Əsas məzmuna keç
2 sonuçtan 1 ile 2 arası

Alyansla bağlı...

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Alyansla bağlı...

    Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur.Sual ola bilər ki, niye boyunbağı , ya sırqa yox, məhz üzük.Ona görə ki, üzük qapalı dairə formasındadır ki, bu da əbədi sabitliyi ifadə edir.

    Nişan üzüyü ənənəsi bəzi mənbələrə görə Misirdə, digər mənbələrə görə QədimYunanıstanda yaranıb. Hər iki mənbədə bir şey üst - üstə düşür ki, nişan üzüyü adsız barmağa taxılır.Bu da urəyə aparan damarın məhz bu barmağdan keçməsi ilə əlaqələndirilir.

    Qədim Yunanıstanda sol əlin adsız barmağında olan üzük onun sahibinin artıq sevgilisi olduğuna, çeçələ barmaqda olan üzük sahibinin hələ münasibət qurmağa hazır olmadığına, şəhadət barmağında olan üzük sahibinin özünə yar gəzdiyini, orta barmağdakı üzük isə sahibinin sevgi məsələlərində tam təcrübəsiz və təzə olduğunu göstərirdi.Bu 'üzük dili' 19 - cu əsrin sonlarına qədər davam etmişdir.

    Qədim Misirdə nişan üzüyünü sol əldə gəzdirirdilər.Elə indi də şərq ölkələrində nişan üzüyünü sol əldə gəzdirilər.Avropanın əksər ölkələrdə isə nişan üzüyü əvvəlcə sol ələ, toyda və toydan sonra isə sağ ələ taxiılır.Hindistanda nişan əlaməti olaraq böyük barmağ da daxil olmaqla bütün barmaqlara bürcə uyğun simvoilk daşlarla bəzədilmiş qızıl üzüklər taxılır.Qəribə olsa da, Hindistanda brilliant daşın mənfi enerji daşıdığına inanırlar ve hesab edirlər ki, yalnız hədiyyə edildikdə brilliant bu xüsusiyyətini itirir.

    Nişan üzüyünü brilliantla ilk dəfə orta əsrlərdə italyanlar bəzəməyə başlamışlar.Hazırda üzüyün içərisinə ad və digər sevgi sözlərinin yazılması ənənəsi Avstriya hersoqu Maksimilianın adı ilə bağlıdır, belə ki, məhz o, Mariya Burqundskaya ilə evlənəndə ona bağışladığı nişan üzüyünün içərisinə sevgilisinin şərəfinə 'M' hərfi yazdırmışdı.

    Əvvələr istifadə olunmuş üzüyü nişan üzüyü kimi istifadə etmək yaxşı deyil, yalnız irsi olaraq verilən üzük istisnadır.


    Alyansın niyə adsız barmağa taxılması ilə bağlı çinlilərin çox gözəl və inandırıcı bir şərhi var...
    Baş barmaq, ana-atanızı,
    İşarə barmağı bacı-qardasinizi;
    Orta barmaq sizi,
    Dördüncü barmaq (yəni üzük barmağı), həyat yoldaşınızı,
    Və kiçik barmaq, uşaqlarınızı təmsil edər.
    Əvvəlcə ovuclarınızı birbirine baxacaq şəkildə açın. Orta barmaqları bükün və kürək kürəyə birləşdirin. Daha sonra qalan dörd barmağınızı da şəkildəki kimi açıb, uc uca gətirin.
    İndi, ana atanızı təmsil edən baş barmaqlarınızı ayırmağa çalışın... Açılacaq, çünki ana atanız sizinlə birlikdə ömür boyu yaşamayacaq. Tez ya da gec onlardan ayrılmaq məcburiyyətindəsiniz.
    Baş barmaqlarınızı əvvəlki kimi birləşdirib, qardaşlarınızı təmsil edən işarə barmaqlarınızı ayırın. Onlar da ayrılacaq, çünki qardaşlarınız öz ailələrini qurub, ayrı bir həyat seçər.
    İşarə barmaqlarınızı birləşdirib, uşaqlarınızı təmsil edən kiçik barmaqlarınızı ayırın. Onlar da ayrılıcak, çünki uşaqlar da evlənər və bir gün öz həyatlarını qurar.
    Son olaraq kiçik barmaqlarınızı birləşdirib, həyat yoldaşlarınızı təmsil edən üzük barmaqlarınızı ayırmağa çalışın. Ayıra bilmədiyinizi görüncə təəccüblənəcəksiniz. Çünki həyat yoldaşları bir ömür boyu bir yerdə yaşayarlar. ..Yaxşı gündə və pis gündə...

    ...

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika United States
    Mesajlar
    2.811

    Re: Alyansla bağlı...

    çox güzel duygulandım

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.