Cox maraqlidir![]()
Goresen men ne keshf ede bilerem![]()
2 sonuçtan 1 ile 2 arası
-
01-31-2010, 12:25 AM #1
Maraqlı Kəşflər
1280 - İlk eynək İtaliyada yaradıldı.
1450 - Johannes Gutenbergin nəşr maşınları kitab istehsalında yeni dövr açdı. Bunun nəticəsində yeni icadlar haqqındakı məlumatların yayılması sürətləndi.
1453 - Copernicus, planetlərin Dünyanın ətrafında deyil, Günəşin ətrafında döndüyünü ortaya atan kəşfini yayımladı.
1592 - Galileo, cisimləri 30 dəfə böyüdən bir teleskop yaratdı.
1614 - Şotlandiyalı riyaziyyatçı John Napier logaritma xətkeş icad etdi.
1622 - Blaise Paskal, atasının vergi hesablarında istifadə etməsi üçün bir toplama maşını icad etdi.
1643 - Evangelista Torricelli, hava təzyiqini ölçmək üçün indi civəli barometr deyilən cihazı icad etdi.
1656 - Christian Huygens, Galileonun fikirlərinə söykənən həssas bir rəqqaslı saat hazırladı.
1668 - Isaac Newton ilk aynalı teleskopu yaratdı.
1682 - Edmond Halley, daha sonra öz adıyla xatırlanacaq bir quyruqlu ulduzun orbitini çəkib yayımladı.
1698 - Thomas Saweryin yaratdığı ilk buxar maşınını, su altında qalan mədənlərdəki suyu çölə nasosla vurmada istifadə edildi.
1752 - Benjamin Franklin, ildırımın elektrikdən qaynaqlandığını sübut etdi.
1783 - Marquis de Jouffroy d'Abbans ilk buxarlı gəmini üzdürdü.
1783 - Montgolfier Qardaşlar bir isti hava şarını müvəffəqiyyətlə uçurdu.
1789 - Lavoisierin, 33 elementi sıraladığı və bu elementlərin adlandırılması ilə əlaqədar müasir sistemi təqdim etdiyi "Kimyəvi Adlandırma Üsulu" nümayiş olundu.
1796 - Edward Jenner, bir uşağı çiçək xəstəliyinə qarşı peyvənd etdi.
1799 - Alessandro Volta, ilk elektrik batareyasını yaratdı.
1801 - İlk dənizaltılardan olan Nautilus ilk səfərini tamamladı.
1804 - Richard Trevithick relslər üzərində gedən ilk buxarlı lokomotivi yaratdı.
1814 - Friedrich König əllə işləyən mətbəədən çox daha sürətli olan buxarlı mətbəəni yaratdı.
1819 - Augustus Siebe təzyiqli bir dalğıc paltarı hazırlayaraq insanların daha dərinlərə dala bilməsini təmin etdi.
1820 - Hans Oersted, elektrik cərəyanının kompasın iynəsi üzərində maqnetik təsir yaratdığını sübut etdi.
1826 - Fransız fiziki Cozef Niepce tarixdəki ilk fotoşəkili çəkdi.
1829 - Corc Stephenson, ən yaxşı buxarlı lokomotiv hazırlama yarışmasını qazandı. Rocket adlı bir lokomotiv yaratdı.
1830 - İlk tikiş maşını Fransız dərzi Barthelemy Thimonnier tərəfindən hazırlandı.
1837 - Isambard Kingdom Brunel, ilk qitələr arası buxarlı gəmini üzdürdü.
1926 - John Logie Baird ilk televiziya görünüşünü müvəffəqiyyətlə çatdırdı.
1926 - Robert Goddard ilk maye yanacaqlı roketi atdı.
1926 - ABŞ-lı Professor Robert Hutchinson Goddard ilk maye yanacaqlı roketi inkişaf etdirdi. Qaz və maye oksigenlə işləyən roket, 12,5 metr yüksəkliyə çıxdı və 56 metr yol keçdi.
1933 - İki Alman elm adamı Max Kroll və Ernst Ruska elektron mikroskopunu yaratdı.
1935 - Alman şirkəti AEG, səsi yazmaq üçün plastik maqnetik maqnitofon bantını inkişaf etdirdi.
1938 - Amerikalı Chester Carlson ilk fotokopiya maşınını icad etdi.
1939 - İgor shikorsky adlı bir Rus mühəndis tərəfindən ilk vertolyot yaradıldı.
1945 - Amerikalı ixtiraçı Percy Spencer, ilk mikrodalğalı sobanı hazırlayaraq patentini aldı.
1946 - John Mauchy və John Eckertin inkişaf etdirdiyi, Amerikanın ilk elektronik kompüteri ENIAC xalqa təqdim edildi
1947 - Edwin Land bir dəqiqədən az bir müddətdə qara ağ fotoşəkil çıxaran polaroid maşını icad etdi.
1953 - Francis Crick ilə James Watson DNT molekulunun quruluşunu kəşf etdi.
1957 - Sovetlər Birliyi tərəfindən Dünyanın ətrafında dönən insan istehsalı ilk cisim Sputnik I atıldı.
1960 - Theodore Maiman ilk lazeri yaratdı.
1962 - Telefon danışmalarının yanında canlı televiziya görünüşlərini də çatdıran Telstar adlı peyki atıldı.
1982 - Philips və Sony şirkətləri yığcam diski yaratdı.
1987 - İlk ədədi səs bantları (DAT) çıxarıldı.
1990 - Yüksək dəqiqlikdə televiziya (HDTV) nəşri ilk dəfə edildi.Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
02-01-2010, 05:44 PM #2
Re: Maraqlı Kəşflər
Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri