəlir. İstəyir, getsin Samirənin əmisinin üstünə. Lakin yenə tərəddüd edir, içində yenə Samirə barəsində şübhələr yaranır. Nəhayət qərara gəlir ki, baş verənləri qardaşı Cabirə desin. Belə də edir. Cabir baş verənləri eşitdikdə şoka düşür. O, Mahirə Əsədi çağırıb söhbət eləməyi məsləhət bilir. “Ondan bu hadisə haqqında soruşarıq, əgər düzdürsə, ona ölkədən çıxıb getməyi təklif edərik. İstəsən, sən burdan çıxıb gedərsən, ya da qızı boşayarsan” - deyə Cabir qardaşını sakitləşməyə çalışır.
Mahir Samirəni xalasıgilə göndərir. Qardaşı Cabirlə birlikdə yollanırlar Cabirgilin evinə. Cabir bacanağı Əsədi də öz evlərinə çağırır. Bir müddət keçəndən sonra Əsəd Cabirgilə gəlir. Əsəd qapıdan içəri girəndə Mahiri toyu olması münasibəti ilə bir də təbrik edir. Mahir ilə qohum olmağından xoş olduğunu bildirir. Lakin Əsəd bütün bu sözləri deyəndə gözlərini Mahirindən qaçırır. Mahir isə düz Əsədin gözlərinin içinə baxaraq, Samirənin qız çıxmadığını söyləyir: “Samirə deyir ki, onun qızlığını sən pozmusan” - deyə Mahir qışqırır. Əsəd əvvəl bunların cəfəngiyat olduğunu bildirir. Bu zaman Mahir Əsədə onu Samirə ilə üzləşdirəcəyini söyləyir. Bundan sonra Əsəd hər şeyi etiraf edir: “Bir səhvdi olub. Bunu qardaşıma, özümə qarşı eləmişəm” - deyərək Mahirə yalvarmağa başlayır.
Mahir özünü saxlaya bilməyib cibində saxladığı mətbəx bıçağı ilə Əsədə çoxlu sayda zərbələr endirir. Zərbələrin sayı o qədər çox olur ki, hətta ibtidai istintaq vaxtı Mahir ifadəsində Əsədə vurduğu bıçaq zərbələrinin sayın xatırlaya bilmir. Cabir Əsədin nəbzini yoxlayandan sonra onun keçindiyini Mahirə söyləyir.
Nəhayət qardaşlar belə qərara gəlirlər ki, cinayətin izini itirmək məqsədi ilə cəsədi öz həyətlərinə basdırsınlar. Belə də edirlər. Cəsədi həyətlərindəki qamış hasarın dibində iki ləkin arasında basdırırlar.
Hadisədən bir müddət keçir. Mahir törətdiyi cinayət barəsində polisə xəbər vermək qərarına gəlir. O, polisə gedərək hər şeyi etiraf edir. Lakin cinayəti tək törətdiyini deyir. Əsədin cəsədi basdırıldığı yerdən çıxarılır.
Lakin cinayət işin aparan prokurorluq əməkdaşları Cabirin də cinayətdə əli olduğunu müəyyən edirlər. Mahirlə yanaşı, Cabir də cinayət məsuliyyətinə cəlb olunur.


P.S Hazırda iki qardaşın namus üstündə törətdiyi cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılır.