Əsas məzmuna keç
2 sonuçtan 1 ile 2 arası

Avropa soyuqdan donur...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Avropa soyuqdan donur...

    Rumıniyada kəskin soyuqlarla əlaqədar fövqəladə vəziyyət elan edilib. Ölkənin bəzi rayonlarında temperaturun mənfi 40 dərəcəyədək aşağı düşüb. Donvurmadan 22 nəfər ölüb. Bəzi məktəblərdə dərslər dayandırılıb, vətəndaşlara ehtiyac olmadan küçəyə çıxmamaq tövsiyə edilib. Meteoroloqlar şaxtalı havaların hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırıb.

    Polşada isə kəskin soyuqlar daşan Baq çayının sularını buza çevirib. Bu da ətrafda yaşayan əhalini çıxılmaz vəziyyətə salıb. Hökumət fəsadları aradan qaldırmaq üçün bölgəyə hərbi texnika və əsgər cəlb edib.

    18 mindən çox insan elektrik enerjisindən məhrum olub. Çarəsiz insanlar elektrik olmadığına görə evlərindən köçürülüb. Tempratur mənfi 15 dərəcəyə qədər düşüb

    Yay mösümü yaşanan Cənubi Amerika ölkələrində isə güclü yağışlar selə səbəb olub. Sel Braziliya və Peruya ciddi ziyan vurub.

    Peruda sel suları palçıq axınına yol açıb, 2 nəfər ölüb. 2 mindən çox insan yalnız vertolyotdan istifadə edilərək bölgədən evakuasiya edilib. 5 gün davamlı olaraq yağan yağış nəticəsində 250-dən çox ev yararsız hala düşüb, bölgədəki körpünü uçurub.

    Bənzər hal Braziliyada da var. Güclü yağışlar Braziliyanın ən böyük şəhəri olan Sao Paolonu su altında qoyub. Nəticədə 62 nəfər ölüb.

    Sel suları nəqliyyatı iflic edib. Bir çox iş yeri və evi su basıb. Bəzi avtomobillərin suyun içində üzməsi qəribə görüntülərə səbəb olub.

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Avropa soyuqdan donur...

    Bakida həyətlərin buzu acilmır.Ən faciəli xəbər!!!! Bir qadın yıxılıb ayağını sındırdı!
    Dünyanın axırıdı deyəsən!
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.