İdman Assosasiyası tərəfindən hicablı olduğunu görə oyunlara buraxılmayan xanımın hüququnu müraciət etdiyi məhkəmə də təmin etməyib.
İsveçrənin Lyutsern kantonunun məhkəməsi bəyan edib ki, guya, xanımın hicablı olduğuna görə oyundan uzaqlaşdırılması, onun hüquqlarının pozulması deyil. İsveçrənin İraq əsilli 19 yaşlı vətəndaşı Sura əl-Şavk, oyunlar zamanı Basketbol Federasiyası tərəfindən hicablı iştirak etməyə icazə almaq istəyirdi. Avqust ayında o, bu müraciətinə mənfi cavab almışdı.
On gün ərzində xanımın Lyutsern kantonunun Apellyasiya məhkəməsinə və ya Ali məhkəməyə müraciət edəcəyi gözlənilir.