ürək:-Zülmət bir gecədə, tənha sevgilim,Bilmirəm mən niyə, döyünmekdəyəm.Yenə də mən sənsiz, kədər libasın,Bürüyüb köksümə, geyinməkdeyem.
Ağıl:-Sevgini dəfn edib, yatsan yaxşıdır,Var ömrün sevməyə, baxsan nə qədər.Sovurub gəncliyi, arxada qoyma,Keçirmə ömrünü, mənasız, hədər.
ürək:-Bir ömür nədir ki, olsa yüz ömür,Həsr edərəm eşqə, heç düşünmədən.Sən məndən aslısan, mən səndən deyil,Düşüne bilmərsən, mən döyünmədən.
Ağıl:-Sən gəl sualımı cavabsiz qoyma,Nə üçün sevirsən, axı sən onu?!Düz deyil bu istək, inan ki, səni, Uçruma aparır bu eşqin yolu.
ürək:-Hər zaman, sən boş-boş, düşünmekdəsən,Sən hardan biləsən, məhəbbət nədir.Yoxdursa məhəbbət, insan canında,Yaşamaq menasız, ürək heçnədir.
Ağıl:-Sənin yaşadğın, sevgi deyil ki,Sadəcə yaşanan, ötəri hissdir.Səninlə birlikdə, dünyaya gələn,Gözəlliyə olan, tamah, nəfsdir.
Ürək:-Inan yanılırsan, düz düşünmürsən,En əziz varlıqdır, gülüm gözümdə.Onsuz bu həyatda, yaşamaqdansa,Ən asan bir yoldur, ölüm gÖzÜmdƏ
Ağıl:-Olum Allah əmri, ölməkdən demə,Gəl günah işlətmə, gəl günah etmə.Yaşadan bir eşqin, arxasınca get,Öldürən sevginin, ardınca getmə.
ürək:-Ağıldan da qabaq, insanda ürək,Sevgini gözlərdən, bilən deyilmi?!Indi sən cavab ver, bu sualıma,Aşiq eşqi üçün, ölən deyilmi?!
Ağıl:-Məhəbbətin ilkin, qanunu budur,Səni sevən kəsi, sevəsən gərək.Ölməyə dəyərmi, qerarın verib,Sonra sevginçün, öləsən gərək.
ürək:-Sənin düşündüyün bu yolu seçsəm,Əhdə dönük çıxam, sevməyəm gərək.Məhəbbət də, ağlın əsiridirsə,Onda nəyə lazım, insanda ürək.
Ağıl:-Onunla bir dəfə, danışmısan heç,Biləsən ürəyi, necədir, nədir.Bəlkə o sadəcə, seytan donunda,Mələyə bənzəyən, bir pərvanədir.
ürək:-Bir dəfə kənardan, onu görməyim,Mənimçün bir ömrə, dünyaya dəyər.Ilahi gözəllik, vardırsa onda,Yəqin ki, qəlbi də, üzünə bənzər.
Ağıl:- Gəl aldanma onun gözəlliyinə,Inan, hər şey demək, deyil gözəllik.Gözəlliyin əymədiyi qaməti,Eyib qarşısında ağılla, bilik.
ürək:-Mən bələ sözləri, çox eşitmişəm,Sanma ki, mənimçün bu bir qayıdır.Bunlar sənin kimi, düşünənlərin,Uydurduğu nağıl, bir hekayədir.
Ağıl:-Daha söyləməyə sözüm yox sənə,Bilirəm yolundan, dönməyəcəksən.Toruna düşerek, bu mehebbetin,Allahı coxdandır, tərk etmisən sən.
ürək:-Sənin sözündəki, həqiqət qədər, Mənim üreyimdə , məhəbbət vardır.Amma, nə edək, səni yaşadan mən,Məni yaşadansa, sevgidir, yardır.
Ağıl:-Əsiri olmuşam, hissinin sənin,Almisan əlimdən, qərarımı sən.Qanun səninkidir, qərar sənindir,Daha bundan sonra, özun bilərsən.
ürək:-Sevgimin məhkumu olsam da belə,Bu yolda qərarım, qətidir qəti.Ruhum nə qədər ki, yaşayacaqdır,Qoruyacam mən də, bu məhəbbəti
[
HaKKım heLaL,Sewqim haRam oLsun
MENIM FIKRIMCE ILK NOVBEDE WREK SORA AGIL. HER IKISI OLSA LAP YASI
Yer imleri